Memarlığın ruhu

anın parası, bəzən də bütün canın olur Memarlıq. Buna misal olaraq eskiz dəftərimdə yer alan maraqlı məqamı sizinlə bölüşmək istəyirəm.

Belə ki, eskiz dəftərimdə daha öncə görüşmək imkanım olan iki önəmli Memarın imzası var. Onlardan biri (yuxarıdakı) Daniel Libeskində, digəri isə David Chipperfieldə aiddir.

Hər ikisinin Memarlıq üslubları müasir və özünəməxsusdur. Bu iki Memarın imzalarına baxıb hansının hansına aid olduğunu təyin etmək üçün xəttlərinə diqqət etdim və olduqca maraqlı məqamla rastlaşdım. Belə ki, hər ikisinin imzası da özlərinə xas Memarlıq üslubundadır.

Fotoya fikir versəniz Danielin imzası da Memarlığı kimi sürətlidir, harasa gedir, hərəkətdədir,  aşır. Davidin imzası da öz Memarlığı kimi daha sabitdir, düzgün geometrik bölgüləri var, sakit Memarlıqdır.

Bu o deməkdir ki, nə qədər titizliklə layihələndirsən də, binan axırda bədəninin məhsuludur, yarım saniyəlik imzan da, 1 illik layihən də bir-birinə bənzəyir

Əsil Memar layihələrini, dizaynını, hər bir xəttini belə öz ruhu ilə qidalandırır. Memarlığın ruhu bax budur, Memarın canından çıxmış bir parça ilə, binanı yaşayan orqanizm kimi canlı edir