Kateqoriya Arxivi: İnteryer

Müasir döşəmə örtüyü

aku Build inşaat sərgisində diqqətimi çəkən növbəti məhsul East-West şirkətlər qrupunun təqdim etdiyi yeni nəsil döşəmə örtüyü oldu. Bu, döşəmədə şüşə üzərində çapın işıqlandırılmış variantıdır. İlk dəfə Azərbaycanda bu cür məhsulu gördüyüm üçün yazmaq qərarına gəldim, ümid edirəm xoşunuza gələcək. Gəlin məhsulun sıfırdan istifadəyə qədər olan mərhələlərinə diqqət yetirək, beləcə məhsul haqda ümumi təsəvvür formalaşmış

Ardını oxu →

Yeni nəsil qapılar (2-ci hissə)

atırlayırsınızsa bir müddət əvvəl “Yeni nəsil qapılar” haqda məqalə yazmışdım. Bu yazımı da sözü gedən mövzuya həsr edirəm. Diqqətimi interyeri (eyni zamanda eksteryeri) bəzəyən qapı elementinə istiqamətləndirməyimin səbəbi, memarlıq elementi kimi qapılara sənətkarlar, memar və dizaynerlər tərəfindən hər dövrdə xüsusi diqqət, maraq olmasından irəli gəlir. Söz açılmışkən qeyd etmək istərdim ki, gələcək yazılarımdan biri “İçəri

Ardını oxu →

İnteryerdə təbii materiallar – I hissə (təbii qaya elementi)

Artıq son dövrlərdə insanlar təbiətə daha çox yaxınlaşmağa başlayıb. Bunun səbəbi kimi son zamanlar təbiətin korlanmısı və insanların şüuraltlarına qayıtmaları ilə əlaqələndirilir. (İnsanlar daima təbiətin qoynunda yaşadıqlarına görə genetik kodlarımızda təbiətin hər zaman öz yeri var. Sonradan şəhər mühitinə köçmək qismən insanları təbiətdən uzaqlaşdırsa da, hamı istirahət üçün təbiətin qoyuna gedir, şəhərə məcbur qalmasalar orda

Ardını oxu →

Brut Beton

Çoxdandı yazmaq istədiyim memarların böyük əksəriyyətinin ən sevimli üzlük materialı olan beton üzlük (və ya brut beton – çılpaq beton) barədə yazmaq istərdim. Amma hər şeydən əvvəl memar Rəhim Seyfullayevin çox gözəl fikrini yada salmalıyam – “Tikinti materialları cansızdır, yalnız memar onu canlandırmaq qabiliyyətinə malikdir”. Memar bununla demək istəyir ki istənilən material yalnız işlənmə yerinə

Ardını oxu →

Danny Forster Bakıda

Discovery Science kanalında yayımlanan dünya şöhrətli tikinti və memarlıq proqramı Build it Bigger verlişi Bakıdakı memarlıq obyektləri barədə veriliş hazırlayıb. Daha dəqiq dünyanın ilk alovşəkilli Azərbaycanın isə ilk göydələnləri sayılan binalardan və Heydər Əliyev Mədəniyyət Mərkəzindən bəhs edir. Proqram bu gün Bakı vaxtı ilə 07:00 -da nümayış olundu, internetdə video çarxları tapan kimi sizinlə isti-isti

Ardını oxu →

6-cı prinsip

Əvvəlki yazılarımdan birində sizə Korbuzyenin 5 prinsipi barədə söz açmışdım. Bu yazımda isə bir qədər risk edib Korbuzyenin standart 5 prinsipinə bir əlavə etmək istəyirəm. Bu barədə smestr layihələrimin birini həll edərkən fikirləşmişdim. Fikirləşdim ki, standart, çərçivə daxilində “pilləkən qəfəsi”ni niyə də çərçivədən çıxarmayaq? Düzdür bu əvvəllər iriaşırımlı ictimai binalarda tətbiq edilib. Amma yenə də

Ardını oxu →

Memarlıq və Dizayn

Memarlıq və dizayn – bu iki sözün yanaşı gəlməsində ustad memarların “özünəməxsus cizgiləriylə” layihələndirdiyi dizayn nümunələridir. Ən çox kreslo (qoltuqlu kürsü) dizaynı verən memarlar adətən bunu limitli sayda edib, bəzən imzasını atıb ən hörmətli dostlarına “əvəzsiz hədiyyə” kimi bağışlayırlar və yaxud da kütləvi istehsal edib öz sənətinin dünyaya yayılmasına nail olurlar. Dünya şöhrətli ser Norman

Ardını oxu →

Pilləkənlər

Memarlığın başlanğıcı pilləkənlərdir. Bu memarlığa giriş hesab olunur. Ümumi məlumat – Pilləkənin standart hündürlüyü 150 mm. , eni isə 300 mm. olmalıdır. Bunun səbəbi insanın pilləkənlə rahat çıxması üçün ayağını 45 dərəcədə yuxarı qaldırmasıdır. 15 sm. + 30sm. də 45-ə bərabərdir. Əgər yer problemi varsa memar 1, 2 sm. ölçülərdə dəyişiklik edə bilər ancaq bu

Ardını oxu →

Kiçik İşlərlə Böyük Dizayn

Son bir neçə aydır ki, qarşıma interyer dizaynında yeni bir cərəyan çıxıb. Bu qeyri-rəsmi cəryanı “kiçik işlərlə böyük dizayn” adlandırmaq olar. İlk dəfə dizayner Ziemowit Maj tərəfindən yaradılan bu dizayn işləri evləri, ofis və ya ictimai binaları daha da rəngarəng edir.

Ardını oxu →

Yeni nəsil qapılar

Memarlıqda olduqca vacib elementlərdən biri də qapılardır. İlk baxışdan o qədər də çətin görsənməsə də, memar gərək onların eni, uzunluğu, hansı tərəfə açılması, növü, materialı, işıq keçirdib-keçirməməsini, otağa görə rahat yerləşdirməsini və s.-ləri bilsin. (Qapıların eni planda minimum 1000 mm. , hündürlüyü min. 2200 mm. , qoşa qapıların eni min. 1200 mm. (hər tay 600

Ardını oxu →