Brut Beton

Çoxdandı yazmaq istədiyim memarların böyük əksəriyyətinin ən sevimli üzlük materialı olan beton üzlük (və ya brut beton – çılpaq beton) barədə yazmaq istərdim. Amma hər şeydən əvvəl memar Rəhim Seyfullayevin çox gözəl fikrini yada salmalıyam – “Tikinti materialları cansızdır, yalnız memar onu canlandırmaq qabiliyyətinə malikdir”.

Memar bununla demək istəyir ki istənilən material yalnız işlənmə yerinə görə gözəl görsənir. Misal olaraq da, Korbuzyenin Ronşan villasını misal gətirərk əlavə edir ki, belə formaya malik tikilidə başqa hər hansı material təsəvvürolunmazdır.

Betonun tarixi qədim Romaya bağlı olsa da, tikintidə müasir monalit beton 1892-ci ildən istifadə olunur. Betonun inkşafında memar KorbuzyeOskar Noymerin rolu danılmazdır. Demək olar ki, müasir tikintilərin 99% -i beton özüllüdür. İndi isə biz betonun tam yeni rolda çıxış etdiyini görürük. Dekortivlikdən uzaq amma bir o qədər də dekorativ beton üzlüklərdə.

Bu, heç bir rəng, sıvaq, üzlük, dekorasiya vurulmamış “çılpaq beton”dur. Çox hallarda kvadrat qəliblərdən çıxarılır, qəlibin material üzərindəki dairəvi kiçik girintiləri üzlüyə xüsusi effekt verir, “duz” qatır. Qəliblər taxtadan, dəmirdən, hətta plastik materialdan ola bilər. Ən əsası isə səthin ideal hamarlığını əldə etməkdir. Soyuq keçirməsi ilə əlaqədar üzlüyün altında izolyasıya qatı da vurulur.

Dünya memarları içərisində öz dəst xətti ilə, fəlsəfi yanaşmalarına görə fəqlənən Yapon memarları da çox hallarda bu materiala üz tuturlar. Məsələn, ən məşhurlardan Tadao Ando-nun adını çəkmək olar ki, memar layihələrində çox ustalıqla sözügedən materialı fasadda yerləşdirir.

XX əsrin təkrarolunmaz bir çox üslubları bu materialdan istifadəni dünyaya gətirdi və bu günə qədər aktual olmasını qoruya bildi. Məsələn, brutalizm üslubunda olan binalar bu materialla ikiqat təsirə malik olur. Konstruktivizmdə də həmçinin. Bu materialla üzlənmiş həbsxana insanı öz obrazı ilə vahiməyə gətir bilər. Həmçinin digər ciddi dövlət qrumlarının binaları..

Maraqlısı budur ki, fasad üzlüyü kimi qəbul olunsa da dizayda və interyerlərdə də  yüksək zövqlə işlənir. Materialın adı “çılpaq beton” kimi qəbul olunsa da, bəzi hallarda qəlibdən çıxmış halda üzlük panellər kimi də fasadı bəzəyir.

XX əsrin bir çox monumental abidələri də öz zəhmli xarakterlərini bu materialla tamamlayıblar.

Bütün bunlara baxmayaraq, 1980-ci illərdə betonun yağışdan sonra yaranan mənfi təsirləri üzə çıxdı. Bu səbəbdən istifadəsi nisbətən azalmışdır. Lakin müasir texnalogiya və yeni izolyasiya qatları interyer və eksteryerlərdə bu gün də betondan üzlük vasitə kimi tikilinin bir güşəsində istifadə olunmasına şərait yaradır.

QEYD: ilk vaxtlarda üzlük, boya, işçi əməyi tələb etmədiyi üçün saf beton üzlüklər daha sərfəli görünürdü amma onun gündən günə inkşafı nəticəsində daha çox diqqət ayrılan və baha başa gələn vasitə olduğu üzə çıxdı :)

QEYD 2: sonda Nəriman İmaməliyevin sözünü xatırlamaq istərdim. Əgər layihədə bu materialı işlətmək istəsəniz, xüsusi olaraq bu materiala görə layihələndirin. Sonradan istifdə etmək istəsəniz, bəlkə də o effekti almayacaqsınız.