Gün Keçdi

eynəlxalq Memarlar gününü bu ilki təqvimə əsasən 7 oktyabrda qeyd etdik. Bu münasibətlə bütün Memar kolleqalarımı və eyni zamanda digər sənət sahiblərini də ürəkdən təbrik edirəm. Çünki bu təkcə Memarların yox, Memarlığın simasında insanlığın, mədəniyyətin və svilizasiyanın bayramıdır.

Belə gözəl günü səmərəli keçirmək üçün bir qrup Memar dostla bir dam altına yığışıb Azərbaycan kino tarixinin ən dəyərli əsərlərindən biri olan Güç Keçdi filminə tamaşa etdik. Həqiqətən də olduqca aktual mövzulara toxunan filmə gənc Memarlara birgə baxmaq xoş təəssüratlar yaratdı. Filmdə yer alan Bakı Memarlığının problemlərindən, Köhnə Bakıdan və onun yaşamından kadrlar insanda xüsusi hisslər doğurur.

Əgər bu filmə baxmamısınızsa mütləq baxın, və yaxud da yaxın gələcəkdə daha geniş baxış tədbirimizi gözləyin. Təcrübəli Memarlarımızıla birgə filmə tamaşa edib, hal-hazırki problemlərlə o dövrdəkiləri müqayisə və müzakirə edək.

Gecənin sonunda həmkar və eyni zamanda dostların Memarlıq və onun proeblemləri haqda saatlarla səmimi söhbəti oldu. Düşünürəm ki, bu tip söhbətlər hər hansısa Memarlıq kitabını oxumaq qədər önəmli və xoşdur.

Belə xüsusi gündə bizimlə eyni məkanda olan hər kəsə təşəkkür edirəm. Təəssüf ki, məkanın kiçik olması səbəbindən bütün dostları ətrafımıza yığa bilmədik, ümid edirəm tezliklə daha geniş tədbir həyata keçirməyə nail olacağıq.

QEYD: təşkilati işlərdə həm maddi, həm də mənəvi dəstəyə görə Elvin Əliyev, Səbinə AbbasovaOrxan Məmmədova dərin təşəkkür edirəm. Studiyasını gənclərin öhtəsinə verdiyi üçün isə Leyla İbtahimovaya da xüsusi təşəkkürlər :)