ayihələndirərkən milyon cür fikir beyinin süzgəcindən keçməlidir. Məsələn, layihə harda yerləşəcək, ona baxış bucaqları hardan və necə olacaq, layihəni kim istifadə edəcək, kimlər bu binadan pul qazanacaq, kimlər xərcləyəcək, kimlər gündəlik tələbatını və ya estetik tələblərini məhz bu məkanda ödəyəcək və s.
Bunları qruplaşdırmaq üçün kiçik plan tutmaq lazımdır. Təbiətin bizə verdiyi 5 hissin üstünlüklərindən istifadə etməklə, belə demək mümkünsə memarlıqda “min oyundan çıxmaq olar”. Rəng, forma, faktura, material çalarları, təbiətdən bir parça və əlbəttə bütün bunların mərkəzində dayanan insan. Hansı ki, o insan memarlığı tamamlayan ən vacib ünsürdür.
Bu məqalədə daha çox diqqəti eşitmə orqanımıza və memarlığın səsinə yönəltmək istəyirəm. Obrazlı desəm bunu “Memarlığı Bəstələmək” adlandırardım.
Söhbət memarlıq layihələndirərkən beyindən keçirilən yüzlərlə fikrin bir hissəsindən gedir. Dizayn həlləri edərkən bir dəqiqəlik gözünüzü yumub oranın tam işlək halını təsəvvürünüzdə canlandırın.
Məsələn, böyük bir ictimai mərkəz layihələndirdiyinizi fikirləşin. Və oradakı səsləri beyninizdə canlandırın. Uşaqlara aid guşə yaradıb məkana uşaq səsləri əlavə edin. Yerin döşəməsini mərmər etsəniz başqa, taxta etsəniz tam başqa addım səsləri əldə edəcəksiniz, onu düzgün seçib bəstənizə əlavə edin, və ya bir az su səsi əlavə edib məkanı təsəvvür edin, uyğundursa kiçik fontan əlavə edin. Bəstəyə bir az təbiət səsləri əlavə edin, məsələn, küləyin, yarpağın, yağış damcılarının, şəhər uğultusunun səsini əlavə edin, həyətdəki ağaclara quş yuvaları dizayn edib əsrarəngiz quş səslərini məkana qatın. Qapıların materialına və mexanizminə görə dəyişən səs tonlarına fikir verin, sürüşkən qapı ilə normal qapının məkanı necə dəyişəcəyini gözünüzün qabağına gətirin.
Bir sözlə kompozisiyalarınıza fərqli notlar əlavə edərək beyninizdə məkanı 4 ölçülü canlandırın, tək 3 ölçülü – forma və rənglərlə kifayətlənməyin, ən xırda detalı belə düşünün, inanın ki, bunun verdiyi həzz və motivasiya layihənin mükəmməl həllinə aparacaqdır. Kağız və karandaşla öz Jazz –ınızı eskizlərdə yaradın.
Bir şeyi yaddan çıxarmayın ki, layihəsini verdiyiniz memarlığın bəstəkarı sizsiniz, və bina durduqca sizin simfoniya eyni notlarla davam edəcək, ən düzgün notları seçdiyinizə əmin olun.
:) yazıları oxuduqca bu səslər beynimdə canlanmağa başladı. çox maraqlıdı…
Yagin ki, dünyaya ikinci dəfə gəlsəydim, memar olardım )))
Məncə dünyaya ikinci dəfə gəlməyi gözləməyin, bu həyatınızdan istifadə edin, onu memarlıqla daha da gözəlləşdirin :)
Salam. düzü çox şadam ki, burada Bakıda, memarlıqla yaşayan, onu duyan gənclər arasında tək deyiləm. yaxşı ki bu bloq var. memarlıq haqqında o gədər danışmaq olar, eyni zamandada heç nə danışmaq olmur. əzziyətivizə görə şəxsən minnətdaram sizə.
4-cu kurs memarlıq tələbəsi İmranlı Müslüm.
Salam, Müslüm. Mən də öz növbəmdə çox şadam ki, fikirlərimi düzgün başa düşən tələbələrin sayı, belə yanaşmaya lağ edən tələbələrin sayından çoxdur :-)
mənə maraqlıdır kimlər lağ eləyir=) sadəcə “memarlıq” sözün səhv anlayanlar çoxdu. bunlar isə incəsənətdən anlayışı olmayanlardı, və çox heyif ki memarlıqda oxuyan tələbələrdə onların siyahısın çoxaldır. bu isə artıq böyük problemdir.
Sizinlə tam razıyam. Bütün problemlərin kökü savadsızlığa dayanır
Kateqoriyalar
Blogroll