Yeni Bakı

spaniyalı tələbələrdən Bakı üçün, Bakının gələcəyi üçün maraqlı layihə. Belə ki, bir qrup tələbə Francisco Colom, Emma GabaldaVicente Plaza Bakıda baş verən prosesləri öyrənir və bu inkşaf xəttinin düzgün davamı uğrunda yeni layihələrin həyata keçirilməsi üzrə bir sıra işlər görürlər.

Müəlliflərin əsas şuarı “Niyə Bakı yeni Dubay olmalıdır?” sualı altında qurulub. Doğrudan da Bakıda həyata keçirilən və gələcək üçün nəzərdə tutulmuş bir sıra layihələrdə Dubayın konsepti göz önünə gəlir ki, bu da qədim tarixi, mədəniyyəti və ruhu olan şəhər üçün hətta belə desək utandırıcı haldır.

Bu səbəbdən İspan tələbələr Bakıda səfərdə olmuş, müəyyən məsələləri araşdırmış və “Bakı sahili üçün turizm infrasutrukturunun təklifi” planını hazırlamışlar.


Layihə müəlliflərinin fikrincə Bakı zəngin şəhərlər sırasında olsa da, iqtisadiyyatın əsas gəlirini neft və qaz ödəyir, bu isə tükənən sərvətlərdir. Bunun üçün Bakının gələcək iqtisadi gəlirlərinə xarici investisiyalar cəlb olunmalı və neftə, qaza olan tələbat azaldılmalıdır.

XXI əsrin ən uğurlu sənayesi turizm hesab edilir ki, Bakı bu sahədə özünün güclü potensialına baxmayaraq bundan çox cüzi istifadə edir. Əsas iqtisadi gəlirlərin cəmi 2% -i turizmlə ödənir. Halbuki, inkşaf etmiş şəhərlərin bir çoxunda bu göstərici 20-30 % təşkil edir.

Sözügedən layihəyə həsr edilmiş ilk sərgidən foto

Bakı Yeni Dubay olacaq? Bu suala cavab olaraq müair dövrdə Bakıda gedən proseslərə nəzər salmaq lazımdır. Bu zaman biz görürük ki, yeni binalar, süni adalar, bahalı mağazalar və otellər şəhəri dəyişib. Bu dəyişiklik Bakının mutasiyası kimi əks olunur. Yalnız Bakının Dubayla müqayisədə çox böyük üstünlükləri var.

Sözügedən layihəyə həsr edilmiş ilk sərgidən foto

Əvvəla Dubay cavan şəhərdir və səhrada sıfırdan inşaa edilib. Bakı isə qədim şəhərdir, tarixi və mədəniyyəti var. Bakı daha canlıdır və onun ruhunu hiss etmək olur. Coğrafi baxımdan Dubayın turizm üstünlükləri çox olsa da, Bakıda görüləcək yeni işlərlə bu fərqlləri aradan qaldırmaq mümkündür. Bakı niyə də Yeni Dubay adlanmalıdır?! o özünəməxsusluğu ilə Yeni Bakı olmalıdır.

Sözügedən layihəyə həsr edilmiş ilk sərgidən foto

Layihə müəlliflərinə Bakı sahili 3 səbəbdən xüsusilə maraqlıdır. Onlardan birincisi:

–         Ekoloji tələbdir:

Yayda isti, günəşli olduğu halda, qışda tam əksi – sərt qış yaşayan Bakı sahilləri üçün bu iqlim bir sıra ekoloji problemlər yaşadır ki, bu da başlıca narahatlıq mənbəyidir.

Həmçinin Sovet dövründə dənizdən çıxarılmış neft və qaz sənayesi səbəbinə, eyni zamanda çirkab sularının təmizlənmədən dənizə axıdılması olduqca ciddi ekoloji problemdir.

Bakı Forbes siyahısında (2008) dünyanın ən çirkli şəhəri kimi seçilmişdi. Bu tamamilə doğru olmasa da, bu obraz Bakının cəlbediciliyini azaldır ki, layihə müəllifləri də bunu məsələnin həllini başlıca prioritet kimi qəbul edir.

İkinci səbəb:

–         Mədəni və sosial imkan: su

Tarix boyu Bakı su ilə bağlı şəhər olmuşdur. Buranın inkşafı daim Xəzər dənizi ilə bağlı olmaqla yanaşı həm də Bakı mədəniyyətinə xas hamamlar vardır ki, bu da Bakını su ilə bağlayan amillərdəndir. Bu gün şəhər dəniz ilə birbaşa əlaqəsini itirib, müəyyən müddət əvvəl hamamların sökülməsi və s. buna göstəricidir. Bu, iki ünsür arasındakı düyünlərdən birini itirmək deməkdir.

Üçüncü səbəb:

–         Mədəniyyət və media imkanları: özünəməxsusluq

Bakı sahilinin özünəməxsusluqları vardır. Əyləncə parkları, qədim hamamlar, tərk edilmiş bərələr, batmış qala, neft boruları, James Bond-un ərazisi, Xəzər adaları… Bütün bunlar Xəzər sahilinin imkanlarını müəyyən edir və orijinal həllərin tapılması, gələcək üçün fərqli, qeyri-adi layihələr üçün imkanlar yaradır.

Təklif:

“Bakının obrazı üçün xüsusi makyaj, kostyum və s. lazım deyil. Bakı turizminin inkşafında qərb turizm modelinə uyğunlaşdırılma olmamalıdır. Bakı özünəməxsusluqları ilə dünyada unikal şəhərlərdəndir və biz bura üçün xüsusi model hazırlamalıyıq” – deyə qeyd edir Memar tələbələr.

Bu layihə Bakının sahil boyunca seçilmiş ssenarilərini birləşdirir və yeni turizm infrasutrukturu yaradır. Burada nəyisə dəyişməkdən daha çox, “mövcud olana əlavələr prinsipi” əsas götürülmüşdür.

Xəzər dənizini imkan verir ki, bu layihələr arasında əlaqə yaradılsın və onlar bir bütün şəklində birləşsin. Bu layihə ilə Bakı turuzminin inkşafı və medianın diqqət mərkəzinə çevrilməsi əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur.

Layihə müəlliflərinin bu layihə çərçivəsində bir neçə layihə həyata keçirmələri nəzərdə tutulub və bu layihələrə Azərbaycanlı Memarları, Memarlıq tələbələrini və könüllüləri də dəvət edirlər. Bu layihə hamıya açıqdır və istənilən ölkə sakini Bakının gələcəyi üçün öz layihəsini irəli sürə bilər. Ümid edirəm Bakı sakinləri olaraq öz arzularımızı həyata keçirmək üçün bu yolla böyük şans əldə etmiş olacağıq.

Bunun üçün layihə müəlliflərinin bu keçiddəki bloqlarını, facebook səhifələrini izləmək və onların Bakıda keçiriləcək böyük təqdimetmə mərasimlərində gənc Memarlar və Bakısevərlər olaraq iştirak etməliyik. Müəlliflərlə həmvətənlilərimizin görüşü haqda xüsusi elan Memarlıq.com-da yerləşdiriləcək. Bizi və layihə müəlliflərini izləməyə davam edin.