Amerikan Təcrübəsi

ziz oxucular, bu gün sizə başıma gələn ən yaxşı iş təcrübəsi haqda danışacağam. Artıq, 2-ci kursdan bir neçə yerdə işləyərək real iş həyatına atıldım. Bunun memar üçün verəcəyi təcrübə ilə Akademiyada öyrəndiyim nəzəriyyəni birləşdirib­­­, universitet dövrümü daha rəngarəng etdim. Bu cür iş və təhsil həyatını birlikdə görmüş biri kimi bütün gənc kolleqalarıma ələ düşən ilk fürsətdən istifadə edib iş həyatına atılmağı məsləhət görürəm. Və əlbəttə universitetdə də maksimum nəticə göstərmək şərti ilə.

4-cü kursa gəldikdə, Azərbaycna dəvət olunmuş Argentina əsilli Amerikan memarının yanında işləmək təklifi aldım. Bu cür fürsət hər zaman ələ düşməyən fürsətlərdəndir. Beləcə həm dil qabiliyyətlərimi inkşaf etdirə bilərdim, həm də Amerikan təcrübəsi ilə yaxından tanış ola bilərdim.

Dəvət olunmuş memar – Jose Vincent idi.

Onunla təxmini bir ilə yaxın, böyük bir layihə üzərində işlədik. Layihə haqda təsəvvür üçün foto-renderlərdən layihənin bəzi fraqmentlərə baxa bilərsiniz.

Layihəmiz Azərbaycanın gözəl rayonlarından birində 4 ha.-lıq ərazi üçün yaşayış, istirahət kompleksi layihələndirməkdən ibarət idi. Burada otel, apartment, üzgüçülük hovuzu, spa mərkəzi və 30-a yaxın kottec yer almalı idi.

Bu layihədə, ərazinin relyefli olması; sərt qışla qızmar yay iqliminin bir-birini əvəz etməsinin memari həllinin qurulması; çoxsaylı binanın eyni xarakterli olub, fərqli görünüşlərə sahib olmasına nail olunması; infrastrukturun və turizmin inkşafına təkan vermək kimi ciddi problemlərlə qarşılaşdıq. Ümid edirəm ki, memar Jose ilə bu problemlərin öhtəsindən gələ bilmişik.

Jose Vincent, Frank Gehry, Richard Meier kimi nəhəng memarlara bir studiyada işləmiş güclü memarlardandır və onun memarlığa yanaşımı, problemləri həll etmə tərzi, layihələndirmə prosesindəki addımları mənə çox təsir etdi. Nəhəng layihə aylarla davam edib yekunlaşdıqdan sonra özümdə 180 dərəcəlik fərq hiss etdim.

Buna görə həm yaxşı memar, həm yaxşı pedaqoq, həm də yaxşı dost olduğu üçün cənab Vincet-ə təşəkkür edirəm.

QEYD: Memarlıq 50% nəzəriyyə, 50% təcrübə tələb edən sənət sahəsidir. Hər ikisinə eyni dərəcədə diqqət ayırmaq lazımdır ki, ciddi layihələrin öhdəsindən professionallıqla gələ biləsən