Çilçıraq

dından da göründüyü kimi bu həftəki məqaləmi işıq aləminə həsr edirəm. Hansı ki, interyerin və memarlığın dadı-duzu sayılan işıqlara. Və dünyanın qabaqcıl çilçıraq dizaynları, dizaynerləri kimlərdir, ölkəmizdə ən yaxşı işıqları haradan tapmaq olar, onlar haqda söhbət açacağam.

İşıq bildiyimiz kimi həcm sənətinin ürəyidir. Əgər işıq olmasa nəinki həcm hətta rənglər, materiallar və s. də seçilməz, bunu bilirsiniz. Diqqətinizi çəkmək istədiyim məqam isə ondan ibarətdir ki, işıq dizaynın tarixi, onun incəsənətdə tutduğu yeri təsəvvür etməyəcəyimiz qədər genişdir.

Əvvəlki məqalələrimdən birində xatırlayırsınızsa, Memarlıq və Dizayn haqda söhbət açmışdım. O məqalədə memarların avtobus dayanacağı, qoltuq, stul və s. dizaynları barədə məlumat almışdıq. Memarlar bundan əlavə həm də, çilçıraq dizaynı ilə də məşğul olan sənət sahibləridir. Xüsusi işıq dizaynerləri isə memarlar səviyyəsində yad edilən insanlardır.

Bəs çilçırağı belə monumentləşdirən nədir? Dizaynerinin uzaq görənliyi, işığın avadanlıqdan ideal yayılmasının təşkili və s. Hansı ki bu tip dizaynlar üzərindən 100 il keçməsinə baxmayaraq hələ də aktualdır. Və onlar interyerdə heykəl effekti verən monumental dizayn obyektinə çevrilmişlər.

Dünyanın bir nömrəli çilçıraq markalarına misal olaraq İtaliyanın – Targetti, Louis Poulsen, Artemide, MLE, Delta Light, Metal Spot, Esedra, Neri, Prandina, Flos, Fontane Arte və s.-ni misal gətirmək olar. Hansı ki, bu markaların adları çəkiləndə əlavə sözə ehtiyac duyulmur, bu markalar olduqca ciddi işlə məşğuldurlar və 10 illərdir öz irslərini, ənənələrini, prinsiplərini qoruyub saxlaya bilmişlər.

Məhsulların materialı interyer dizaynı ilə məşğul olanlar üçün əlbəttə olduqca maraqlıdır. Bu dizaynlar tökmə dəmir, şüşə, parça, plastik, qızıl və digər metallardan hazırlayır.

Yuxarıdakı lüstur dünyanın ən məşhur çilçıraqlar silsiləsindən biridir. Ard-arda düzüləndə sankı qönçə çiçək açır. Onun axırıncı versiası ən məşhur memarlıq obyektləri qədər populyardır. Onu xüsusi edən isə lampasının görünməməsi, hissəciklərinin işığı ideal paylaması və s.-dir. Aşağıda isə həmin modelin xüsusi sifarişli qızıl variantını görə bilərsiniz ki, o da olduqca əsrarıngizdir.

Bu markaların ən diqqətçəkən məqamı onların hamısının əldə yığılmasıdır ki, bu da onların yüksək keyfiyyətli, məxsusi olmalarından xəbər verir. Firmaların iş prinsipi isə, hər hansısa dizaynı yaradıb dünyaya təqdim etmək və gələn sifarişlər əsasında hər birinin üzərində xüsusi diqqət və əziyyət çəkməklə məhsulları sifarişə əsasən hazırlamaqdır. Bu səbəbdən məhsulların qiymətləri bir qədər baha ola bilər amma bu kübarlıq, dəb və işinə olan məhəbbətin yanında bir o qədər də böyük rəqəmlər deyil.

Bu markalar bəzi sahələr üçün ixtisaslaşmış dizaynlar da istehsal edirlər. Məsələn, MLE otel işıqlanmasında daha qabaqcıldır, Neri işıqlanma ilə bərabər eksteryer və küçə detalları ilə dekorativ işlər də görür, məsələn, dipçəklər, zibil qutuları, skamyalar və s. Bunlar küçənin dizaynını dolğun, konkret üslub xətti ilə layihələndirməkdə memara olduqca kömək olur.

Aşağıdakı çilçırağın üzərinə sifarişlə istənilən sözləri yazdırmaq olar. Adətən şirkət sahibləri ofis üçün belə çilçıraqlardan sifariş verdib üzərinə şirkətin, qrumun, təşkilatın və s.-nin adını yazdırırlar, bu da öz növbəsində interyerə orijinallıq və məxsusilik qatır.

Dünya və Azərbaycan memarlarının bir çoxlarının stolüstü lampaları da məhz bu markalara məxsusdur. Ümumiyyətlə prestij xatirinə ofislərin bir çoxunda belə lampalar istifadə olunur. Memarların nəzərinə çatdırıram ki, aşağıdakı fotoda gördüyünüz Artemide markasının xüsusi memarlar üçün stolüstü lampalarıdır, bunlar əls bizlikdir :)

Əgər interyer dizayn edirsinizsə bu markalardan mütləq istifadə edin, beləcə interyerin cəlbedici görünüşünün 30% -ni bu çilçıraqlar asanlıqla öz üzərinə götürəcək və dizayn işiniz daha kamil baxılacaq.

Azərbaycanda isə bu markaların satıldığı tək məkan var, mövzunun adı ilə eyniadlı olan Çilçıraq showroom-u. Burada siz dünyanın ən qabaqcıl çilçıraqları ilə birbaşa tanış ola bilər və ya minlərlə başqa məhsulu kataloqdan seçərək sifariş verə bilərsiniz. Burada həm interyer, həm də eksteryer üçün işıqlanma əldə edə bilərsiniz. Çilçıraq tezliklə Azərbaycanın ən böyük işıqlanma studiyası olmaq yolundadır və dünya səviyyəli brend istehsalı ilə məşğul olmağı hədəfləyib. Bunun üçün dünya şöhrətli dizaynerlər, memarlar da görüləcək işlərə cəlb olunacaqlar və inanıram ki, Çilçıraq yerli, professional, dünya səviyyəli məhsullar istehsal etməyə qadir olacaq.

Qeyd edim ki, memarlar artıq bu markalarla işləməyə başlayıblar. Dünya şöhrətli Norman Foster and Partners artıq Targetti ilə güclərini birləşdirərək yeni, mükəmməl dizaynlar istehsalına start veriblər. Tarixə nəzər salsaq görərik ki, Targetti 1920-di illərdə Florensiyada kiçik bir işıqlanma dükanı kimi işə başlamış və 30-cu illərdə artıq öz məhsullarını istehsal etmişdir. 2007-də isə adı çəkilən digər nəhəng markaları öz ətrafına toplamış və hal hazırda Targetti Poulsen adı ilə dünyanın ən yaxşı işıqlanma işi ilə məşğuldur. 100 ilə yaxın fəaliyyət nətiəsində bu firmalar nəinki klassik, ənənəvi həm də modern dizaynlara məşğuldurlar.

Bu dizaynları digərlərindən fərqləndirən cəhət isə ondadır ki, çilçıraqların dizayn olunmasından 10 illərlə vaxt keçməsinə baxmayaraq onlar hər zaman aktual olmuş və hər dövr üçün fenomenə çevrilmişlər.

QEYD: Məqaləni yazmaqda göstərdiyi köməkliyə görə Çilçıraq mağazasının satış meneceri Sara Fətullayevaya dərin minnətdarlığımı bildirirəm. Showroom Nərimanov heykəli ilə üzbəüz yerləşir, çalışın bir gün yolunuzu o tərəfdən salın və dünyanın ən yaxşı işıq dizaynları ilə yaxından tanış olun.