Mobil Evlər

XXI əsrin ən aktual memarlıq hadisələrindən biri mobil evlərdir. Mobil ev dedikdə köçürülə bilən kiçik evləri nəzərdə tuturam. (Onlara prefabrik evlər də deyirlər. Bu fransız sözü olub préfabriqué – “hissələri əvvəlcədən hazırlanıb, yerləşdiriləcəyi yerdə qurulan” deməkdir)

Mobil evlərin kifayət qədər üstünlükləri var.

Ekoloji üstünlük : fibriklərdə hazırlanan bu evlər ətraf mühitə zərər vermədən yerləşdirilir, yəni tikinti üçün ağaclar kəsilmir, tullantılar yaranmır və hətta ərazidəki otlar belə zərər görmür. Materiallar da adətən təbii və yüngül materiallardan istifadə olunur (əsasən taxta materiallardan)

İqtisadi üstünlüyü : belə evlər ən yüngül, ən ucuz başa gələn variantlarla hazırlanır. ən böyük üstünlüklərindən biri evi yerləşdirmək üçün mənzərəli yerdən torpaq sahəsi almağa ehtiyac yoxdur, maksimum icazə kağızı almaq lazım olar. Qiyməti sifarişə əsasən müəyyənləşir, çox güman ki orta hesabla 10 000 – 15 000 dollar olar.

Tək evlər yox həm də ofis, iş yeri və s. kimi obyektlər də bu sistemlə qurula bilər ki, bu da iqtisadi baxımda daha bir üstünlük verir.

Konstruksiyası : dəmir konstruksiya ilə hazırlanır. Yerə bərkidilmiş sütunlar üzərində quraşdırılır. Minimum ölçüləri orta hesabla 266sm x 266sm x266sm – 2.6 m³ kimi qəbul edilir. Istəkdən asılı olaraq dəyişə bilər. Mərtəbə sayı sifarişdən asılı olaraq 1,2,3 və s. mərtəbəli ola bilər

Istifadə müddəti : Istifadə olunan materialdan asılı olaraq 30 – 50 il istifadə müddəti nəzərdə tutulur

Əlavə üstünlüyü : Bir mobil ev almaqla hər tətili başqa-başqa mənzərəli yerlədə  keçrimək olar. Evləri qayalıqda, göldə, meşəlikdə, ağacların üstündə, qarda, əkin sahələrində və digər istənilən düz zəmində quraşdırmaq olar

QEYD: prefabrik evlər deyəndə köçürülə bilən və köçürülə bilməyən evlər nəzərdə tutulur. Bu yazım köçürülə bilən mobil evlər haqqında idi. Axtarış etsəniz “prefabrik houses” adı altında böyük villalara da rast gələ bilərsiniz