Kateqoriya Arxivi: İnteryer

The Next Supper

ilanda aldığım təhsilin ilk böyük layihəsi haqda danışmaq istərdim. Bu başı bəlalı layihəm, həm də Avropada işlədiyim ilk professional layihə hesab edilə bilər. Buna görə bu layihənin yeri tam başqadır. Bir çox eksperimentlər, yeniliklər həyata keçirdim və bunları sizinlə bölüşməyə şad olaram. Əvvəlki layihəmdən artıq sizə tanış olan Milan Suite Hotel-ə yeni layihə təqdim etməli

Ardını oxu →

Eskiz 10-cu hissə (Photoshop Rendering)

əhsil aldığım universitetin tədris proqramının ən maraqlı dərslərindən biri eskiz dərsidir. Eskiz və onun əhəmiyyəti  barədə artıq çox müzakirələrimiz olub. Təsadüfi deyil ki, artıq 10-cu hissəyə çatmışıq. Bu səfər də çalışacağam maraqlı bir üsuldan və onun üstünlüklərindən söz açım. Mövzunun adından da gördüyünüz kimi söhbət Adpbe Photoshop proqramı vasitəsi ilə çəkilən eskizlərdən gedir. Daha doğrusu

Ardını oxu →

Armani Hotel üçün yeni Restoran və Holl

ilanın ən seçilən otellərindən biri Armani markasına məxsus Armani Hotel-dir. Tapşırıq olaraq bu otelin dizayn üslubundan yararlanıb Milanda yerləşən məşhur binalardan birinin daxilində ikinci filial üçün Holl və Restoran dizayn etməyimiz tələb olundu. Bu bina Milanın ən məşhur binalarından hesab edilən Torre Velasca -dır. Dizayn baxımından mübahisəli kompozisiyaya malikdir. Belə ki, bir çoxları üçün bu

Ardını oxu →

Pair Dwell

undan əvvəlki mövzuda haqqında söz açdığım, birlikdə işlədiyimiz Amerikalı memarların vətənlərinə istirahətə getməsi, mənə eksperimentlər etmək üçün fürsət yaratdı və qarşıma çıxan köhnə klauzuralarımdan birini kompyuter qrafikası ilə yığmaq, bir az da əl gəzdirmək qərarına gəldim. Əvvəlki eskizlər haqda olan məqalələrimdə rastınıza çıxan bu kiçik evə Pair Dwell adını verdim. Mənası “cütlüklərin, sevgililərin yaşayış evi” mənasına

Ardını oxu →

Kölgə oyunu

undan bir neçə məqalə əvvəl Memarlığı Bəstələmək haqda yazıb, memarlığa bir az fərqli baxışa nəzər saldıq. Bu səfərki məqaləmin də mövzusu bu sislilədən olub, memarlıq duyğusunu artıran vasitələrdən biri haqda olacaq. Söhbət memarlıqda işıq-kölgə oyunundan gedir. Məşhur memar Corbusierin bir sözü yadıma düşdü – “Memarlıq müxtəlif həcmlərin işıq altında müxtəlif oyunlarıdır”. Ümumiyyətlə işıq bizim yaşadığımız həyatın

Ardını oxu →

Dekorativ Radiatorlar

nteryer dizaynının əsas tələbləri kimi dekorativ işlər gözə görünsə də, əsas məsələ orada yaşayan, məkanı istifadə edən insanların həyat şəraitinin maksimal rahatlığıdır. Yəni, interyer gündüz işığını kifayət qədər qəbul etməli, gecə süni işıq azlığı yaşamamalı, qışda isti, yayda sərin və s. üstünlüklərə malik olmalıdır. Əslində bu üstünlükdən daha çox memarın qarşısına qoyulan öhdəlikdir. Müasir dövrümüzdə

Ardını oxu →

Memarlıqda səs

u həftə memarlığın görünməyən, amma məkanın yeri gəldikdə 70 faizini təşkil edən səsdən və professional səs sistemindən söhbət açacağam. Onların yaxşı və ya pis olmasını səciyyələndirən xüsusiyyətlərdən, dünyanın ən yaxşı səs sitemi ilə məşğul olan markasından və Azərbaycanda onları haradan əldə etmək olar, o haqda yazacağam. Hər şeydən əvvəl diqqətinizə çatdırmaq istərdim ki, keyfiyyətli səs,

Ardını oxu →

Çilçıraq

dından da göründüyü kimi bu həftəki məqaləmi işıq aləminə həsr edirəm. Hansı ki, interyerin və memarlığın dadı-duzu sayılan işıqlara. Və dünyanın qabaqcıl çilçıraq dizaynları, dizaynerləri kimlərdir, ölkəmizdə ən yaxşı işıqları haradan tapmaq olar, onlar haqda söhbət açacağam. İşıq bildiyimiz kimi həcm sənətinin ürəyidir. Əgər işıq olmasa nəinki həcm hətta rənglər, materiallar və s. də seçilməz,

Ardını oxu →

Buxarı

u aralar havaların soyuq keçməsi ilə əlaqədar növbəti məqaləni buxarıya (və ya dildə daha çox istifadə etdiyimiz “камин”-ə) həsr edəcəyəm. Kaminlərin evdə hansı üstün və mənfi cəhətləri var onlar haqda söz açacağam. Kaminin əsas funksiyası hamıya aydın olduğu kimi qızdırıcı xarakterlidir. Lakin müasir dövrdə ən son texnalogiyaların bizə verdiyi üstünlüklər sayəsində kaminlər öz əvəzolunmaz qızdırıcı

Ardını oxu →

İnteryerdə təbii materiallar – II hissə (təbii taxta elementi)

izlərə bu həftə 2011 Baku Build inşaat sərgisində gördüyüm ekskluziv mebellərdən söz açacağam. Ümumiyyətlə isə “interyerdə təbii materiallar” başlığı altında yazdığım məqalələrdə əsasən təbii materialların önəmini vurğulamaq istərdim (1-ci hissə – “İnteryerdə təbii qaya elementi“). Hamıya artıq aydındır ki, süni və keyfiyyətsiz materiallar son dövrlər dizayn sektorunda kifayət qədər özünə yer tutub. Bunların isə insana

Ardını oxu →