Behance Portfoliolara Baxış tədbiri, 2016

Behance qlobal online portfolio şəbəkəsidir. Artıq Adobe şirkətinə məxsus olan sosial şəbəkə 2012-ci ildən etibarən dünyanın 80-dən çox ölkəsində ildə 2 dəfə – payızda və yazda Portfoliolara baxış həftəsi keçirir. İndiyəcən dünya üzrə 1500-ə yaxın sayda bu tədbir keçirilib. Azərbaycan isə 2013-cü ildən bu ailəyə qoşulub. 2016-cı ilin payız ayı üçün isə Memarlar Klubu olaraq tədbiri öz məkanımızda keçirməyi qərara aldıq.

1-cover

Tədbirin əsas məqsədi, offline şəkildə yaradıcı insanlarla, yaradıcılığa həvəsi olan insanların görüşünü təşkil etməkdir. Eyni zamanda müxtəlif insanlar arasında tanışlıq qurub sosiallaşmaq və yaradıcı insanların öz təcrübələrini izləyicilərlə bölüşmək məqsədi daşıyır.

elze7338

elze7332

elze7330

Bu səfərki tədbirdə 6 iştirakçı çıxış etdi. Qaydaya əsasən hər iştirakçı 15 dəqiqə ərzində özü və işləri ilə izləyiciləri tanış etməli idi. İştirakçılar və onların yaradıcılıq sahələri:

Səfiyar Məcnun  fotoqraf

Elçin Vəliyev  rəssam

Aysel Sadıqova  modelyer

Çiçək Bayramlı  Memar

Fərhad Aşurbəyli  kulinar

Emil Samir  qrafiti

Səfiyar – Küçə fotoqrafiyası və Metafizik fotoqrafiyaya yer ayırdı. Bundan başqa veteranlara həsr olunmuş xüsusi silsiləsi ilə izləyiciləri tanış etdi. Elçin – Repin akademiyasında qazandığı təcrübəni, akademik rəsmlərini və yeni üslubda çəkdiyi xalçalar silsiləsini təqdim etdi. Aysel – Parcha adlı öz brendi və son kolleksiyası ilə çıxış etdi. Çiçək – son layihələrindən biri olan Kefli şərab evinin dizaynı və inşaat prosesini bizimlə bölüşdü. Fərhad – Fashur adlı yeni layihəsi və Azərbaycan kulinariyasını dünyaya tanıdacaq video layihəsi ilə çıxış etdi. Hansı ki, kulinariya Behance tədbiri üçün yeni sahə hesab edilir. Emil və Samir isə – Baku Graffiti Agency  adı ilə çıxış edib öz işlərini bizimlə bölüşdü.

Tədbirin formatına əsasən münsiflər heyyəti 3 nəfər qalib müəyyənləşdirməli idi. Münsiflər heyətinə,

Fotoqraf  Eldar Əkbərov 

Behance tədbirini ilk dəfə Azərbaycanda keçirənlərdən biri, Memar Elvin Əliyev 

Marionet teatrının rəhbəri, rəssam  Tərlan Qorçu daxil idi.

elze7361

İştirakçıların çıxışından sonra münsiflər heyətinin qərarı ilə 3 qalib müəyyən edildi. Qaliblər 3 nəfər olsa da, onlar arasında sıra fərqi yoxdur. Belə ki, Emil və Samir, Elçin VəliyevAysel Sadıqova qalib elan edildi.

elze7371

elze7375

elze7362

Bundan başqa gördüyü işlərə görə münsiflər heyətinin xüsusi medalı ilə Fərhad Aşurbəyli mükafatlandırıldı.

elze7388

Məkanın çox da böyük olmaması səbəbindən tədbir qapalı keçirildi. Təxminən 50 nəfər qonaq qəbul edə bildiyimiz tədbirin video çarxı ilə tezliklə Memarlıq səhifəsində tanış ola bilərsiniz.

untitled-2

Behance Portfoliolara baxış tədbirinin doğma siması Leyla Ağayevaya təşkilati işlərdəki dəstəyinə və aparıcılığına görə dərin təşəkkür edirik :)

elze7340

elze7331

2016, payız tədbirinin təşkilatçıları isə Subhan Manafzadə və mən Urfan olduq. Subhana da xüsusi təşəkkür edirəm. Ümid edirəm yaxın gələcəkdə yenə birlikdə bu və bu tip tədbirlər keçirəcəyik.

elze7304

QEYD: fotolara görə fotoqraf Eltac Zeynalova təşəkkür edirəm :)