İnteryerdə təbii materiallar – I hissə (təbii qaya elementi)

Artıq son dövrlərdə insanlar təbiətə daha çox yaxınlaşmağa başlayıb. Bunun səbəbi kimi son zamanlar təbiətin korlanmısı və insanların şüuraltlarına qayıtmaları ilə əlaqələndirilir.

(İnsanlar daima təbiətin qoynunda yaşadıqlarına görə genetik kodlarımızda təbiətin hər zaman öz yeri var. Sonradan şəhər mühitinə köçmək qismən insanları təbiətdən uzaqlaşdırsa da, hamı istirahət üçün təbiətin qoyuna gedir, şəhərə məcbur qalmasalar orda da yaşayarlar. Son dövrlərdə isə təbiətin amansız təsirlərə məruz qalması insanların öz köklərinə, genetik kodlarına qayıtmalarına meyli gücləndirir. Məhz buna görə də müasir memar və dizaynerlər insanların yaşadıqları, ən çox istifadə etdikləri məkanlarda təbiətdən bir parça da olsa nəyisə yerləşdirməyi məqsədəuyğun bilirlər)

Memar olan insan ilk növbədə təbiəti sevən, “eko-dost” (ekologiya ilə dost insan) olmalıdır. Və süni materiallardan qaçıb daha çox təbii materiallara üz tutmalıdır. Çünki insan süni materiallardan nə qədər radikativ enerji alırsa, təbii materiallardan da bir o qədər müsbət enerji alır. Bu faktdır, bunu bilən memar və interyerçilər də ilk növbədə təbiətdən elementləri gündəlik yaşamın içinə gətirməyə çalışırlar.

Buna nümunə kimi, təbii gölü xatırladan hovuzları, binanın fasadını bəzəyən yaşıllıqları, həmçinin evin içərisində təbiətdən bir imza kimi guşənin yaradılmasını göstərmək olar. Müasir memar və dizaynerlərin təbii qayanı evin içərisinə salması bir çoxları tərəfindən müsbət qarşılanır. Ona görə də araşdırıb tapdığım gözəl nümunələrdən bəzilərini sizinlə bölüşmək istədim. Bunun üçün heç də əlavə məsrəf tələb etməyən, öz fakturası ilə cəlbedici olan, bəzən xüsusi işlənib hazırlanmış qaya parçası kifayət edir ki, evdə təbiət aurası yaradasan.

Qayanı evdə yerləşdirməyin bir neçə üsulu var:

1. Divar boyu qaya

2. Pilləkənləri qayadan hazırlamaqla və s.


3. İnteryerdə daxili həyət kimi şüşə ilə əhatələnmiş açıq (və ya qapalı) hava məkanında qaya parçasını yerləşdirməklə

4. Hovuz ətrafında


5. Xüsusi kəsimlərlə mebel halına gətirilmiş və ya müxtəlif mebellərin tərkib hissəsi kimi

6. Həyətin bir guşəsində yerləşdirməklə

7. Kamin kimi ustalıqla yığdırılmış halda


8. Salondakı sütunu təbii qaya parçaları ilə örtməklə

9. İnteryerin istənilən nöqtəsində sadə halda yerləşdirilmiş müxtəlif ölçülü qaya parçası


Təbii ki, daha artığını etmək sizin fantaziyanızdan asılıdır ;) Bunlar isə dünya təcrübəsindən bir neçə nümunədir.

QEYD: Memarlardan dostyana xahişim budur ki, ekologiyanı hər zaman nəzərə alın, memarlıq bəşəri sənətdir, bizim əlimizdə elə imkanlar var ki, dünyanı istədiyimiz hala sala bilərik. Saray da edə bilərik, xarabalıq da