Əvvəlki yazılarımdan birində sizə
Korbuzyenin 5 prinsipi barədə söz açmışdım. Bu yazımda isə bir qədər risk edib Korbuzyenin standart 5 prinsipinə bir əlavə etmək istəyirəm. Bu barədə smestr layihələrimin birini həll edərkən fikirləşmişdim. Fikirləşdim ki, standart, çərçivə daxilində “pilləkən qəfəsi”ni niyə də çərçivədən çıxarmayaq? Düzdür bu əvvəllər iriaşırımlı ictimai binalarda tətbiq edilib. Amma yenə də dar çərçivədə. Elə mənim layihəm də ictimai (xokkey meydanı) layihə idi, orda bu prinsipin cüzi hissəsindən istifadə etdim, amma bunu yüksəkmərtəbəli binalarda da tətbiq etmək olar.

5 prinsip yeni yaranmış beton-karkas konstruksiyasının verdiyi imkanlar sayəsində yarandı. 6-cı prinsip də bu konstruksiyanın imkanları ilə həll edilə bilər. Düzdür yeni texnalogiyalarla, fərqli yollarla da həll etmək olar, amma buna 5 prinsipin yarandığı dövrün gözü ilə baxsaq məncə “
sərbəst şəkilli pilləkən qəfəsi” adı ilə bu siyahıya əlavə oluna bilərdi (çünki sözügedən siyahıda sərbəstşəkilli funksional əlaqə, sərbəstşəkilli fasad və s. prinsiplər var idi).
(daha&helliip;)