Yeni il ərəfəsi olduğundan bütün bloglar yeni il əhvalındadır, hamı gülməli, əyləncəli nə isə post edir. Məndə isə memarlıq bloqu olduğundan fikirləşdim memarlıqda olan gülməli səhvləri sizinlə bölüşüm :)
Həm gülməlidir həm də maarifləndirici. Birinci dəfə bu səhvləri 2-3 il qabaq görmüşdüm amma gülməli gəlməkdənsə sözün açığı biraz pis təsir etmişdi, bir həftə yadıma düşdükcə bir təhər hiss edirdim :) amma nəzərə alın ki (çox güman) bunların çoxu real deyil.
Bunun istifadəsini təsəvvür belə etmək istəmirəm :D
Uzunboylar üçün bankomat :)
cırtdanlar üçün eskalator
Dəniz mənzərəli balkon :)
Sözün əsl mənasında “gizli” kamera :)
Dünyanın ən kiçik eskalatoru :)
Xoş gəlmişsiniz :)
Yandakı pilləkənə fikir verin, o da divara çıxır :)
Volosipedçilər üçün ayrılməş xüsusi yolda işıq dirəkləri :)
Lap bizim təzə çəkilən yollar yadəma düşdü, ama bizdə gülməli tərəfi ondadır ki birinci yolun üstü sonra altı təmir olunur :)
QEYD: Şəkilləri türk forumlarından götürmüşəm (çox şəkil türkiəyə məxsusdur. bu tip səhvlər də türk “memar”larından çıxar :) ).
Türkiyədə memarlıqla bağlı çox problem var, bu danılmaz faktdı. Güclü olmayan bir zəlzələ onlarda hər şeyi mehv etdi, təəssüflər olsun. Mənim Nənəm 70-80cı illərdə Türkiyədə olanda, yerli “gece kondu”ları görüb təəcüblənibmiş, bir sovet ali təhsili almış arxitektor üçün bu belədə olmalıydı :-) Ancaq 90cı illərdə bizim ölkədə belə keyfiyyətsiz “gecə kondular” sürətlə artdı, bunun çoxu məcburiyyətdən olsada,aralarında “fürsətdə istifadə edənlərdə” vardı. Yuxardakı, şəkillərin bəzilərinin Memarlıqla əlaqəsi yoxdu,məncə. Məsələn, “gizli” kamera təhlükəsizliyin səhvidi :-) Amma o “nəməlum” xidmətə “xidmət” edən qapılardan məndə görmüşəm. Hətta uşaq vaxtı marağla baxardım elə bir qapıya, elə marağlı gələrdi mənə “görəsən o qapıdan çıxsalar vəziyyət necə olar?!” :-) 1ci şəkil ən marağlısıdı, amma real olduğuna inanmıram, milyardlarla pul qoyulan bir layihədə elə böyük səhvlər ola bilməz :-) Xəbər yerləşdirənə TƏŞƏKKÜRLƏR.
Türkiyədə bir çox sahədə olduğu kimi memarlıqda da kontras var. Gah yüksək səviyyədə memarlıq görürük, gah da çox aşağı səviyyədə. Gecəkondular əslində memarlıqda, şəhərsalmada bəzən valehedici ola bilir. Məsələn Rio şəhərinin kecəkonduları insanı vəcdə gətirir. Razıyam, gizli kameranın memarlığa bir o qədər də adiyatı yoxdur :) Qeyd etdiyim kimi, ola bilsin ki bəzi rəsmlər sonradan düzəldilib. Oxuyana da TƏŞƏKKÜRLƏR :)
Türkiye’de de çok güzel mimarlık ürünleri var, tabi bu tür hatalar da yok denemez :) Gerçekten resimler komikti.
Kateqoriyalar
Blogroll