Butik otellər

Bu yazımı yazmağa məni eşitdiyim çox da ədalətli olmayan sözlər vadar etdi. Çoxları Bakıda yerləşən butik otellər haqda o qədər də yaxşı fikirdə deyil. Onlara sırf kommersiya məqsədli obyekt kimi yanaşırlar. Əslində isə “Boutique” adlanan belə otellər bütün dünyada (əsasən şəhərlərin tarixi məkanlarında) mövcuddur. Bakıda da İçəri Şəhər və ətraf yerlərdə bu cür otellərə rast gəlmək olar. Dünyada buna design hotels , luxury small hotels və ya lifestyle hotels də deyirlər. Digər adi otellərdən fərqi isə kiçik olmasına baxmayaraq 5 ulduzlu otel səviyyəsində olmasıdır. Butik otellər ən az 10 nömrəli, yüksək keyfiyyət və xidmət verən otellərdir.

Nümunə üçün bəzi Bakı Butik otelləri:

Museum Inn Boutique Hotel Baku,

Boutique Palace Hotel Baku,

Sultan Inn Boutique Hotel,

Sea Port Hotel Baku və s.

QEYD:  Rəsmləri Google vasitəsilə tapdım.