Neft Texnikləri Sarayının Təhlili (Mikayıl Hüseynov)

Növbəti memarlıq incisi – M.Hüseynovun layihələndirdiyi Neft Texniklərinin Sarayını təhlil etdim və düşündüm ki, bunu sizinlə mütləq bölüşməliyəm.

Binanın fasadında maraqlı mütənasibliklər var, musiqi ritmləri və ilahi bölgülər. Təəssüf ki, binanın indi mövcud olub olmamasın öyrənə bilmədim amma istənilən halda layihə çox gözəldir.

Burada musiqidə olan böyük sekstanı görürük. Yəni qızıl bölgünü- 1,618 nisbətini

Daha bir böyük seksta

Burada qızıl bölgü primalara ayrılıb və hər kvadratın dioqanalının çekilməsi ilə ifadə edilmişdir. Fikir versəniz xəttin hər qırılma nöqtəsindən üfiqi,  şaquli və ya hər ikisi olmaqla fasadda xəttlər gedir. Ya pəncərənin bir tərəfi kimi, ya ansablın qurtarma xətti kimi və s. Bu isə ideal bölgünü daha dəqiq görməyə imkan yaradır. Bunu bulannıq görüntüdən dəqiq fokusa keçid kimi müqayisə edə bilərik.

Burada primaların fasadda “oynamasını”,

Burada isə primaların daha zəngin islənməsini görürük

Bu rəsmdə ritmlərin fasadda yaratdığı gözəlliyi görürük

Ritmlərin davamlı olmasına aid nümunə

Bu rəsmdə isə layihənin maket variantının perspektiv görünüşü təsvir edilib

QEYD: fotoya görə İlham Əliməmmədova təşəkkür edirəm.