Dünya şöhrətli memar Murat Tabanlıoğlu ilə görüş

Bu həftə (29.04.2011) dünya şöhrətli memar Murat Tabanlıoğlunun Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında memar və tələbələrlə görüşü oldu. Memarı ölkəmizə İncəsənət Aləmi cəmiyyətinin yaradıcısı memar Adil Talıbov dəvət etmişdi. Cənab Tabanlıoğlu öz layihələri nümunəsində çağdaş memarlıq haqqında mühazirə keçdi.

İştirakçı kimi deyə bilərəm ki, bu tip tədbirlər tələbələrə o qədər çox şey öyrədir ki, bunu heç bir yerli tədris sistemi əvəz edə bilməz. Başlıca olaraq dünya təcrübəsini birə-bir memarın dilindən eşitmək çox xoşdur. Üstəlik memar digər dünya şöhrətli memarlarla (məs. Norman Foster, Zaha Hadid və s.) sıx əlaqədə, hətta dostluq münasibətindədir. (daha&helliip;)
Ardını oxu →

34 dərəcə

06. II. 2011-ci ildə maraqlı bir həndəsi qanun tapdım, çox istərdim ki, bunu sizinlə bölüşüm. Tapdığım bucaq Qızıl Bölgü sahəsinə, bu mütənasibliyə aiddir. Obrazlı desək bu “kəşf” 34o adlanır.

Mahiyyəti: bu elə dərəcədir ki, 34o –lik bucağın tərəflərindən birinin istənilən yerində bir nöqtədən üfiqi və şaquli xətt çəkməklə qızıl bölgü düzbucaqlısını (1,618 mütənasibliyini) əldə etmək mümkündür. (daha&helliip;)
Ardını oxu →

Biliksiz Sifarişçi (təlim üçün bloq post)

Azərbaycanda xüsusilə Bakıda ən son problemlərdən biri memarlıqla əlaqədar problemlərdir. Bu sahədə olan insanlar problemin kökünü bilir, lakin kənardan baxan şəxslər təəssüf ki, məsələnin nə yerdə olduğunu təbii olaraq tam bilmirlər.

Problem : Səviyyəsiz memarlıq. Səbəblər: Savadsız memarlar, Rüşvətxorluq və Biliksiz sifarişçi. (daha&helliip;)
Ardını oxu →

ADRA – Kadabra

Bu yazımı mənfi obrazlı cadügar qarının sehri ilə şedevr layihənin biyabırçı hala gətirilməsinin nağılını danışacam. 30-cu illərdə layihəsi verilmiş bir bina var. O bina indi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA-nın) binasıdır. Təəssüf ki, binanın müəllifi barədə heç bir ədəbiyyatda məlumat və ya hansısa qeyd yoxdur. Amma onun yaradıcısı, ona ruh verən memar kimi Yusif Qədimovu binanın memarı adlandırmaq olar. 2010-cu ilə qədər binanın görünüşü məhz Y.Qədimovun rekonstruksiya layihəsi əsasında bərpa olunmuş görünüşdə idi. 2010-cu ildə ADRA təmir olunanda bu korpus da təmirə verildi. Daha doğrusu tilsimə salınıb indiki halına gətirildi. İlkin görünüşü (2010-cu ilə qədər) konstruktivizm üslubunda, eyni zamanda funksionalizm elementləri ilə zəngin maraqlı formada idi. Nəzərə alsaq ki, memar Qədimov həm də Milli Təhlükəsizlik Nazirliyinin binasının müəllifidir, aydın olur ki, memar 20-ci əsr dəst-xəttinə yüksək səviyyədə bələd olan insandır. Tikildiyi dövrün üslubunu binada saxlamağa qadir oldu. (daha&helliip;)
Ardını oxu →

Lüks mobil evlər

Əvvəlki yazılarımdan birində mobil evlər, onların müasir dünyamızda mühüm yeri, komfortu və s. barədə söz açmışdım. Bu yazımda isə kiçik araşdırma ilə əlimə keçən iki möhtəşəm mobil evi sizinlə bölüşmək istəyirəm. (daha&helliip;)
Ardını oxu →

6-cı prinsip

Əvvəlki yazılarımdan birində sizə Korbuzyenin 5 prinsipi barədə söz açmışdım. Bu yazımda isə bir qədər risk edib Korbuzyenin standart 5 prinsipinə bir əlavə etmək istəyirəm. Bu barədə smestr layihələrimin birini həll edərkən fikirləşmişdim. Fikirləşdim ki, standart, çərçivə daxilində “pilləkən qəfəsi”ni niyə də çərçivədən çıxarmayaq? Düzdür bu əvvəllər iriaşırımlı ictimai binalarda tətbiq edilib. Amma yenə də dar çərçivədə. Elə mənim layihəm də ictimai (xokkey meydanı) layihə idi, orda bu prinsipin cüzi hissəsindən istifadə etdim, amma bunu yüksəkmərtəbəli binalarda da tətbiq etmək olar.

5 prinsip yeni yaranmış beton-karkas konstruksiyasının verdiyi imkanlar sayəsində yarandı. 6-cı prinsip də bu konstruksiyanın imkanları ilə həll edilə bilər. Düzdür yeni texnalogiyalarla, fərqli yollarla da həll etmək olar, amma buna 5 prinsipin yarandığı dövrün gözü ilə baxsaq məncə “sərbəst şəkilli pilləkən qəfəsi” adı ilə bu siyahıya əlavə oluna bilərdi (çünki sözügedən siyahıda sərbəstşəkilli funksional əlaqə, sərbəstşəkilli fasad və s. prinsiplər var idi). (daha&helliip;)
Ardını oxu →

Eskiz (2-ci hissə)

Əvvəlki yazılarımdan birində eskizlər haqda ümumi məlumat vermişdim, bu yazımda isə öz eskizlərimin nümunəsində bəzi texniki metodlar barədə danışacam. (skanerdən eskizlərin rəng, işıq-kölgə baxımından 50%-i düşməyib, bəzi effektlər, məsələn: buludlar, kölgələr, zəmin və s. olduqca keyfiyyətsiz düşüb, buna görə sizdən üzr istəyirəm.) Qeyd etdiyim kimi bacarıqlı memarın adi eskizi konkursda bacarıqsız memarın gözaldadan eskizinə hər zaman məğlub olur. Ona görə də eskizlərlə sifarişçini qazanmaq lazımdır ki, öz yaradıcılığını real həyatda göstərə biləsən.

Bunun üçün ilk olaraq bacarıqdan əlavə memara eskiz çəkmək üçün vasitələr lazımdır. Qısa siyahı tərtib etdim: (daha&helliip;)
Ardını oxu →

Professional Loqo Tərtibatı

Bu yazı yeni ünvanda ilk yazımdır. Ona görə fikirləşdim ki, həm sayta, həm də memarlığa aid mövzü haqda yazım. Loqo memarlıqda bir o qədər də vacib ünsür kimi görsənməsə də əminəm ki, yazının sonunda nə qədər vacib məsələ olduğunu görəcəksiniz. Çünki ilk baxışdan memarlıq şirkətinin hansı səviyyədə olduğunu onun loqosundan bilmək olar. Təəssüf ki, Azərbaycanda bir çox memarlıq şirkətlərinin loqoları hansısa kiçik dizayn şirkətlərinin loqolarından fərqlənmir. Loqo sahib olduğu şirkətin, insanın, markanın keyfiyyət göstəricisi rolunu oynayır. Deməli mükəmməl olmalıdır ki, insanlar və onların təhtəlşüuru onu qəbul edə bilsin.

(daha&helliip;)
Ardını oxu →

MEMARLIQ – 1 yaş

Bir il əvvəl bu gün Yaz-Yay məktəbində memarliq.wordpress.com adı ilə qeydiyyatdan keçdim. Məqsədim, Azərbaycanda memarlıq biliklərinə öz dilimizdə olan böyük tələbata kiçik tövhəmi vermək idi. Ötən bir il ərzində bir çox mövzulara toxundum, bir çox tələb və təklifləri dəyərlədirdim. Bir yaş münasibəti ilə yeni ünvana köçmək də nəsib oldu. Bunun üçün Gənc Bloqçular Şəbəkəsinə, Sahil İT MMC-yə və şəxsən Şaiq MuradovFərhad Səfərova bu bloqun ərsəyə gəlməsində göstərdikləri köməyə görə böyük təşəkkürümü bildirirəm. Çalışacağam ki, bundan sonra da aktiv fəaliyyətə davam edim.
Ardını oxu →

Eskiz (1-ci hissə)

Xahişləri nəzərə alaraq eskizlər mövzusunu bu həftə yazmaq qərarına gəldim. Eskiz nədir? Bu memarın (və ya ümumiyyətlə dizaynerlərin) sifarişçilərlə ilk fikir kontaktıdır. Eskiz sayəsində memar layihəni itirə və ya qazana bilər. Sifarişçinin istəklərinə uyğun olaraq ilk beynində canlandırdığını kağıza tökmək layihənin ilk və vacib mərhələsidir. Bu proses  baxmayaraq ki, kənardan xırda görsənə bilər, amma kifayət qədər məsuliyyət tələb edir.

Santiago Calatrava

Bunun üçün memara ilk növbədə əl qabiliyyəti lazımdır. Təsadüfi deyil ki, memarlıq tədris olunan universitetlərdə akademik rəsm fənni tədris olunur. (daha&helliip;)
Ardını oxu →