20-ci əsr memarlıq üslublarından ən kobud və ən xoşuma gələn üslub- Brutalizm.
Sözün mənası ingilis dilindən tərcümədə “kobud” deməkdir. 1950-ci illərin ortalarında yaranıb. Bu üslubda kobud ağır formalar ön plana çəkilir. Aşkar konstruksiyalar və ya mühəndis qurğularına rast gəlinir. Dekor isə digər əksər 20-ci əsr üslubları kimi bu üslubda da imtina edilmişdi. Səbəb isə konstruksiya və materialların təbii formasını itirməsi idi. Forma olaraq düzbucaqlı daha çox istifadə edilirdi. Bu üslub Qərbi avropada, ABŞ-da, və Yaponiyada daha çox istifadə edilirdi. Bakıda da bu üslubda tikililərə rast gəlinir (Bakıdakı nümunələrə aid xüsusi məqalədə ətraflı məlumat verməyi planlaşdırıram).
Dünya üzrə ən yaxşı nümunələri:
Hans Rentonda məktəb (1949-1954)
Londonda “Economist” jurnalı redaksiyasının binası (1964. memarı Elison və Piter smitsonlar)
Berlin yaxınlığında Halle qəsəbəsi (1961)
QEYD: köməyə görə İlham Əliməmmədova təşəkkür edirəm. Rəsmləri isə Google vasitəsilə tapmişam
Urfan blogun çox maraqlıdı. Xüsusən, Azərbaycanın memarlığa həsr olunmuş ilk internet ünvanı olduğuna görə dəyərlidi.
Indi səbrsizliklə Bakının brutal tikintiləri haqda yazını gözləyirəm
çox sağ ol Orxan. təşəkkür edirəm
ela. super. ardi gelsin, cox maraqlidir, memarliq haqqda kitablar kifayet deyil, umudumu bu bloga qoymuwam…
çox sağ ol Ülvi. Yeri gəlmişkən hansı mövzu maraqlandırırsa yaz o haqda bilik mübadiləsi edək. Fikrimcə belə daha yararlı mövzular yarana bilər
salam coooooooooooox superdi, bu sayti beyenirem.. ela tesvirler yerleshdirmisiz. ELVINA.
Salam, Elvina xanım. Təşəkkür edirəm. Bizi izləməyə davam edin, çalışacağam bütün üslublar haqda məqalə hazırlayım
Kateqoriyalar
Blogroll