Bu gün dünyada onlarla yeni üzlük materiallar istehsal olunur. Onlar adətən özlərindən əvvəlki materiallardan qat-qat keyfiyyətli, praktik, ucuz başa gələn olur (bəzən də təhlükələri..)
Bu yazımda mis üzlüklərdən danışacam.
Bu material fasadda istənilən əyrilikləri almaqda və fasada özünəməxsus effekt verməkdə memara çox kömək olur.
Mis örtükdən fasad, dam örtüyü kimi istifadə oluna bilər. Bəzən interyerdə də istifadə olunur, adətən ictimai binaların keçid məkanlarında (dəhliz, vestibül və s.) Fasadda örtüyün altında quraşdırılan izolyasiya təbəqəsi isti və soyuğun daxilə keçməsinin qarşısını alır.
Üzlüklər sifarişə uyğun müxtəlif rəng və dekorlarda hazırlanır – çıxıntılı, deşikli, torşəkilli, kompazisiaya uyğun müxtəlif dekorlu və s. olur. Rəngləri isə sifarişə uyğun – qızılı, qara, paslı dəmir effektli, boz, parıltılı və s. olur.
Keyfiyyət və müasirlik baxımından bu material çox xoşuma gəlir, xüsusilə memar Frank Gehry-nin layihələri bu materialı daha da sevdirir.
Mis materialı “Bakı 2010, 23-26 noyabr”da keçirilən inşaat sərgisində gördüm. Məhsulu Alman şirkəti olan KME təklif edirdi. Azərbaycan üçün qiymətləri 50-150 manat olmaqla dəyişir (hər kvadrat metrəsi).
QEYD: Növbəti yazılarımdan biri təhlükəli üzlüklər haqqında olacaq.
QEYD 2: KME şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi HFS International Limited-dir. Göstərdiyi köməkliyə görə şirkətin əməkdaşı Arzu Heyderovaya təşəkkür edirəm.
Evvala bloga gore sene teshekurumu bildirirem.sag ol. o ki galdi bu shekillere ve mise bu shekillerde gosterilenlerin 100 e 80 ni mis deyil sinkdir.Xahik edek ki sene informasiya veren shirket ishcisi daha degig olsun.sag olun Urfan
Çox sağ ol.
Rauf, mən də elə bilirdim amma şirkətin kataloqunda gördüyüm şəkillərlə bunlar uyğun gəlir, fikirləşdim ki səhf bilirmişəm, hamısı misdir. Hansı şəkillərdəkilərin sink olduğun fikirləşirsən? bir də sink-i misdən nə ilə fərqləndirirsən? mənə maraqlıdır
uzun zamandır bu matirallardan istifade etmek isteyirem qismet olmur.deyesen sef etmiremse bu matiralardan en cox istifade eden hal hazırda Neriman İmamaliyevdir.
texnoloji inkişaf memarlıqa yeni dadlar getirdi.
Eskizlərdə istifadə etmişəm, effektli görsənir, məsləhətlidir. Düzdür, Nəriman İmaməliyev özünəməxsus tərzdə istifadə edir, bəyənirəm.
Cox sag ol gozel meqaleye gore.Maraqlidi bu materiali istifade etsek layihede muwteri qarwisinda biyabir olmariq ki ?? Ustasi tapilar ?? Qiymeti necedi ?
Niyə biyabr oluruq? :) Material Azərbaycanda bir çox layihələrdə uğurla istifadə olunur. Materialın Azərbaycan üzrə nümayəndəlikləri var
Xəbərə görə minnətdaram. Çox maraqlı və biri birindən gözəl layihələrdir. Yaxın gələcəkdə Layihələrimdə istifadə edərəm yəqinki.
Salam ,men qabiliyyet imtahanlari ile maraqlaniram
qabiliyyet imtahanini siz nece kechdiz,yeni orda hansi tapshiriqlardan kecdiz?
berkem qabaginiza eshya qoyulmuwdu ve siz onu chekmishdiz?
cavablariniza gore teshekkurler
Salam Nigar xanım. Bizim vaxtımızda rəngkarlıqdan natürmort var idi, rəsmdən heykəl, kompozisiyadan isə hər hansısa mövzu verilirdi
Kateqoriyalar
Blogroll