MEMARLIQ – 1 yaş

Bir il əvvəl bu gün Yaz-Yay məktəbində memarliq.wordpress.com adı ilə qeydiyyatdan keçdim. Məqsədim, Azərbaycanda memarlıq biliklərinə öz dilimizdə olan böyük tələbata kiçik tövhəmi vermək idi. Ötən bir il ərzində bir çox mövzulara toxundum, bir çox tələb və təklifləri dəyərlədirdim. Bir yaş münasibəti ilə yeni ünvana köçmək də nəsib oldu. Bunun üçün Gənc Bloqçular Şəbəkəsinə, Sahil İT MMC-yə və şəxsən Şaiq MuradovFərhad Səfərova bu bloqun ərsəyə gəlməsində göstərdikləri köməyə görə böyük təşəkkürümü bildirirəm. Çalışacağam ki, bundan sonra da aktiv fəaliyyətə davam edim.