ehance qlobal online portfolio şəbəkəsidir. Artıq Adobe şirkətinə məxsus olan sosial şəbəkə 2012-ci ildən etibarən dünyanın 80-dən çox ölkəsində ildə 2 dəfə - payızda və yazda Portfoliolara baxış həftəsi keçirir. İndiyəcən dünya üzrə 1500-ə yaxın sayda bu tədbir keçirilib. Azərbaycan isə 2013-cü ildən bu ailəyə qoşulub. 2016-cı ilin payız ayı üçün isə Memarlar Klubu olaraq tədbiri öz məkanımızda keçirməyi qərara aldıq.
Tədbirin əsas məqsədi, offline şəkildə yaradıcı insanlarla, yaradıcılığa həvəsi olan insanların görüşünü təşkil etməkdir. Eyni zamanda müxtəlif insanlar arasında tanışlıq qurub sosiallaşmaq və yaradıcı insanların öz təcrübələrini izləyicilərlə bölüşmək məqsədi daşıyır.