Bu yazımı mənfi obrazlı cadügar qarının sehri ilə şedevr layihənin biyabırçı hala gətirilməsinin nağılını danışacam.
30-cu illərdə layihəsi verilmiş bir bina var. O bina indi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA-nın) binasıdır. Təəssüf ki, binanın müəllifi barədə heç bir ədəbiyyatda məlumat və ya hansısa qeyd yoxdur. Amma onun yaradıcısı, ona ruh verən memar kimi Yusif Qədimovu binanın memarı adlandırmaq olar. 2010-cu ilə qədər binanın görünüşü məhz Y.Qədimovun rekonstruksiya layihəsi əsasında bərpa olunmuş görünüşdə idi. 2010-cu ildə ADRA təmir olunanda bu korpus da təmirə verildi. Daha doğrusu tilsimə salınıb indiki halına gətirildi. İlkin görünüşü (2010-cu ilə qədər) konstruktivizm üslubunda, eyni zamanda funksionalizm elementləri ilə zəngin maraqlı formada idi. Nəzərə alsaq ki, memar Qədimov həm də Milli Təhlükəsizlik Nazirliyinin binasının müəllifidir, aydın olur ki, memar 20-ci əsr dəst-xəttinə yüksək səviyyədə bələd olan insandır. Tikildiyi dövrün üslubunu binada saxlamağa qadir oldu.
Binaya 3-cü görünüşü 2010-cu ildə memar Fəxrəddin Miralayev verib. Fəxrəddin müəllim də öz növbəsində klassikanı olduqca yaxşı bilən, bir çox rekonstruksiya layihələrinin müəllifidir. Binaya verdiyi yeni görünüş adi insanların çox xoşuna gəlir. Sanki insanların diqqətini özünə cəlb etməyi bacarıb. Amma tez-tez vurğuladığım bir fikir var – Əsl layihə adi insanların yox, mütəxəsislərin xoşuna gələn layihədir. Bu fikri nəzərə alsaq və baxsaq ki, digər memarların heç birinin bu variantdan xoşu gəlmir, üstəlik klassika baxımından bir çox səhvləri özündə saxlayan bina indiki görünüşü ilə heç də mükəmməl deyil. Hansı ki, klassik bina kompazisiyası mükəmməl olmalıdır. Onda heç bir artıq-əskik olmamalıdır.
Binadakı səhvlərdən bir neçəsinə diqqət yetirək. Ən böyük çatışmazlıq bəzi yerlərdə mütənasiblik amilidir ki, təəssüflər olsun onu bu şəkildə izah etmək mümkün deyil. Hansı ki, mütənasiblik klassikanın ürəyidir.
Binanın yan tərəflərinə fikir verin. Yad baxılır, əvvəlki xarakterini saxlayır. Sanki kostyum geyinmiş DJ-i xatırladır.
İnteryeri klassikadan tamamilə uzaqdır. İçəridə maraqlı həcmlər var. Əsl funksionalist tərzdə mürəkkəb həcmli interyer. Amma mövcud interyer klassikaya heç yaraşmır.
Sütunlara fikir verin, o cür ağır kütləni qaldıra bilməyəcəyi təəssüratı yaradır. Gücsüz, zəif insanın özündən ağır yük qaldırmasına bənzəyir. Fikrimcə sütunlar əvəzinə 6-7 modulluq 2 atlant daha obrazlı görünərdi.
Bina H.Əliyev prospektində yerləşir. Son dövrlərdə bu prospektə aparılan təmir, yenidənqurma işləri çərçivəsində ADRA bu vəziyyətə salındı. Öz əvvəlki görünüşü ilə, indiki boğucu prospekt daha gözəl görünərdi.
Təbii ki, yaxşı tərəfləri də var. Məsələn binadakı bəzi ornamentlər göz oxşayır və ya binaya əlavə çardaq mərtəbəni əlavə etməkləri müsbət haldır, baxmayaraq ki, çardaqda geniş dəhliz işıqlanmadan məhrumdur. Dəhlizin sağ və sol tərəflərində kiçik otaqlar yaradılıb, otaqlardan 2 qat enli olan dəhliz isə təbii işıqlanma ilə təmin olunmur.
Fasada yazılan akdemiyanın adı isə diqqətlə baxanda belə seçilmir.
Ən gülməli məqam binanın arxa tərəfi əvvəllər necə idisə indi də o cür qalmasıdır. Binanın əvvəli klassik arxası isə kontruktivdir.
QEYD: fikir verin əvvəlki şəkildə (təxminən 4-5 il əvvəl çəkilmiş şəkildə) prospekt necə yaşıllıqlarda zəngindir. Amma indi… hər şey göz qabağındadır.
Aaaaaaaaaa Urfan menim hec aglima gelmezdi o binani deyishib bele ede bilerler? :( Hem bunanin cardaginda 3 dene buynuz kimi seyler hec ne gozel gorsenmir.
Nunu, sözünə qüvvət o günbəzlər ümumiyyətlə çox qoca baxılır. “Buynuzlar” da qıcıqlandırıcıdı. Memar olmayan birindən ilk dəfədi bu iradı eşidirəm, memarlıqda olmayan insanların xoşuna gəlir nədənsə :)
Urfan, təşəkkür edirəm belə maraqlı bloq üçün. Düzü maraq dairəmdədir və belə bir bloq axtarırdım. Bu binaya memar gözü ilə şərhin maraqlıdır. Amma istərdim daha çox şəkillər yerləşdirəsən, məsələn interierdən danışanda binanın içindən də maraqlı fotolar qoysan daha vizual və çatımlı olardı. Məsələn, bu binanın yanından mən keçməmişəm, mənim üçün tamamən yeni bir binayla tanışlıq kimi bir şeydir. Və iki şəkil mənə az gəldi. Sadəcə kiçicik irad və ya təklifimdir. Bir daha təşəkkürlər.
Sorry, bloqdan o qədər danışdıq ki, sayt demək istəyirdim yuxarıdakı şərhimdə. Təşəkkürlər sayt üçün:)
Xoş sözlərə görə çox sağ ol, Səbinə. Nəzərə alaram iradını, düzgün vurğuladın.
Qeyd: əslində bu sayt yox hələki bloqdur :)
Ehsen…Men rekanstrukturun M.Fexreddin muellim oldugun bilirdim,amma Q.Yusif muel.tanimirdim.Ehsen axtarishlarina gore.Gumbezlere geldikde tam razi,proposianal uygun deyil..amma bu bina mene cox dogmadir,cunki gunumuzun coxu akademiyada kecir…ugurlar yeni movzular gozleyirem.)
Doğma olmağına çox doğmadı, Nilufər :) Amma nə edəsən, düzə-düz.. Yeni mövzular haqda nəsə təklifin olsa denən, nəzərə alacam ;)
Salam. “ADRA KADABRA”ni oxuyanda kovreldim. Bir vaxtlar bu adi biz fikirleshmishdik…))) ne ise…
Duzdur kohne binanin (memarin kim olub olmamasindan asli olmayaraq) – daha sert formalarda olmasi bir anliq “Bunker”-i xatirladirdi. Memarliq ve dizayn-a hech yaxin bela durmurdu…
… indi… Indiki binasi ola biler interyer superdi – funksionaldi (amma dushunmurem), amma exteryer – heqiqeten berbatdi. sozun heqiqi menasinda BERBAT! Yeni ressamliq akademiyasinin arxitektur yashayish binasinnan fergi ne oldu? Chox sherh yaxmaq istemezdim. Amma hech olmasa bu “yeni” tikilini tiken, chertyojunu cheken, icaze veren, ne bilim daha kimler kimler hech olmasa bir 100 mert yolun o terefindeki tikilen binaya baxardilar(((( ne olardi? Demirem Zaha Hadid gelib bize Akademiya uchun bina eskizi versin. Ibret goturerdiler hech olmasa. Dunya praktikasina baxardilar. Azerbaycanda var heqiqi ressamlar ki, bacarardilar bu ishi… (((
Salam. Bu adı lazım gəlsə işlədə bilərsiniz, necə deyərlər – sizə qurbandı :)
Deməzdim ki, köhnə binası memarlığa yaxın düşmür, əksinə o fasadı Azərbaycanın memarlıq incisi adlandırmaq olar. Düzdür, rəssamlıq akademiyası üçün biraz brutal həcmləri var idi, amma yenə də memarlıq baxımından ideal iş hesab edirəm.
İş orasıdır ki, binanın üzünü dəyişəndə interyerə əl vurmamışdılar. İndi binanı tam təmir etməyə başlayıblar, heç inanmıram modern interyer həcmlərini klasikaya uyğunlaşdırmağı bacaralar.
Əlbəttə, gərək hansıa layihəni işləyəndə özündən əvvəlki nəslin təcrübəsi ilə, dünya təcrübəsi ilə tanış olasan. Yoxsa iş bir o qədər də savadlı alınmaz. Azərbaycanda rəssamlarla yanaşı çox güclü memarlar da var. Heç olmasa bu işi onlara tapşsaydılar inanıram ki, indiki binadan yüz qat savadlı nəsə alınardı. Amma nə etmək olar? Artıq iş-işdən keçib..
eslinde men sizin kimi duwunmurem..Adra en gozel akademiyadi..Ve tikintiside menim cox xowuma gelir..Bawqa universitetlerdende ferqlenir..
Memarlıq sənətinə yiyələndikdən sonra nə demək istədiyimi biləcəksiniz. Həmin vaxt 2-ci şərhi yazmağınızı gözləyəcəyəm :)
Kateqoriyalar
Blogroll