Tag Archives: memarliq

Behance Portfolio Təqdimat Gecəsi

tən həftələrin birində, Behance saytının Azərbaycan üzrə istifadəçilərinin görüşü və onlardan bəzilərinin çıxış mərasimi baş tutdu. Behance saytı, incəsənətin bütün sahələrinə aid insanları ətrafına toplayan sosial şəbəkədir. Orada fotoqraflar, Memarlar, dizaynerlər, rəssam, illüstratorlar və s. incəsənət adamları öz işlərini paylaşır və müzakirələr aparırlar. Bununla da ölkəmizdə ikincisi baş tutmuş tədbirin bu səfərki təşkilatçıları Elvin Əliyev

Continue Reading →

Gün Keçdi

eynəlxalq Memarlar gününü bu ilki təqvimə əsasən 7 oktyabrda qeyd etdik. Bu münasibətlə bütün Memar kolleqalarımı və eyni zamanda digər sənət sahiblərini də ürəkdən təbrik edirəm. Çünki bu təkcə Memarların yox, Memarlığın simasında insanlığın, mədəniyyətin və svilizasiyanın bayramıdır. Belə gözəl günü səmərəli keçirmək üçün bir qrup Memar dostla bir dam altına yığışıb Azərbaycan kino tarixinin

Continue Reading →

Qaraj loft

ünyan modernist Memarlığının daşıyıcı sütunlarından sayılan Le Corbusier Memar tələbələrə məsləhətində deyir: ilk layihələrinizi vaqon, kapsul evlər kimi mövzularda layihələndirin. İnsan yaşayışı üçün lazım olan ən minimal yaşam tərzini hər şeydən əvvəl öyrənin. Bu sözlərdən ilhamlanaraq növbəti layihəmi kiçik bir ailənin ən minimal yaşam tərzinin qurulması mövzusuna həsr etdim və müasir Azərbaycan ailəsinin alternativ yaşam

Continue Reading →

Memar Dəzgahı

malatxana, studiya şəraitində işləməyə məcbur olan Memarlar çox vaxt bu şəraitə ofis xaricində, əsasən yaşayış evlərində qovuşa bilmirlər. Məlum məsələdir ki, bir çox Azərbaycan ailələrində xüsusi iş otaqları yoxdur. Bunun səbəbi isə yaşadığımız evlərin Sovet hökümətinin “hədiyyəsi” olmasına görə evlərin minimumlarla layihələndirilməsidir (ümumiyyətlə götürdükdə, iş otağı anlayışı millətimizin həyat tərzinə son zamanlar daxil olmağa başlayır).

Continue Reading →

Eskiz 8-ci hissə (Urbanizm)

rban sözünün mənası şəhər deməkdir, Memarlıqda Urbanizm elmi isə şəhər mühitinin formalaşdırılması, şəhərdə yenidənqurmanın təşkili və s. kimi qəbul oluna bilər. Şəhərsalma, Memarlığın xüsusi elm sahəsidir və şəhərsalma Memarları, həcm Memarlarından fərqlənir. Buna baxmayaraq hər iki sahənin Memarları arasında sıx əlaqə olur və bu iki sahə biri-birindən ayrılmaz şəkildə işləyir. Bu məqaləmlə sizə bəzi urbanistik

Continue Reading →

Eskiz 7-ci hissə – #stickART

aradıcılığa marağı olub, amma buna vaxt tapmayan insanlar həmişə öz yaratmaq eşqlərindən danışırlar, bir o qədər də yaradıcılıq üçün vaxt tapa bilmədiklərindən şikayətlənirlər. Bu mövzumla sizə yaradıcılığın əslində çox da uzaqda olmadığını və əlinin altında olan xırda imkanlardan maksimum yararlana biləcəyimizi göstərəcəyəm. Bu üsluba #stickART adını verməyimin səbəbi onun stickerlərdən yaranan incəsənət olması və sosyal

Continue Reading →

Bir çox “ilk”lərə imza atan yerli layihəmiz- Azərkosmos

ir müddət əvvəl (8 fevral, 2013-cu ildə) Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması hadisəsi baş tutdu. Bu Azərbaycan tarixinə düşəcək əlamətdar hadisələrdən biridir. Bu hadisə ilə yanaşı Azərbaycan tarixi və Azərbaycan Memarlıq tarixinə düşəcək başqa bir əlamətdar hadisə isə peykin idərə onuması mərkəzinin tikilməsi və istifadəyə verilməsidir. Müəllifi Azərbaycan Respublikasının Əməkdar Memarı olan Nəriman İmaməliyev, Azərkosmos

Continue Reading →

Memar Rəhim Seyfullayevlə gənclərin görüşü baş tutdu

tən həftə (01.02.2013) Memarlarla gənclərin görüşü, yaxından tanışlığı məqsədi ilə keçirilən tədbirlərdən ilki keçirildi. İlk görüş bundan əvvəlki məqalədə də qeyd etdiyim kimi ustad Memar Rəhim Seyfullayevlə baş tutdu. Görüş belə demək mümkünsə, anşlaqla keçdi. Memar tələbələr, gənc Memalar və təcrübəli Memarların, Azərbaycan Memarlar İttifaqına yığışması və belə bir Memarla görşməsi, yaxından tanış olması, məsləhətlərinə

Continue Reading →

Azərbaycan Memarları ilə yaxında tanışlıq – Rəhim Seyfullayev

zərbaycan Memarlığında son dövrlərdə olan problemlərdən biri də Təcrübəli Memarlarımızla gənclər arasında yaxınlığın lazımı səviyyədə olmaması, bu iki nəsil arasında sıx münasibətlərin gərəkli olan səviyyədə qurulmamasıdır. Halbuki, gənc olaraq təcrübəli sənətkarlarla söhbət etməyin, maraqlandıran sualları verməyın və birbaşa yaradıcı enerjini hiss etməyin yerini heç bir təhsil sistemi, təcrübə və s. verə bilməz. Bu səbəbdən ötən

Continue Reading →

Memarlığın Ssenarisi

emarlıq layihəsinin ərsəyə gəlməsində yaradıcı prosesin rolu danılmazdır. Bu proses tikintidən də vacibdir. Çünki, onsuz da, istənilən Memarlıq layihəsinin inşaat, tikinti işləri olur və onu necə həll etməyin konkret qayda-qanunları var. Əsas məsələ onun sonda əsil Memarlıq nümunəsi olmasıdır. Bunun üçün Memar ilk növbədə yaradıcı prosesi düzgün həll etməlidir. Hər Memarın özünəməxsus yaradıcılıq metodu var

Continue Reading →