Tag Archives: memarliq

Kumpirizm

Kumpirizm cərəyanı bir çox dünya memarlarının ələxsus da Azərbaycan müasir memarlığının siması olmuş “modern” cərəyanlardandır. Kumpirizm sözünün mənası məşhur türk yeməyi olan kumpirdən götürülmüşdür. Bu yemək hazır salatlar və başqa qida məhsullarının bir-birinə qatılmasından hazırlanır. Yəqin aydın oldu ki söhbət hansı memarlıqdan gedir – hər şeyi bir-birinə qatan bəzi memarların “sənət əsərləri”ndən:)

Continue Reading →

“Bu, memarlıq deyil, kompyuter qrafikasıdır”

Son dövrlər dünya memarlarını narahat edən ən aktual məsələlərdən biri kompyuter qrafikası, ona olan ciddi təlabat və bunun memarlıq yaradıcılığına verdiyi mənfi təsirlərdir. Bir çox insan fikirləşir ki, kompyuter proqramlarını bilməyən memarlığı yeni bitirmiş tələbə heç kimə lazım deyil. Təəssüf ki, Azərbaycanda demək olar ki, vəziyyət belədir. Amma düşünüb görürsən ki, tələbə kompyuter qrafikasını öyrəndikdən

Continue Reading →

Zaha, nənəm, Məmməd və mən

ZAHA HADİD haqqında ilk dəfə 1987-ci ildə SSSR Memarlar ittifaqının orqanı olan “Memarlıq” qəzetində rast gəlmişdim.. Konseptual işlərini tələbə ikən öyrənməyə başladım, çox maraqlı idi və yeni söz idi.

Continue Reading →

Yeni layihə – Təcrübəli memarlarla tələbələr arasında körpü

Artıq bu gündən etibarən MEMARLIQ.com bloqunda yeni layihəyə start verilir. Layihənin məqsədi Azərbaycan memarları ilə tələbələr və ümumiyyətlə Azərbaycan vətəndaşı arasında körpü yaratmaqdır. Məşhur yerli memarlar bu gündən etibarən hər ay 1-2 məqalə ilə öz fikirlərini Azərbaycan dilində bizlərlə bölüşəcəklər. İlk addımı məşhur memar Nəriman İmaməliyevlə, onun məqalələri ilə başlayacağıq. Ümid edirəm ki, tələbə memarlar

Continue Reading →

Mikayıl Hüseynov

Bu həftə Azərbaycanın görkəmli memarı Mikayıl Hüseynovun doğum günü oldu. Bu münasibətlə Azərbaycanın fəxri sayılan, dahi memar M.Hüseynov haqqında tarixi faktları, layihələrini və s.-ni sizinlə bölüşəcəm. Memar 1905-ci il, aprel ayının 19-u Bakı şəhərində dünyaya gəlmişdir. Ali təhsilini 1922-29 –cu illərdə Politexnik universitetində, Mühəndis Memar ixtisası üzrə bitirmişdir. Bundan sonra sərbəst yaradıcılığa başlayan memar öz

Continue Reading →

Danny Forster Bakıda

Discovery Science kanalında yayımlanan dünya şöhrətli tikinti və memarlıq proqramı Build it Bigger verlişi Bakıdakı memarlıq obyektləri barədə veriliş hazırlayıb. Daha dəqiq dünyanın ilk alovşəkilli Azərbaycanın isə ilk göydələnləri sayılan binalardan və Heydər Əliyev Mədəniyyət Mərkəzindən bəhs edir. Proqram bu gün Bakı vaxtı ilə 07:00 -da nümayış olundu, internetdə video çarxları tapan kimi sizinlə isti-isti

Continue Reading →

Spiralşəkilli kompozisiya

Dünyada çox məşhur olan və hamı tərəfindən qəbul olunan spiralşəkilli kompozisiyalar barədə danışmaq istərdim. Bir çox memarların, şəhərlərin simvolu olan belə kompozisiyalı binalar illərdir istifadə olunur. Azərbaycanlı memar tələbələr də müəyyən zamanlarda bu kompozisiyaya müraciət edirlər. Əvvəlki postlarımın birində gördüyünüz kimi eskizlərimdə mən də bu formadan istifadə etmişəm. Dünyadan bir neçə nümunəyə diqqət yetirək:

Continue Reading →

Dünya şöhrətli memar Murat Tabanlıoğlu ilə görüş

Bu həftə (29.04.2011) dünya şöhrətli memar Murat Tabanlıoğlunun Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında memar və tələbələrlə görüşü oldu. Memarı ölkəmizə İncəsənət Aləmi cəmiyyətinin yaradıcısı memar Adil Talıbov dəvət etmişdi. Cənab Tabanlıoğlu öz layihələri nümunəsində çağdaş memarlıq haqqında mühazirə keçdi. İştirakçı kimi deyə bilərəm ki, bu tip tədbirlər tələbələrə o qədər çox şey öyrədir ki, bunu heç

Continue Reading →

34 dərəcə

06. II. 2011-ci ildə maraqlı bir həndəsi qanun tapdım, çox istərdim ki, bunu sizinlə bölüşüm. Tapdığım bucaq Qızıl Bölgü sahəsinə, bu mütənasibliyə aiddir. Obrazlı desək bu “kəşf” 34o adlanır. Mahiyyəti: bu elə dərəcədir ki, 34o –lik bucağın tərəflərindən birinin istənilən yerində bir nöqtədən üfiqi və şaquli xətt çəkməklə qızıl bölgü düzbucaqlısını (1,618 mütənasibliyini) əldə etmək

Continue Reading →

ADRA – Kadabra

Bu yazımı mənfi obrazlı cadügar qarının sehri ilə şedevr layihənin biyabırçı hala gətirilməsinin nağılını danışacam. 30-cu illərdə layihəsi verilmiş bir bina var. O bina indi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA-nın) binasıdır. Təəssüf ki, binanın müəllifi barədə heç bir ədəbiyyatda məlumat və ya hansısa qeyd yoxdur. Amma onun yaradıcısı, ona ruh verən memar kimi Yusif Qədimovu

Continue Reading →