
merikalıların yaxşı deyimi var –
All roads lead to Rome. Tərcümədə “bütün yollar Romaya aparır” mənasına gələn deyimin cazibədarlığı bu şəhərə getmək üçün ilk bəhanəm oldu. Öncədən araşdırmalarımda da burada çoxsaylı böyük Memarın layihələrinin yer aldığını gördükdə, planımı qətiləşdirdim.

Bu səfərki məqaləmdə Roma səfərimdən danışmaq istəyirəm. Və oraya gedəcək insanlar üçün kiçik “Memar marşrutu” sıralamağı düşünürəm. Əvvəlki məqaləmdə (
Eskiz 9-cu hissə- Səfər eskizləri) qeyd etdiyim kimi, hansı şəhərə gedirsiniz gedin, mütləq oranın mühim Memarlıq obyektlərini ziyarət edin və onların eskizlərini çəkin. Bu yazımla da çəkdiyim eskizlərdən nümunələr göstərməyə və təcrübəmi bölüşməyə çalışacağam. Foto onsuz da olur, amma eskiz daha önəmlidir, bunu səfərdə daha yaxşı anlayırsan.
(daha&helliip;)