Sütunlar

Bu mövzuya toxunmağımın məqsədi sütunların yerində – düzgün işlədilməsinin vacibliyini vurğulamaqdır.

4 əsas sütun tipi var – Dorik, Toskan, İonik, Korinf

Bunlar qədim Misir sütunlarından istifadə edilərək yaradılmış antik Yunan sütunlarının adlarıdır.

Bakıda bir çox bina var ki onlarda sütunlar savadsızcasına istifadə edilib. Sütun, binanın əsas estetik elementlərindən biridir. O gərərk kompazisiya, mövzu baxımından binaya uyğun olsun.

Dorik və toskan orderlərinə fikir versək onlar öz ağır kütlələrinə görə kişi, ionik və korinf orderlər isə öz zərif və incə kütlələrinə görə qadın simvolikasına aid edilir.

Bina öz obrazında güc və möhkəmlik ifadə edəcəksə dorik və toskan, incəlik zəriflik ifadə edəcəksə ionik və ya korinf order sistemi tətbiq olunmalıdır.

Afina Palladaya, Herakl, Zevs məbədlərinə baxsaq dorik order üslubunda, Afrodita, Demetra, Persefona məbədlərinə isə korinf order nizamı üzrə həll olunmuşdur.

Dorik sütun 6 modulluq sistemlə (yəni en uzunluqda 6 dəfə yerləşməsi ilə), ionik isə 8 modulluq sistemlə həll olunur ki bu da öz obrazına – kişi kobudluğu və qadın incəliyinə uyğun gəlir.

Bir çox güclü memar hətta öz şəxsi sütunlarını da yaradırlar. Məsələn: Oscar Niemeyer, Mikayıl Hüseynov və s.

Bəzi yeni binalarda və ya villalarda bu cür qanunauyğunluqların kobud pozulmasını görürük. Gələcək məqalələrimin birində Bakıdakı səhv həll olunmuş sütunlar haqda məlumat verəcəm.

QEYD: mənbə kimi memar Kazım Ağabəyovun “Təsviri Sənətdə İnsan Amili” kitabından istifadə etmişəm.