Abşeron Memarlığı müasir həyat tərzi ilə

ina elə bir obyektdir ki, ancaq və ancaq öz yerləşdiyi yerinə görə layihələndirilməlidir. Bu təbiətdən gələn qanundur ki, onu dəyişmək mümkün olsa da düzgün deyil. Memarlıq isə gözəl olmaqdan çox, düzgün olmalıdır. Hər cəhətdən düzgün.

Ümumiyyətlə bir binanı tikməzdən öncə Memar binanın tikiləcəyi məkanda olmalı və oranın təbiətini analiz etməlidir. Yapon Memarları qədim zamanda kəndin salınmasından öncə həmin ərazidə 1 il yaşayırdılar və oranın bütün iqlim şərtlərini öyrənirdilər. (daha&helliip;)
Ardını oxu →

Eskiz 11-ci hissə (Roma)

merikalıların yaxşı deyimi var – All roads lead to Rome. Tərcümədə “bütün yollar Romaya aparır” mənasına gələn deyimin cazibədarlığı bu şəhərə getmək üçün ilk bəhanəm oldu. Öncədən araşdırmalarımda da burada çoxsaylı böyük Memarın layihələrinin yer aldığını gördükdə, planımı qətiləşdirdim.

Bu səfərki məqaləmdə Roma səfərimdən danışmaq istəyirəm. Və oraya gedəcək insanlar üçün kiçik “Memar marşrutu” sıralamağı düşünürəm. Əvvəlki məqaləmdə (Eskiz 9-cu hissə- Səfər eskizləri) qeyd etdiyim kimi, hansı şəhərə gedirsiniz gedin, mütləq oranın mühim Memarlıq obyektlərini ziyarət edin və onların eskizlərini çəkin. Bu yazımla da çəkdiyim eskizlərdən nümunələr göstərməyə və təcrübəmi bölüşməyə çalışacağam. Foto onsuz da olur, amma eskiz daha önəmlidir, bunu səfərdə daha yaxşı anlayırsan. (daha&helliip;)
Ardını oxu →

Azərbaycanın ilk Memarlar klubu

emarlıq.com olaraq yay ərzində məqalə yazmağa ara versəm də, yeni təhsil və iş ilindən etirabən yeni məqalələrlə tez-tez görüşəcəyik. Bu qısa fasilədən sonrakı ilk məqalə isə ölkəmiz və dünya üçün əhəmiyyətli günə hərs olunur. Memarlıq günü, ustad Memar Le Corbusier-in doğum günü və Azərbaycanda ilk Memarlar klubunun açılışı.

Bildiyiniz kimi dünyada Memarlıq günü hər il oktyabr ayının ilk bazar ertəsi qeyd edilir. Bu mövzuya əvvəlki məqalədə toxunmuşduq. Eyni zamanda təsadüfən bu il eyni gün ustad Memar Corbusier-in doğum gününə təsadüf etdi. Bir sözlə bayram bayrama qarışdı. Belə əlamətdar günü Azərbaycana aid etmək üçün isə Memarlar klubunun açılışını elə məhz 6 oktyabr tarixinə qərarlaşdırdıq. (daha&helliip;)
Ardını oxu →

Rənglərin 5 növü

rancesca Valan adlı İtaliyanın məşhur rəng dizayneri var. Hansı ki, son dövrlər bir çox müasir binaların və interyerlərin rəng həllinin layihələndirməsi bu xanıma həvalə edilir. Xoşbəxtlikdən magistr təhsili boyu bu xanımdan rənglər və onun sirrləri haqda dərs almaq qismət oldu. Bu yazımla ondan öyrəndiyim rənglərin növləri barədə danışmaq istərdim.

Bu mövzu olduqca diqqətimi çəkir, çünki hamı – Memarlar, dizaynerlər hətta rəssamlar belə rənglərdən hər gün istifadə etsələr də çox vaxt onların rəsmi olaraq hansı kateqoriyaya aid olduğunu bilmirlər. Bəli, bu o qədər də ölüm-qalım məsələsi deyil. Rəng elə bir şeydir ki, onu hissiyyatla da həll etmək mümkündür. (daha&helliip;)
Ardını oxu →

Həcmlər və işıqlar

lk dəfə 2013-cü ildə Memar dostlarla kiçik Avropa turu etdik. Bu tur çərçivəsində dünya Memarlığında iz qoymuş Memarların əsərlərini canlı görmək üçün bir çox şəhəri gəzdik. Onlardan biri də İtaliyanın Milan şəhəri idi. Daha əvvəl də barəsində söz açdığım Memarlar üçün gəzməli-görməli yerlərin ünvanları olan saytdan bu şəhər üçün gediləsi yerlərin siyahısını tutduq. Bu siyahıda müəlliflərinin adlarını heç vaxt eşitmədiyimiz və binasına heç bir ədəbiyyatda rast gəlmədiyimiz Giovannu E Paolo kilsəsi də var idi.

Bu kilsə haqda təəssüratlarımı bölüşmək istərdim. Çünki adını eşitməyib, fotosunu görmədiyimiz yer xatirəmizdə qızıl hərflərlə yazıldı. Əslində bu kilsənin Memarları İtaliyada və qismən dünyada məşhur Memarlardır – Luigi FiginiGino Pollini. (daha&helliip;)
Ardını oxu →

The Next Supper

ilanda aldığım təhsilin ilk böyük layihəsi haqda danışmaq istərdim. Bu başı bəlalı layihəm, həm də Avropada işlədiyim ilk professional layihə hesab edilə bilər. Buna görə bu layihənin yeri tam başqadır. Bir çox eksperimentlər, yeniliklər həyata keçirdim və bunları sizinlə bölüşməyə şad olaram.

Əvvəlki layihəmdən artıq sizə tanış olan Milan Suite Hotel-ə yeni layihə təqdim etməli idik. Mövzu binanın 1-ci mərtəbəsində yer alan texniki qarajı restorana çevirmək idi. Mövzu restoran olsa da, tələbələr burada bu mövzuya uyğun başqa məkanlar da layihələndirə bilərdi. Məsələn, bar, pub, çayxana və s. Mövzumu gecə klubu seçdim. Çünki ətraf ərazini araşdırdıqdan sonra ən yaxın klubun bir neçə km uzaqda olduğunu öyrəndim və düşündüm ki, şəhərin bu hissəsində bu cür klub müştəri sarıdan heç vaxt korluq çəkməyəcək. (daha&helliip;)
Ardını oxu →

Eskiz 10-cu hissə (Photoshop Rendering)

əhsil aldığım universitetin tədris proqramının ən maraqlı dərslərindən biri eskiz dərsidir. Eskiz və onun əhəmiyyəti  barədə artıq çox müzakirələrimiz olub. Təsadüfi deyil ki, artıq 10-cu hissəyə çatmışıq. Bu səfər də çalışacağam maraqlı bir üsuldan və onun üstünlüklərindən söz açım.

Mövzunun adından da gördüyünüz kimi söhbət Adpbe Photoshop proqramı vasitəsi ilə çəkilən eskizlərdən gedir. Daha doğrusu yenə əllə çəkirik, amma onların rəng, material və effektlərini sözügedən proqram vasitəsi ilə veririk. (daha&helliip;)
Ardını oxu →

Dənizçi evi

arşımızda dizayn tarixi dərsinin final tapşırığının həlli var idi. Verilən tapşırığa əsasən, bütün semestr ərzində keçmiş olduğumuz dizayn obyektlərindən istifadə edərək layihə tərtib etməli idik. Layihəmin mövzusunu Dənizçi Evi seçdim.

Bu ev bir və ya iki nəfərin yaşaması üçün və balıqçılıqla məşğul olmağa tam yararlı olmalı idi. Buna görə semestr boyu öyrəndiyimiz yüzlərlə obyektdən ən az 6 ədəd olmaqla seçib bu evdə işlətməli idik. (daha&helliip;)
Ardını oxu →

Gözəlliyin sirri

özəllik əslində mücərrət anlayış kimi qəbul olunur. Ancaq incəsənətə gəldikdə artıq görürsən ki, gözəlliyi əldə etmək üçün müəyyən qayda-qanunlar və hətta riyazi hesablamalar da var. Bu gün qarşıma təsadüfən çıxan gözəllik və onun təhlili barədə söhbət açacağam.

Fotoda gördüyünüz froqment Vyanada qaldığım otelin terrasında təsadüfən qarşıma çıxdı və ilk baxışda qeyri-adi sakitliyi və özünəməxsus gözəlliyi ilə diqqətimi çəkdi. Hətta Memar, rəssam olmayan dostlarım da bu görüntüdən xüsusi həzz aldıqlarını bildirdilər. (daha&helliip;)
Ardını oxu →

David Chipperfield-lə görüş

tən günlərdən birində Memarlığına çox hörmət etdiyim ingilis Memar David Chipperfield-in leksiyasında iştirak edə və Memarla şəxsən tanış ola bildim. İstərdim sizə onun leksiyasından aldığım qeydləri və ümumiyyətlə Memarın yaradıcılığından bəzi məqamları paylaşım.

Qeydlərdən əvvəl Memar haqda keçirdiyim hissləri sizlə bölüşmək istərdim. Memar insanlıq üçün öz həyatını xərcləyən sənət sahibidir. O insan üçün yaşayır və yaradır. Deməli onda insansevərlik olmalıdır. Bu hissi daha öncə bəhs etdiyim Daniel Libeskindlə görüşdə də hiss etmişdim. Daha sonra başqa Memarlarla görüşdə soyuqluq və qeyri-səmimiyyət onların bütün Memarlıq yaradıcılığını gözümdən saldı. Bu cür xarakterlə Memarlıq yaratmağın kökündə, insana olan sevgi yox, eqo dayana bilər. Chipperfield isə yaşça və təcrübəcə çox-çox böyük Memar olsa da özünü sadə aparmağı, uşaq kimi saflığı, insanlarla yaxınlıqdan qorxmaması olduqca xoşuma gəldi. Məhz bu xasiyyətindəndir ki, Memarın yaradıcılığında bunu çox aydın görmək olar. Sadə, düzgün, artıq heç bir şey olmadan və Memarlığın köklərinə hörmətlə layihələndirilmiş binalar. (daha&helliip;)
Ardını oxu →