Memarlıq haqda aforizmlər

özlər insana öyrənmək yolunda ən təsiredici vasitələrdəndir. Xüsusilə bu sözlər, deyilmiş mövzu haqda çoxillik təcrübəyə sahib insanlar tərəfindən deyilirsə. Memar olaraq, müəllimlərimizin, ustadlarımızın və kumirlərimizin hətta bəzən sadə vətəndaşların sözlərindən belə təsirlənə bilirik. Sözlər gələcək bütün həyat və yaradıcılığımızı dəyişməyə qadirdir.

Sözlərin bu gücünə arxalanıb Memarlıq bloqu olaraq yeni bölmə açdıq və sizlərin istifadəsinə verdik. Söhbət “Aforizmlər” bölməsindən gedir ki, həmin səhifəyə buradan keçə bilərsiniz.

Çoxdankı arzumuz olan bu bölmənin ərsəyə gəlməsində mənbə və tərcümələri ilə böyük dəstək olan dostum Memar Sübhan Manafzadəyə dərin təşəkkür edirəm.

İlkin olaraq materialları Laura S. Dushkes tərəfindən toplanıb, hazırlanmış “Memar Söyləyir” kitabının tərcüməsi ilə başladıq. Etibarlı mənbələrə əsaslanmış materialların toplanması isə daim davam edəcək. Hətta Azərbaycan Memarları tərəfindən deyilmiş dəyərli fikir və xatirələri də bölüşəcəyik.

Bu bölmədən istifadə edərkən, həm də sitatların müəlliflərinin adları üzərinə klikləməklə həmin Memar haqda geniş insormasiya olan wikipedia səhifəsinə keçid əldə edirsiniz.

Ümid edirəm Memarlığın mənimsənilməsində bu bölmə nəinki Memar dostlar üçün hətta bu sahə haqda ümumi bilik toplayan sənətşünaslar, tənqidçilər və sadə vətəndaşlar üçün də yararlı olar.

QEYD: oxuculardan xahişim isə, qarşınıza çıxan və Memarlıq yaradıcılığınıza, bu sahəyə baxışınıza təsir edən dəyərli sözləri müəllifləri ilə birgə bizə göndərin, onları da yerləşdirək. Əlaqə vasitələrini bu keçiddən əldə edə bilərsiniz.