“Təbii daş” müsabiqəsi

emarlar üçün inkşaf etmənin yollarından biri də müsabiqələrə qoşulmaqdır. Bu gündəlik işlərdən baş qaldırıb, qarşıya qoyulmuş yeni mövzu haqda düşünmək, yaradıcılıq etmək və yeni yolla gedərək fikri bir yerə camləməkdən xilas edir. Üstə gəl, yarışma şərtlərinə əsasən özünü yeni bir layihədə sınamış olur və qalib gəlib gəlməməsindən asılı olmayaraq nə isə öyrənirsən.

Qalib gəlmək isə əlbəttə, yarışdan öyrəndiklərindən, səsini daha böyük kütlələrə çatdırmaqdan savayı həm də nüfuz və müəyyən məbləğ gəlir deməkdir.

Bu məqsədlə mövcud zamanda baş verən müsabiqələri sizlərin nəzərinizə çatdırmaq qərarına gəldim. İlk müsabiqə isə dostumun keçən ilin qalibi olaraq hal-hazırda Avropada təhsil almasına səbəb olan yarışmadır. Bu, Türkiyədə keçirilən 3-cü “Təbii daş” müsabiqəsidir.

Bu ildən ilk dəfə olaraq Azərbaycan da yarışa qatıla bilmək hüququna sahib olub. Müsabiqənin əsas məqsədi türk daşının dizayn vasitəsilə daha böyük meydanlara çıxarılmasıdır. Müsabiqədə bilinməyən daş növlərini üzə çıxaracaq, gündəlik istifadəyə uyğun, özünəməxsus, ətraf mühitə və uzunmüddətli istifadəyə yararlı dizaynlar prioritet olacaq.

İşlərin son təqdimat günü 14 fevral, cümə günüdür. Vaxt baxımından qısa zaman olsa da, nəzərə alsaq ki, ən parlaq ideyalar həttə bir anın içində belə meydana çıxa bilər, məncə nəsə etmək olar. Ən azından Azərbaycan üçün ilk dəfə qapılarını açan yarışmada öz həmyerlilərimizi görmək xoş olardı.

Üstə gəl, qaliblər üçün nəzərdə tutulmuş mükafatlar da qaneedicidir. Professional və tələbələrdən olmaqla 2 kateqoruyadan ibarət keçirilən müsabiqədə hər kateqoriya üzrə 4 yer olmaqla ümumi 8 qalib seçiləcəkdir.

Müsabiqə haqda daha ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz. Hər həsə bol şans arzu edirəm.

QEYD: məqalədə yerləşdirdiyim fotolar keçən ilin qaliblərinin işləridir. Təxmini bu səpkidə layihələr hazırlamaq olar