“AA visiting school Baku”

Architectural Association School of Architecture və ya qısa olaraq AA, dünya Memarlıq universitetlərinin reytinqində ilk sıralarda yerləşən Memarlıq məktəblərindən biridir. Əsası 1847-ci ildə qoyulmuş və məktəb, çoxsaylı dünya Memarlarının leksiyalarının keçirildiyi, dünya miqyaslı Memarların üzə çıxdığı, bəzilərinin AA-də dərs deməsi ilə tanınır.

1 - Cover

AA-in Memarlığa yanaşması daha çox elmi araşdırma xarakterlidir və tələbələrin layihələri daha çox gələcəyə hədəflənmiş Memarlıqdan ibarətdir. AA məktəbinda bakalavr və ya magistr pilləsinə yiyələnmək özüm də daxil olmaqla bir çox gənc Memarın arzusudur. AA məktəbi tək bakalavr və ya magistr proqramı yox, həm də “Ziyarət Məktəbi” kimi də fəaliyyət göstərir. Belə ki, indiyədək 60 fərqli şəhərdə keçirilən ənənəvi “AA visiting school”-un növbəti dayanacağı Bakı şəhəri oldu.

DSCF4273

10 günlük təlimdən ibarət olan AA Bakı Məktəbi Yarat Müasir İncəsənət Məkanı tərəfindən dəvət edilmişdi. Təlim 25 avqust-4 sentyabr tarixində baş tutdu. Təlimin iştirakçısı kimi 10 gün ərzində baş verənləri sizinlə bölüşmək istərdim.

DSCF4359

Təlimin müəllimləri AA məzunu olmuş Omid Kamvari və Kasper Ax idilər.

11926066_887578687976934_2362324111806739847_o

4

İlk gün ümumi tanışlıqla bərabər 4 əsas mövzu təqdim olundu:

1. Geometrical Web

2. Hierarchical Forms

3. Embedded Forms

4. Gravity

İlk tapşırıq verilən mövzulara aid qruplara ayrılmaq və qrup şəklində tələbələrin mövzuya uyğun müəyyən materiallarla maketlər düzəldib testlər etməsi idi. İlk olaraq qeyd etmək istəyirəm ki, təhsil prosesində qrup işi olduqca vacib məsələdir. Memarlıq qrupla işləməyi məcbur edən sənət növüdür. Bu səbəbdən təhsil müddətində qruplarla iş çətin olsa da, prosesi öyrənmək baxımından vacibdir.

DSCF4281

2

Təxminən 3-4 gün davam edən testlər nəticəsində hər hansısa abstrakt görünən həcmin fəzada sistemli şəkildə qrulması lazım idi. Həmin həcmlərin çərçivələr daxilində asılaraq, dartılaraq və ya birləşmə yerlərini hərəkət edərək Memari formanın necə dəyişdiyini müşahidə etmək kifayət qədər baxış bucağını genişləndirdi. Maraqlısı budur ki, ilk gün heç kim konkret nə edəcəyini və edilməsi lazım olan testlərin nə işə yaradığını başa düşmürdü. Sonlara doğru isə artıq fəzada parametrik dizaynın necə qurulması və onu necə idarə etməyi mənimsədik. Artıq parametrik formaları izləyərkən onun hansı mərhələlərdən keçdiyini dərk etmək daha asandır.

DSCF4419

15

DSCF4433

Yekun mövzu “Liquid Futures” idi. Bakı şəhəri, onun keçmişi, bu günü və gələcəyi ilə əlaqəli instalyasiyalar qurulmalı, tətqiqatlar nümayiş olunmalı idi. Bakının inkşafında mühim rol oynayan neft mövzusu əsas prioritet idi.

16

Geometrical web - Gravity -Omid and Kasperl-5 small

Hədəf, ölkəmizin və paytaxtımızın keçmişi və bu gününü müşahidə edib gələcək haqda təsəvvürə sahib olmaq idi. Təsəvvürün nəticəsində isə instalyasiyalar özü izləyici ilə danışmalı bir növ yaradıcının şüurunu filterləşdirib izləyiciyə ötürməli, izləyiciyə yollar təqdim edib son nəticəyə varmasına yardım etməli idi.

Sonda isə Yarat mərkəzində görülmüş işlərlə bağlı sərgi təşkil edildi.

DSCF0301

11986611_887579134643556_7766979470587488201_n

DSCF0330

DSCF0249

10 günlük təlimin necə keçməsini addım-addım izləmək üçün aşağıdakı qısa videolara nəzər yetirin. AA Bakı Məktəbi bu tip tədbirləri gələcəkdə də davam etdirəcək. Gənc Memarlara sözügedən tədbirə qoşulmağı məsləhət görürəm. Dostlar qazanmaq, Memarlığa fərqli bucaqdan baxmaq, yeniliklər öyrənmək baxımından olduqca marqlı təlimdir.

1-ci gün

3-cü gün

5-ci gün

7-ci gün

9-cu gün