Ağırlıq mərkəzi

Ağırlıq mərkəzi – bu, konstruksiyalara verilən başlıca tələblərdəndir. Bununla, eyni zamanda binalara, onların ayrı-ayrı hissələrinə və yaxud monumental abidələrə daha effektli gğrünüş vermək olar.

Ağırlıq mərkəzi dedikdə, yükün bir mərkəzlə yerə 90 dərəcə bucaqla perpendikulyar təsir etməsidir. Yəni yer çəkiminə tabelik.

Məşhur Pisa qülləsi (dünyanın ən əyri qülləsi) – qeryi adi duruşu ilə  ona baxan hər kəsin diqqətini özünə cəlb edir. Binanın ilkin layihəsi bu formada olsaydı (indiki texnalogiya ilə ) asanlıqla bu əyriliyi almaq olardı. Aşağıda şəkillərlə izah edəcəm. Amma binadakı sonradan çökmə, mühəndisləri onu bu formada saxlamağa məcbur etdi. Çox güman, əvvəlki kimi düz etmək də olar. Amma xarakteri korlamamaq üçün mühəndislər 250 illik bərkitmə ilə qülləni bu cür saxlayıblar.

Bu şəkildə əyrilik “minimum” vəziyyətdədir. Xəyali ağırlıq mərkəzi binanın tam mərkəzindən keçir. Adətən bütün tikililər bu formada olur.

Bu şəkildə isə hal-hazırki “normal” vəziyyətidir. Gördüyünüz kimi ağırlıq mərkəzi binadan kənara çıxmır, binanın daxilində qalır. Əgər  xəyali ağırlıq mərkəzi binadan çıxsaydı bina dağılardı. Aşağıdakı kimi.

Bu hal fizikada mümkün deyil amma mühəndis möcüzələri ilə binanın sağ və sol tərəflərinin ağırlığını və konstruksiyaların yükgötürmə qabiliyyətini elə həll etmək olar ki bina bu vəziyyətdə qalsın. Təbii ki müasir texnalogiylarla.

Dünyanın ən əyri qüləsi adına sahib olsa da onu daha da əyri etmək olar. Aşağıdakı şəkildə qülləni “maksimum” həddə əydim. Belə çıxır ki qüllənin əyilmək üçün hələdə biraz yeri var.

Insan beyni təbiət qanunlarına zidd reallıqlardan zövq alır. Bir bina əgər təbiət qanunlarına (görünüşdə) cavab vermirsə istər-istəməz gözə maraqlı görsənir. Bunu nəzərə alan memarlar öz layihələrində yeri gəldikcə bu tip improvizələr edirlər.

Əgər siz də əyri formada bina layihələndirmək istəsəniz sizə ən yaxşı məsləhətim, binanın ağırlıq mərkəzini lift boşluğu kimi nəzərdə tutun. Beləliklə üç problem birdən həll olmuş olar – həm ağırlıq mərkəzi həm lift boşluğu həm də pilləkən qəfəsi. Açağıdakı layihədə də bu üsuldan istifadı ediblər.

Göydələnlərdə ağırlıq mərkəzi mütləq olmalıdır və bu sahədə mühəndislər daim yeniliklər axtarırlar.

Bu layihə göründüyü kimi sadəcə “fikir” şəklindədir amma nə vaxtsa reallaşsa maraqlıdır lift problemi necə həll ediləcək.

Bu qüllə çox güman ki Pisa qülləsi ilə eyni aqibəti yaşayır – sonradan çökmə. Mühəndis hesabatlarındakı səhvlər gec-tez özünü biruzə edir. Bu işdə mühəndislərə ağır yük düşür.

QEYD: məqaləyə konstruktor memar Rəsulağa müəllimin leksiyalarından əlavələr etdim.