Əvvəlki yazılarımdan birində eskizlər haqda ümumi məlumat vermişdim, bu yazımda isə öz eskizlərimin nümunəsində bəzi texniki metodlar barədə danışacam. (skanerdən eskizlərin rəng, işıq-kölgə baxımından 50%-i düşməyib, bəzi effektlər, məsələn: buludlar, kölgələr, zəmin və s. olduqca keyfiyyətsiz düşüb, buna görə sizdən üzr istəyirəm.)
Qeyd etdiyim kimi bacarıqlı memarın adi eskizi konkursda bacarıqsız memarın gözaldadan eskizinə hər zaman məğlub olur. Ona görə də eskizlərlə sifarişçini qazanmaq lazımdır ki, öz yaradıcılığını real həyatda göstərə biləsən.
Bunun üçün ilk olaraq bacarıqdan əlavə memara eskiz çəkmək üçün vasitələr lazımdır. Qısa siyahı tərtib etdim:
1. Gel qələmlər – uniPin markası olsa çox yaxşı olar. 3 ölçüdə : 0,05 ; 3 ; 8 . Bunlarla ən incə xətləri eyni zamanda normal və ən qalın xətləri çəkmək olar. Üstəlik bu markanın qələmlərini bir çox dünya və yerli memarların istifadə etdiyini, və razı qaldıqlarını görmüşəm, özüm də çox bəyənirəm (qiyməti 1 azn, A4 mağazasında satılır)
2. Rəngli karandaşlar – alarkən fikir verin yağlı olsun, sınaqdan keçirin ki, ən tünd tondan ən açıq tona kəsintisiz keçə bilirsinizsə alın. Ən yaxşı variantlardan biri də akvarel üçün xüsusi rəngli karandaşlardan istifadədir. Şəhərin bir çox rəssamlıq mağazalarında satılır.
3. Rəngli flomaster – təəssüf ki, memarlıq üçün tam yararlı rəngli flomasterlər Bakıda tapılmır, amma nisbətən işimizə yaraya biləcək markalar tapmaq olar. Şəkildə gördüyünüz markanı xarici ölkələrdən sifariş verə bilərsiniz. Memarlıq üçün ən yaxşısı budur.
4. Qara flomaster – xüsusi ölçülərdə bir neçə ədəd alın, ucu kəsik və şiş kimi olanlardan sizdə olsa yaxşı olar. Xüsusilə gecə görüntüsü verəcəyiniz və ya kölgələri rəngləyəcəyiniz yerlərdə işinizi asanlaşdıracaq.
5. Rəngli qələm – bunlar vasitəsi ilə fon rəngləri, ümumiyyətlə səthləri ştrixləmək olur. Kənardan baxanda ümumi rəng kimi görsənsə də yaxında ştrixlər bilinir, bu effekti daha da artırır. Müəyyən məqamlarda işinizə kömək olacaq.
6. Sadə karandaş, pozan, xətkeş, A4 kağızları, qovluq, müxtəlif fiqurlu xətkeşlər və s. də olsun ki, lazım olduqda istifadə edə biləsiniz.
Təbii ki, bütün bunlarsız adi karndaşla da eskiz çəkə bilərsiniz, özü də necə. Amma bir müddət sonra yeniliklər etmək həvəsi yaranacaq, bax onda bu vasitələrin yeri görünəcək :)
Eskiz çəkməyə yeni başlayanlara məsləhət görərdim ki, perspektiv təsəvvür və təsvir üzərində çalışsınlar. Boş vərəq götürüb, perspektivada kiçik qutular çəkməklə başlamaq olar. Eyni zamanda kölgələri qurmağı da məşq edin, onları perspektiv görünüşdə necə qurmaq lazım olduğunu öyrənin.
Eskizlərdə insanları çəkmək də məsləhətdir. Çünki memarlıq insan olmasa mümkün olmayan anlayışdır. İnsan olmayan eskiz quru, soyuq baxılır mənə görə. Adətən eskizdəki adamları memar öz fərdi qaydası ilə çəkir, bir növ imza kimi. Amma bu bir o qədər də vacib deyil, istənilən şəkildə çəkmək olar.
Eskiz üçün ən çox vacib olan məqam – memarın miqyas anlayışıdır. Çox vaxt eskiz kimi çəkilən layihə qəbul olunur ancaq real miqyasa keçəndə istənilən formanı almaq olmur. Bu səhvi etməyi heç kimə arzu etmirəm. Azərbaycanda xarici memarların ölkəmiz üçün verdikləri proyektlərdə rast gəlinən ən ağlasığmaz səhvin bu olduğuna inanmaq olmur.
Rəngli kağızlarda eskiz çəkmək də xüsusi effekt verir. Bir çox mağazalarda soyuq, sadə rəngli A4 formatda kağızlar satılır.
Ağaclara fikir verin, ağacları öyrənin. Ümumiyyətlə gərək memarın hər şeydən başı çıxsın. O cümlədən də layihəyə hansı ağacın yaraşacağını bilməlidir ki, eskiz sifarişçiyə daha gözəl görünsün. Boş vaxtlarınızda parka çıxıb ağacları etüd kimi eskiz edə bilərsiniz, bunun da özlüyündə sizə böyük köməyi dəyəcək. Bir də mütləq fikir verin ki, ağacların miqyası binanın miqyasını “öldürməsin”. Bina ağaca nisbətən kiçik ya da böyük olmasın.
Memarlıqda bir anlayış var – kağız memarlığı. O layihələr, eskizlər müəllifin öz dövrü üçün olmur, adətən gələcək nəsilllərin edə biləcəyi mamarlıqdır. Siz də bununla məşğul olun ki, fantaziyanız inkşaf etsin. Ən çox 20-ci əsr memarlarından “kağız memarlığı” çox yayılmışdı. İndi o layihələrə baxanda bir çox hallarda heç də çətin başa gələn layihələrə bənzəmirlər, çünki o memarlar məhz bizim dövrümüz üçün fantaziyalarının dərinliklərini əks etdirmişdilər.
Eskizlərin hər birini bir vərəqdə çəkin və mütləq onlara aid qeydlər aparın. Mövzunu, üslubu, yenilikləri, ideanı və s.
Çalışın bir A4 vərəqində bir layihənin eskiz variantını tam həll edin. Məsələn təsnifatı hazırlayın, planları çəkin, baş plan və perspektivanı çəkin.. Nə vaxtsa istifadə edə bilərsiniz. Həm də bunlar sizin fantaziyanızı yüksək səviyyədə inkşaf etdirəcək.
İriaşırımlı layihələr çəkərkən əvvəlcə düz xətt çəkib onun üstündə fantaziyadan asılı olaraq istənilən formada iriaşırımlı obyekt layihələndirin. Bu asan variant olsa da özünə məxsus cizgilər tapmaqda çox xeyirlidir.
Ən sevdiyim eskizlər tarixi əks etdirən eskizlərdir. Bunu etmək üçün əvvəlcə memarlıq tarixini yaxşı bilmək sonra isə bir A4 kağızı götürüb əvvəlcə qədim binalara nümunə çəkib, ondan aşağıda isə müasir memarlığa doğru inkşafı əks etdirən binları çəkmək olar. Adətən öz eskizlərimdə 20-ci əsrə xas Azərbaycan memarlığına nümunələr çəkirəm. Bu insanda memarlıq biliklərini və zövqü inkişaf etdirir.
Dini məbədlər çəkə bilərsiniz. Bu eskizlərin xeyiri onda olacaq ki, məbədə xas cizgilər (maksimalizm, vəcdəgətirmə və s.) tətbiq edə biləcəksiniz. Adətən kilsə eskizləri çəkirəm, çünki kislələr modern tərtibata uyğun gəlir, istənilən yeniliyi tətbiq etmək olur.
Konstruksiyaların eskizlərini çəkin, yeni konstruksiyalar fikirləşəndə onu cizgilərlə çatdırmağa çalışın. Bu həm də sizdən layihə istəyən müəllim və ya sifarişçiyə konstruksiyanı izah etməyə kömək edəcək. Eyni zamanda ekosistemlər üzərində də işləməyinizi məsləhət görürəm (təbii ventilyasiya, su təmizləyici qurğular, külək, günəş enerjisi və s.)
Çalışın formalar mövzuya uyğun olsun, məsələn, idman kompleksi layihələri eskiz edərkən, idman formalarından, dinamik cizgilərdən istifadə edin. Ümumiyyətlə ən çox obraza fikir verin.
Gecə görüntüsü eskizdə bir o qədər də vacib deyil, amma bir-iki eskizi həm gündüz həm də gecə variantda çəkməyə cəhd edin, ziyanı yoxdur ki, xeyiri var. Ümumiyyətlə gecə görüntüsü gündüz görüntüsünə nisbətən daha effektli görünür.
Sizin də eskizlər mövzusunda bizimlə bölüşmək istədiyiniz fikirlər varsa buyurun.
QEYD: texniki dəstəyə görə Oksana Mamedovaya təşəkkür edirəm.
oxuya oxuya ve baxa baxa icimden sadece bu cumle kecdi: ishini bilen ADAM!!! ))) tek kelime ile super. gelemler barede yazdiglarina gore ayrica teshekkur))
Çox sağ ol, bəyəndiyinə sevindim :)
Urfan tek kelime ile HALAHDI sene cooooooox beyendim
Çox sağ ol, Kalatrava, bunu səndən eşitmək mənim üçün fəxrdi :)
Təbriklər cox maraqlıdır en cox beyendiyim rənglərdən istifadə etmeyin və en önəmli detallara lazımı qədər girməyin.. (menim en cox əziyyət cəkdiyim məqam idi ) təbriklər.
Teshekkur :)))))))))))))))
Ceyhun, qeyd etdiyim kimi rənglər eskizin baxımlı olmasına çox vacib təsir edir. Eyni formanı adi karandaşla və rəngli karandaşla çəkib test kimi insanlardan soruşmaq olar. Əminəm ki hamısı rəngli olan variantı seçəcəklər. Çox sağ ol
Adamda memar olmaq istəyi yaradırsan Urfan, bu eskizlər sənindirsə afərin sənə!! Bakının baş planını sənə tapşırmaq olar :)
Çox sağ ol, Jalə. Eskizlər mənə məxsusdu amma Bakının baş planını öhdəmə götürmək üçün yəqin ki ən azı 20-30 il təcrübə lazımdı :)
superrrrr…bu cur genc memar goren de sevinirem….istedadli memarlarla fexr edirem..
Azrzum budur ki bütün Azərbaycan tələbələri tədqirəlayiq olsun. Xoş sözlərə görə təşəkkürlər
Her sey ucun cox tesekkurler
Təşəkkürə ehtiyac yoxdur, Rəvan, diqqətinizə görə minnətdaram
Öncəliklə verdiyiniz məlumatlara görə təşəkkür edirəm, hər biri bir birində dəyərli məlumatlardır.Mende bu sənətin hələ 0 nöqtəsində biri olaraq sevə sevə oxudum məlumatları 11 ci sinf də oxuyuram Gələcəkdə məndə memar olmaq istəyirəm.
Cox sagol Qardas. Senin kimi memarlarimiza hemise ehtiyyacimiz olub. Mende memaram ve senin gorduyun isleri cox beyendim. Daim izleyecem bu sayti.
Buyurun Etibar, mənim üçün xoşdur. Gözəl sözlər üçün təşəkkür edirəm
Bizim oxudugumuz illerde (1998) Rotring firmasinin rapidograflari var idi. Duzu indi bilmirem satirlar yoxsa yox. Hem biz oxuyan vaxti imtahan ve diplom islerinde kompyuterle islemeye icaze yox idi. ona gore perspektivanin qurulmasi, butun 8 planshetin bezedilmesi hamisini kompyutersiz edirdik ve bundan zovq alirdiq. Meselen menim diplom isimde qrafikani sevdiyim ucun eziyyetde olsa 8 planshetde olan llayihenin her bir hissesini, umumilikde 8 plansheti yalnizca rapidografla noqteleyerek ishlemisdim. Isin sonunda gozlerim zeyifledi ama sebrle isleyerek zovg aldim hem men hem ishimi qiymetlendirenler. Evvel 3 aya gorduyum isi indi kompyuterle 3 saata gorurem. vaxt etibari ile cox uduram, ancaq evvelki hissleri ve zovgu yasamaq mumkun deyil. Duzdu evde bos vaxtlarimda yene qrafikani ishe saliram ))
Salam Etibar. Bu xatirələriniz özümünkünü yada saldı. Baxmayaraq ki, sizdən çox sonra qəbul omuşam (2008). Amma Rəssamlıq akademiyasında da belə qaydalar var idi, hamısını əllə çəkmək. 8-10-12 planşet olan vaxtlar olurdu, otmivka və Rotring həyat tərzimizə çevrilmişdi :) əlbəttə bu cür yetişməyin Memar üçün yararları çoxdur, təəssüf edirəm ki, yeni nəsil buna meyilli deyil
birinci novbede salam men de bele lahiyeler iwleyirem amma qorxuram bele sayitlara qoyum cunki deyirem biri oqurlayar oz adiynan satar sen buna nece baxirsan duz eliyiŕem hem de yazdiqlariniz superdi mende bele edirem hele indi bu saiti tapdim amma men istediyim lavazimatdari burada tapa bilmirem
Salam İsmayıl. Sizə bi dostyana məsləhət. Əgər eskizlərinizin oğurlanmasından qorxursunuzsa deməli yaradıcılığınız tükənəndir. Yaradıcılıq isə sərhədsiz olmalıdır. Yəni yaradıcılığınız dəniz, eskiziniz isə onun bir damlası olmalıdır ki, onun üstündə çox əsməyəsən, daim özünü inkşaf edirəsən.
O ki qaldı ləvazimatlara, siyahıda olanların hamısını Bakıda tapmaq mümkündür
(O_O) eladi
Təşəkkür edirəm
Kateqoriyalar
Blogroll