Spiralşəkilli kompozisiya

Dünyada çox məşhur olan və hamı tərəfindən qəbul olunan spiralşəkilli kompozisiyalar barədə danışmaq istərdim. Bir çox memarların, şəhərlərin simvolu olan belə kompozisiyalı binalar illərdir istifadə olunur. Azərbaycanlı memar tələbələr də müəyyən zamanlarda bu kompozisiyaya müraciət edirlər. Əvvəlki postlarımın birində gördüyünüz kimi eskizlərimdə mən də bu formadan istifadə etmişəm. Dünyadan bir neçə nümunəyə diqqət yetirək:

Moskvada “City Palace Spiral Tower”

Bakı üçün nəzərdə tutulmuş konseptual layihə – Baku Palace Hotel:


Santiaqo Kalatravanın 3 məşhur spiralvari bina layihəsi:

Dubayda memar David Fisherin fantastik, rəqs edən binası:


Frenk Gehry-nin kiçik və olduqca gözəl layihəsi:


Yaponiyadan növbəti nümunə:


Çikaqodan eskiz layihə:

Digər ölkə və memarların spiralvari kompazisiyaları:

Dap Burgudd Maltepe-İstanbul

Harada yerləşməsini bilməsəm də Tayvan xarakterli spiralvari bina

Berlin 2007

Və ən nəhayət diqqətinizə çatdırmaq istədiyim Bakı – spiralvari bina layihəsi.


Görəndə şoka düşdüyüm bu layihə 1968-ci ilə məxsusdur, yəni hamıdan əvvəl bu kompozisiya bizim paytaxtımız üçün nəzərdə tutulubmuş. Layihənin memarı Azərbaycanda bir çox layihələri ilə o cümlədən Heydər Əliyev adına Respublika Sarayının müəllifi kimi tanınan Vadim Şulqindir. Bina ictimai funksiya daşıması üçün nəzərdə tutulub. Binanın yeri Kukla Teatrı ilə üzbəüz indiki yaşıllıq zonasında olmalı imiş. Təəssüf ki, dövrünə görə bir çox problemlərlə qarşılaşıb və tikintisi baş tutmayıb. Səbəb dövrünün qadağaları və bəlkə də konstruktiv sərhədlərin olması kimi söylənilir. Tikintisi baş tutmasa da sevindirici haldır ki, bu tip kompazisiyanı ilk dəfə Bakı üçün layihələndiriblər.

QEYD: materiala görə Quliyev Feyzulla müəllimə təşəkkürümü bildirirəm.