ə ya “növbəti yanan bina”. Bir Memar kimi bu hadisə ilə bağlı çox fikrimi soruşan oldu. Üstündən qısa vaxt keçdikdən sonra ümumi fikrimi bölüşəcəyəm.
Əvvəla bu hadisə hamı kimi məni də sarsıtdı. Fərqi yoxdur bu faciə həmvətənlərimə təsir edib ya yox, hətta ən uzaq ölkədə belə bu cür hadisə olsa insan sarsılır. Ələxsus da öz ölkəndə, yaşadığın yerin bir addımlığında faciənin reallığını tam dərk edirsən. Hadisə zamanı həlak olmuş həmvətənlərimin ailələrinə və yaxınlarına başsağılığı diləyirəm.
Gəzən söhbətlərdə hadisə zamanı rəsmi insan tələfatı sayından daha artıq itki olduğu deyilir. Fikrimcə hətta 1 nəfər belə xəsarət almış olsa idi bu hadisə öz təsirini itirməyəcəkdi. Əminəm ki, mənimlə razılaşarsınız. Ona görə bu mövzudakı iddiaları qatlayıb bir kənara qoyuram.
Memarlıq cəhətdən isə bu hadisənin bir başqa şoku var. Fotolardan da gördüyünüz həmin mənzərəni görmək, olduqca ağırdır. Xüsusilə Memar üçün. Adətən yanğın zamanı bir və ya 2 mənzilin xəsarət almasının şahidi olmuşuq, amma bütöv bir bina, özü də 16 mərtəbəli binanın göz önündə alışıb yanması, qısa aralarla insan tələfatlarını eşitmək insanın tüklərini biz-biz edir, ürəyini titrədir.
Yanma səbəbi kimi materialın düzgün seçilməməsi göstərilir. Daimi oxucularımın yadında olar. Təxminən 5 il əvvəl bu materialın ölkəmizə gəldiyi ilk günlərdə sözügedən material ilə tanış olmuşdum və araşdırma nəticəsində ziyanlı olmasını aşkar edib bu işlə məşğul olan şirkəti tənqid etmişdin. Məqalənin şərhlərində mübahisələri görə bilərsiniz. Bundan sonra çoxsaylı telefon zəngləri, hədə-qorxular aldım, amma yenə də sözümün axırına kimi gedə bildim. Həmin məsələdən sonra şirkət bağlandı (məqalə – Penoplast üzlüklər)
Daha sonra materialın kütləvi istehsalı və binalara icrası başlandı. İlk “bina yanğını” zamanı Azadlıq Radiosu müsahibə almışdı. Müsahibədən bəzi fikirləri yada salmaq istərdim – “Bu hadisə artıq baş verib və günahın hansı tərəfdə olması vacib deyil. Xoşbəxtlikdən heç kəs xəsarət almadı. Bu bir işarədir və əslində mənəvi yox, maddi ziyanla gəldi. Artıq bundan sonra ölçü götürülməli, müəyyən tədbirlər görülməlidir”. Yaxınlıqdakı eyni materialla üzlənmiş binaların sakinləri nə etməlidir sualına isə bu cür cavab vermişdim ki – “Əgər mən həmin binalarda qalsa idim, özüm öz əlimlə təhlükəli materialı evimdən söküb atardım”.
Üstündən 2 ay keçdi və bədbəxt hadisə baş verdi. Maddi ziyanla bərabər, mənəvi ziyan da yaşadıq. Artıq insanlar özləri öz əli ilə materialı sökməyə başladı. Eyni zamanda hökumət orqanları da bu işdə fəallıq göstərir.
İndiyə qədərki barəsində yazdıqlarım və xatırlatmalarım bir yana, bir Memar kimi ürəyimi parçalayan ikinci məsələ də var. Bu tipli təmir olunmuş binaların insanlar tərəfindən gözəl adlandırması olduqca narahat edir. Öz dövrünə uyğun tikilmiş binaları təmir edərkən, dövrünün Memari üslubunu, imkanalrını qoruyub saxlamaq əsas prioritetlərdəndir ki, tarix silinməsin. Baxdıqda, binaların sovet dövrü Memarlığına aid olduğu hiss olunsun. 300-500 il əvvəlki Memarlıqdan nümunələrlə təmir olunmuş hündürmərtəbəli binalar gülünc görünür. Axı hündürmərtəbəli binaların yaşı təxminən 150 ildir və onlar belə yarandığı vaxtdan klassik üslubda yox, müasir texnalogiyanın imkanları daxilində tikilirdi. Bundan əlavə təmir edilmiş binaların klassik üsluba yaxın durmayan mütənasiblikləri var, Memari cəhətdən bütün qanunların çeynəndiyi göz qabağındadır. Bir çox insan isə bunu gözəllik kimi görür. Bir Memar kimi düşünürəm ki, bunun özü də böyük faciədir. Təklif edirəm ki, üzlükləri sökülmüş binalar daha müasir və ya binaların öz orjinal görünüşü kimi yenidən təmir edilsin.
Bunlardan başqa simvolikanın təsirlərindən danışmaq istəyirəm. Bu sözlərim hər nə qədər mücərrəd səslənsə də, doğrudan da göz qabağında olan həqiqətlər var. Simvolun düzgün seçilməməsi faicələrə yol aça bilir. Memari lənət deyilən anlayış var. Ölkə odlar yurdu olsa da, Alov Qüllələri fikrimcə şəhər üçün “Memari lənət” oldu. Məhz bu simvoldan sonra ardı-arası kəsilməyən yanğın hadisələrinin daha çox şahidi olduq. Memarlıq üçün ən böyük təhlükə alovdur. Alov qüllələrinin hər gün yanan fasadı Memari lənət kimi bütün şəhəri bürüyür.
Arzum budur ki, ölkəmiz Memarlıq cəhətdən düzgün yolda inkişaf edər və Memarlığın qarşısında duran birinci öhtəlik – insan təhlükəsizliyi təmin olunar. Memar qarşısında bundan müqəddəs borc yoxdur.
QEYD: üzərində adı olmayan fotoların müəllifi Elşən Babadır
Urfan bəy,fikrimcə çoxmərtəbəli binaların klassik üslubda layihələndirilməsi heçdə yanlış deyil.Misal üçün New Yorkdakı binaları göstərmək olar.Problem fasadın nə dərəcədə savadlı həll olunmasından gedir.Çox gözəl qeyd etdiniz binaların fasadları orijinal saxlanılmalıdır.
Yanğınla bağlı.Yanğının bu dərəcədə dəhşətli olması heç də materialın tezalışan olması deyil.Fikrimcə yanğına təkan verən yeni fasadın orijinal fasaddan aralı olmasıdır.Arada qalan boşluq “samovarda truba” rolunu oynayır.Bu da yanğının tez bir zamanda yuxarıya doğru artmasına səbəb olur.İnşallah birdə bu cür hadisələr baş verməz.
İlham bəy, fikir bildirdiyiniz üçün təşəkkür edirəm.
New Yorkda və ya Chicago-dakı həmin klassik görünüşlü hündür mərtəbəli binalar əslində postmodern və ya neo klassizm üslubunda idi, klassika yox. Onlar belə öz dövrünün müasir üslubu idi. Barəsində söhbət açdığım məqam isə heç dəmir-beton konstruksiyanın icad olnmadığı vaxtda ən hündürü 3-4 mərtəbəli binalarda tətbiq olunan üslubdur kiu, 16-20 mərtəbəli binalarda paradoksal görünür.
Çünki klassik üslub gözəllik üçün yox öz dövrünün texnikasına görə, konstruksiyasına görə o detallara sahib idi. Detalların daha cah-cəlallı olması üçün isə onları bəzəyə çevirirdilər. Heç bir həcm konstruksiyadan kənar deyildi. Yeni binalarımızda isə içiboş sütunlar, binaya əlavə ağırlıq verən kranşteynlər və s. var. Bu baxımdan deyirəm.
Yanğın məsələsi isə qeyd etdiyiniz kimi təkcə materialın markasına görə yox həm də istifadə qaydasına görə faciəyə yol açdı. Ola bilər. İstənilən halda düzğün olmayan iş görülüb, əks halda bunlar baş verməzdi. Ümid edirəm bundan sonra bütün bu bədbəxt təcrübələr nəzərə alınacaq
Urfan bey,deyerli melumatlariniza gore minnetdaram.Memarliq haqqinda meqaleleriniz cox boyuk maraq dogurur.
Qiymətləndirdiyiniz üçün təşəkkür edirəm, Kamran bəy
Salam urfan bəy bayramınız mübarək.Bir sualım olacaq idi. Siz bakıda işləyirsiniz ? İşləyirsizsə dözlət işində yoxsa özəl şirkətdə işləyirsiz.Hansında işləmək daha yaxşıdır? 11 ci sinifə keçirəm. Məndə memar olmaq istəyirəm çünki yaxşı çertiyoj eskiz çəkə bilirəm.Birdəki memarlıq üçün ən yaxşı universitet hansıdır.Suallarıma cavab versəz çox sevinərəm, indidən təşəkkürlər.
Salam Mürsəl. Hal-hazırda öz şirkətim var. Amma özəl işlərdə işləmişəm. Nisbətən azadlıq baxımdan özəl şirkətləri məsləhət görürəm. Universitet baxımından izə öz oxuduğum Rəssamlıq Akademiyasını məsləhət görərdim. Ən azından paralel rəssamlığı da öyrənmiş olacaqsınız
Salam Urfan bey mende Mursel qardasin verdiyi suali verecekdim amma gordumku cavabini alib ve bu cavab menide sevindirdi sagolun meslehetlerinize gore.
Kateqoriyalar
Blogroll