Memarlıq və müasir texnalogiya (Memarlıq məktəbi)

üasir dünyanın Memarlıq qarşısında qoyduğu tələblərdən biri də texnologiyanın Memarlıqda geniş istifadəsidir. Bunu artıq Memarlıqdan ayrı düşünmək mümkün deyil. Təxminən 20 il əvvəl kompyuter texnologiyasının Memarlıqda istifadəsinə münbit zəmin yarandı və bu qısa vaxt ərzində texnologiya Memarlığı və əlbəttə dünyanı dəyişməyə qadir oldu.

Bu proses davam etməkdədir. Azərbaycan müasir Memarlığında da kompyuter qrafikasına maraq həm sifarişçi həm də Memarlar tərəfindən diqqət mərkəzindədir. Bunun yaxşı və pis tərəfləri var, bu haqda danışmaq istəmirəm, çünki bu hər kəsə artıq məlumdur. Gəlin yaşı şeylərdən danışaq.

Hər zaman kompyuter qrafikasının Memarlıq yaradıcılığını zəiflətdiyini düşünüb onun əleyhinə olsam da, bu gün fokus olduğum nöqtə dostlarımın məni yolumdan yaxşı mənada çıxarmalarıdır. Əlbəttə öz gözəl işləri ilə. Belə dostlarımdan biri İlkin Qurbanovdur. O, kompyuter qrafikasına qazanc mənbəyi olan dəzgah kimi baxmır, daha çox rəssamlıq, yaradıcılıq yönümlü özünü inkşaf etdirir.

Bu məqam diqqətimi çəkir. XIX əsrdə fotoqrafiyanın meydana çıxması ilə rəssamlığa olan marağın azalacağını proqnoz etsələr də, əksinə hər iki sahə biri-birinə yeni baxış  bucaqları açdı. Haqqında danışdığım kompyuter qrafiqası da məhz bu yolda irəliləyir. Artıq 3D renderlər öz yerini təxmini fikir formalaşdırmaqdan daha çox professionallar tərəfindən yaradılan “render incəsənəti”nə verir.

İlkin də belələrindəndir. İşinə bələd və onun adını qaldırmaq uğrunda sənətinə can qoyan insandır. Sevindirici haldır ki, İlkin artıq öz 3D vizuallaşdırma məktəbini açır. Bununla da Azərbaycanda baş alıb gedən saxta 3D kurslarından sonra nəhayət ki professionallar məsələyə düzgün baxışı təklif edir.

Memar kimi qarşılaşdığım suallardan çoxunu təşkil edən “kompyuter qrafikası və ya 3D vizuallaşdırmaya dair hansı kursları məsləhət görürsən?” sualına artıq cababım var. Kurslar haqda ətraflı məlumat almaq üçün İlkinin facebook-dakı bu səhifəsinə nəzər salın, ümid edirəm özünüzü inkşaf etdirməyin növbəti addımında İlkin sizə yaxşı yol yoldaşı olacaq. Gələcək işlərinizdə bol şans diləyirəm.