tən həftələrin birində, Behance saytının Azərbaycan üzrə istifadəçilərinin görüşü və onlardan bəzilərinin çıxış mərasimi baş tutdu. Behance saytı, incəsənətin bütün sahələrinə aid insanları ətrafına toplayan sosial şəbəkədir. Orada fotoqraflar, Memarlar, dizaynerlər, rəssam, illüstratorlar və s. incəsənət adamları öz işlərini paylaşır və müzakirələr aparırlar.
Bununla da ölkəmizdə ikincisi baş tutmuş tədbirin bu səfərki təşkilatçıları Elvin Əliyev və İlkin Qurbanovlar oldu. Görüş üçün seçilmiş xudmani məkan, diqqətli izləyicilər və maraqlı çıxışlar – hər şey olduqca gözəl şəkildə təşkil olunmuşdu.
Bu tip görüşlərin məqsədi eyni sferadan olan insanları bir yerə toplamaq, ümumi birlik və inkşafa təkan verməkdən ibarətdir.
Çıxış edənlər:
Elvin Əliyev – Memar
Elvin Tağıyev – Dizayner
Leyla İbrahimova – Memar
Nəzrin Musayeva – Rəssam
Ruslan Məmmədov və Rüfət Mehdiyev – Fotoqraflar
Urfan Məmmədov – Memar
və Liza Həsənova – İllüstrator
Çox səmimi aurası olan görüş əminəm ki, hər bir izləyicidə və iştirakçıda yeni fikirlər, ideyalar və xoş təəssüratlar doğurdu.

Növbəti Behance Review Noyabr ayında, bütün dünya ilə eyni anda baş tutacaq. Bu sahədə işləriniz varsa Behance-ə qoşulun və təşkilatçılara, iştirakçı və ya sadəcə izləyici qismində görüşlərə qoşulmaq istəyinizi bildirin.
Behance-in Azərbaycan üzrə qrupundan son xəbərləri və görüşlər barədə daha çox informasiya əldə etmək üçün bu linkə klikləyin – Behance Azerbaijan. İştirakçıların video çıxışlarını isə növbəti məqalələrdə görə bilərsiniz.
QEYD: səmimi və sərbəst keçirilmiş görüş üçün başda təşkilatçılar olmaqla əziyyəti keçmiş hər kəsə təşəkkür edirəm və ümid edirəm bu qəbildən olan görüşlər tez-tez baş tutacaq.
Urfan salam, novbeti bele bir gorushun kecirilmesi nezerde tutulurmu? ve bu barede melumati hardan almaq olar?
Salam Fidan. Məqalədə də qeyd etdityim kimi noyabrda nəzərdə tutulub. Bu haqda məlumatı isə Behance Azərbaycanın fb səhifəsindən əldə edə bilərsiniz. Səhidə məqalədə yer alır
Kateqoriyalar
Blogroll