Let’s GObustan

qobustan Dövlət Tarixi – Bədii Qoruğunun Let’s Gobustan layihəsi ilə birgə Memar Elvin ƏliyevMemarlar Klubu olaraq mən, Urfan Məmmədov 8 oktyabr, 2016-cı ildə “Litosfer” adlı təlim keçirdik. Təlimin məqsədi landşaft və onun təbii detallarını daha yaxından öyrənmək, onları hiss etmək və Qobustanın qədim enerjisini sinəmizə çəkmək idi.

294

Elvin Əliyev Rocks and Metals layihəsi ilə vizualizasiya sahəsində bir addım daha inkşaf edərək, Memarlıq obyekti ilə bütün landşaft elementlərini komputer qrafikası ilə vizuallaşdırdı.

f6466443124913-57e40064d1a5b

23524d43124913-57e40064d5bbf

Layihənin renderləri ilə daha geniş bu keçiddə tanış ola bilərsiniz. Layihəni ölkə üzrə bu səviyyədə ilk iş adlandırmaq olar. Bu səbəbdən müəllif 1 ilə yaxın üzərində işlədiyi layihədən qazandığı təcrübəni gənclərlə, yeni başlayanlarla və peşəkarlarla bölüşmək qərarına gəldi. Bunun üçün Qobustan əla məkan idi.

027

047

Vizual olaraq qayaların, bitki qatının necə ərsəyə gəlməsini, ümumilikdə yaradıcılıq prosesinin necə inkşaf etdiyini iştirakçılarla bölüşən Elvindən sonra Qobustan qayalıqlarında yürüş etdik.

099

153

Artıq qayalara, daşlara baxış bir qədər fərqli idi. Bunun ardından həmin landşaftın beyinlərə həkk olunması üçün eskiz məşğələsi keçdim.

14702460_695062513976753_2622403775663498675_n

060

Təəssüf ki, vaxt azlığından lazımi qədər bu məşğələnin üzərində işləyə bilmədik. Bu səbəbdən sürətli eskiz adlanan metoddan istifadə edərək “Forma və Faktura” adlı məşğələni başa vurduq. Məqsəd landşaftda bir fraqment tutub, oradakı qayalığın siluetini-formasını çəkmək və fakturasını kömürlə hiss etdirmək idi. Burada mütənasiblik, işıq-kölgə, forma və faktura əsas prioritet idi.

223

274

244

Ardından qədim məkanda tonqal qalayıb ətrafında bir neçə saatlıq məskən saldıq.

252

dsc_0125-small

Daha əvvəl Memarlar Klubu olaraq  Şəkidə keçirdiyimiz workshopdan sonra bu formatda ilk tədbirin məqsədi gənclərimizə yeni biliklər verib eyni zamanda dəyərlərimizlə yaxından tanış etmək idi. Artıq növbəti təcrübədən sonra bu tip workshopların tez-tez keçirilməsi planlaşdırılır. Növbəti dəfə üçün elanlarımızı gözləyin ki, qeydiyyatdan keçib təlimlərimizə qoşulasınız.

294

QEYD: təlimin keçirilməsində göstərdiyi bütün köməkliyə görə başda Cavad Əfəndi olmaqla Qobustan Qoruğunun Let’s Gobustan layihəsinə təşəkkür edirik.