Bürümə, örtmə materialı

20-23 oktyabrda “Baku Build 2010” sərgisində qarşıma çıxan yeni material Azbürümə şirkətinin təklif etdiyi PVX (bir növ salafan demək olar. Rezin kimi dartılan amma bərk,qalın salafan) təbəqəsi idi.

İlk diqqətimi materialın tent materialla müqayisə olunması və ondan daha ucuz, keyfiyyətli başa gəlməsi idi. Amerikanın DR.Shrink şirkətinin ekzklüziv distribütoru olan Azbürümə şirkəti bu materialı gətirməzdən əvvəl hər yerdə tent materialdan geniş istifadə olunurdu. Əgər doğrudan da bu salafan material öz keyfiyyətinə cavab versə, özünü doğrultsa, şirkətə xeyli təlabat yaranar.

Istifadə olunan yerlər kimi, binaların tikinti zamanı bürünməsi, yaxtaların qışda bürünüb qorunması, ümumiyyətlə hər hansısa yükün xarici təsirlərdən qorunması üçün bürünmsəi və s.-dir.

Üstün tərəfləri isə, yanmır, cırılmır, günəş şüalarına dözümlüdür, küləyin təsirini minimuma endirir, tozdan, nəmdən qoruyur və s. (ətraflı şirkətin saytından öyrənmək olar).

Şirkətə zəng edib bəzi məni maraqlandıran suallar verdim. Məsələn bu materialın üstünə çap etməyin mümkün olub olmaması ilə maraqlandım. Binaların rekonstruksiyası vaxtı bürünmənin üstündə layihənin çapına ehtiyac olur. Dedilər ki, qiymət fərqi ilə mümkündür.

Qiyməti hər kvadrat metrəsi 8 manatdır, çapla 11 manat. Bu xərclərə xüsusi ustaların xərcləri də daxildi.

Tent kimi gündən qorunmaq üçün də istifadə olunur. Tribunları, həyətləri gündən qorumaq üçün istifadə oluna bilər.

Amma material kimi radiaktiv olduğuna əminəm. Təbii material olmadığı məlumdur.

QEYD: Sualları cavablandırdığına görə şirkətin əməkdaşı Anar Hüseynova təşəkkür edirəm.

QEYD 2: Videolarda material daha yaxşı hiss olunur.

[youtube=http://www.youtube.com/watch?v=OimKxMXel6w&fs=1&hl=en_US&color1=0x3a3a3a&color2=0x999999]

[youtube=http://www.youtube.com/watch?v=8r5v5idlE0A&fs=1&hl=en_US&color1=0x3a3a3a&color2=0x999999]