vvəla bu il memarlıq ixtisası üzrə qəbul olan abituriyentləri gec də olsa ürəkdən təbrik edirəm. Seçdiyiniz yol sizi gələcəyin görkəmli memarı edəcəyinə ümidvaram. Bu sənətə layiqincə yanaşsanız bəhrəsini tezliklə görəcəksiniz. İmtahan verib qəbul olmayan dostlarımıza isə demək istəyirəm ki, heç özüm də 1-ci il qəbul olmamışdım, həyat davam edir, çalışın gələn il mütləq qəbul olasınız.
Bu ixtisasa qəbul olmağın çətinliyi bir yana buranı oxuyub bitirmək də ayrı bir dərddir :) Çalışacam dostyana öz kiçik məsləhətlərimi verim. Artıq 4-cü kurs kimi müəyyən təcrübə əldə etmişəm və onu sizinlə bölüşməyi özümə borc bilirəm, çünki özüm də qəbul olanda yuxarı kursların dəyərli məsləhətlərinə qulaq asa-asa nəyəsə nail olmuşam.
Hər şeydən əvvəl bütün ixtisaslar kimi memarlığa da aid olan bir faktor var:
– Yalnız öz üzərinizdə çalışmaqla nəsə əldə edə bilərsiniz. İnanın ki, heç bir müəllim, professor, alim sizi 100% -lik biliklə təmin etməyəcək. Bu sadəcə mümkün deyil, öz üzərinizdə 70% çalışmaqla 30% ustadlardan öyrənin
– Müəllimlərinizin öyrənmək xatirinə (kobud desək) zəhləsini tökməkdən çəkinməyin, əmin olun ki, siz onların ən sevimli tələbəsinə çevriləcəksiniz :)
– 1-ci və 2-ci kurs proqramını mükəmməl mənimsəyin. Hətta proqramdan əlavə də öz üzərinizdə maksimal dərəcədə çalışın. Sonrakı 3-cü, 4-cü kurslarda öyrənmək çox çətin olur, adətən praktika kimi keçir. Çox vaxt tənbəl tələbələr yanılır, ilk iki kursu oxumayıb bütün gücü son iki kursa vermək istəsələr də heç bir nəticə alınmır
– Gözünüzü kitabdan çəkməyin. Daima oxumağa yaxın olun. İstər elmi, istər bədii ədəbiyyatla yaxından tanış olun. Azərbaycan dilində ixtisasa dair materiallar az olsa da araşdırıb əldə edin və mütləq oxuyun, bir memarlıq kitabını dəfələrlə oxuyun
– Ümumiyyətlə memar olan kəs mütləqdir ki, hərtərəfli biliyə, savada malik olsun, çünki biz memarlar hər növ layihə icra edirik. Məsələn, xəstəxana layihəsində həkim kimi düşünməyi, məktəb layihəsində isə müəllim kimi düşünməyi bacarmalıyıq. İmkan olsa bir çox idman növlərində özünüzü sınayın. İdmanla əlaqəli layihələrdə sizə köməkliyi dəyəcək. Bir sözlə hər şeylə maraqlanın
– Əl qabiliyyətinizi daim inkşaf etdirin. “Nabroska”, “zarisovka” edin, akademik rəsmi kamil öyrənin
– Rəngkarlığa isə eksperiment kimi yanaşın, yeni rəng çalarları axtarın. Ümumiyyətlə rəngkarlığın dizayn işlərində xeyiri çox dəyir, məsələn, interyer dizaynında divar, parket, tavan və s. kimi minlərlə elementin rənglərini tutuşdurmaq üçün rəngkarlıq biliklərinizin mükəmməl olması lazım gəlir
– Hər növ xərcə gedin, bu sənətdə pul xərcləməkdən qorxmayın, aldığınız vasitələr sizin əlinizdən elə vaxt tutacaq ki, əvəzini heçnə verməyəcək
– Qarşınıza çıxan hər növ xəttkeş, karandaş, flomaster, gel qələmləri və s. alın. Lazımi məqamda çox kömək olur
– Bol-bol eskiz edin. Vaxt tapan kimi müəlliminizdən “klauzura” tələb edin (klauzura haqda ayrıca məqalə yazacam, çox müəllim və tələbənin müasir tədrisdə istifadə etmədiyi və çox vacib olduğu halda unudulan memarlıq “məşq”idir)
– İlk iki il komputer proqramlarına yaxın durmayın. Son iki ildə isə proqramları mükəmməl mənimsəyin. Düzdür əsl memarlıq studiyalarında memarlıq təhsili almış işçi, proqramlarda layihə yığmamalıdır. Bu işi texniklər görməlidir, ancaq reallıq bunu göstərir ki, Azərbaycan şəraitində proqram bilməyən işçini qəbul etmirlər
– İlkin vaxtlarda işələmək, pul qazanmaq haqda fikirləşməyin, bu insanı geri salır, ilk məvacib bilik qazanmaq vərdişlərini söndürə bilər. Ancaq sənət, təcrübə xatirinə işlər qarşınıza çıxsa işdən qorxmayın, onun verdiyi təcrübə gələcəkdə çox kömək olur
– Yadınızda saxlayın ki – Pul sənəti öldürür, sənət də pulu. Bu səbəbdən heç vaxt pula qaçan “alverçi memar”lardan olmayın
– Yolda gedərkən gözünüz qızlarda yox, binalarda olsun :) onları analiz edin, baxaraq öyrənməyə çalışın
– Sosial şəbəkələrdə memarlıq qruplarına üzv olun, gündəmi izləyin və oradakı memarlıq nümunələrinin şəkillərinə mütləq baxın. Müasir memarlığın hansı səviyyədə olduğunu ən yaxşı belə qruplarda və xarici saytlarda öyrənmək olar
– Musiqi ilə memarlıq işləmək istəsəniz ən uyğun janrlar Jazz və klassikadır. Ümumiyyətlə bu iki janr memar düşüncəsini formalaşdıran, bədii zövq verən janrlardır. Çalışın sevməsəniz belə qulaq asın, bir müddətdən sonra xoşunuza gələcək hətta nə qədər qəribə səslənsə də memarlıq kompozisiyalarında klassik musiqi notlarını əks etdirəcəksiniz
– Mümkün olsa evdə özünüzə ayrıca otaq ayırın. Daha yaxşı olar ki, 2-ci kursdan başlayaraq heç olmasa hər semestrin axır iki ayını tək yaşayasınız. Belə şəraitdə memarlıq işləmək həm ikiqat həzz verir həm də gözəl layihə ərsəyə gətirmək üçün uyğun şərait yaranır
– Heykəltəraşlıq dərslərinə, maketə fikir verin. Əgər maket dərsi keçilməsə özünüz bununla məşğul olun
– Qovluq əlinizdən düşməsin. Hər yerə özünüzlə aparın. Hərdən yolla gedərkən insanın ağlına parlaq bir ideya gəlir, onu tez kağıza köçürməklə bəlkə də gələcəkdə uğurlu layihəyə imza atmış olarsınız
– Qeydiyyat dəftəri tutun, ağlınıza gələn ideyaları, qarşınıza çıxan maraqlı memarlıq faktlarını, standartları və s.-ni qeyd edin
– Hər deyilən sözə qulaq asmayın. Hərdən əsassız ağır sözlər bacarıqlı tələbələri belə həvəsdən sala bilər. Kimsə işiniz barədə mənfi fikir bildirsə bilin ki, gözü götürməzlikdəndir ;)
– Memarlarımıza və memarlıq incilərimizə yaxşı bələd olun, onları əzbərdən tanıyın
– Tarixi memarlığımızı mükəmməl öyrənin
Və əlbəttə memarliq.com –u izləməyə davam edin :) Çalışın bəşəri sənətin öhdəsindən layiqincə gələsiniz. Çətin sənət deyil, əgər onu sevsəniz bu sizin həyat tərzinizə çevriləcək. Hamıya bir daha uğurlar
salam
Əleykə salam, Şəhla :)
Urfan, Sən sənətkarsan artıq :-))))
Sənətsevər olduğumu qəbul edirəm amma sənətkar olmaq üçün gərək ən azı 20 il oxuyub, əlavə 20 il də təcrübə keçəsən, ondan sonrası da hələ sual altındadır :))
faydalı olduğun üçün təşəkkürlər..
3cu kurs telebesi olaraq hele sennen oyreneceyim cox weyler var… )) yazduqin meslehetlere soz ola bilmez )) hecvaxd pul dalinca qacmamiwam Memarliqda.. ama tecrube dalinca qacmwam hemiwe (( hele de duz emelli bir wirketde teccrube kece bilmemiwem.. duzdu boynuma aliram oz uzerimde evde az iwliyirem.. maximum elediyim iw odurki oturum Youtubede 3d’s max Derslerine baxim… nese goturum ya da Archicad filan :))) nabroska elimnen duwmur hemiwe elimde karandaw vereg nese cekicem )) gozum Tvde olsa bele.. ama birdene isdediyim oduki hansisa wirketde praktikam , tecrubem olsun (((( taniwsiz da hec bir wirket goturmur turkler demiw “maaleseef)))” bele.. UGURLAR SENE… DEYERLI melumatlar ucun coxsaoqol !!!
Şadam ki, tələbələr üçün yararlı nəsə edə bilmişəm :) Hələ 3-cü kurs nədir ki? Əgər həqiqətən pul qazanmaq yox, elm öyrənməyi üstün tutursunuzsa, deməli mütləq sizi parlaq gələcək gözləyir :)
Tərlan, sadaladıqlarınız inkşaf üçün böyük işlərdir. Dayanmadan əl işi görmək, video dərsliklərə baxmaq çox yaxşıdır. İnanıram ki, yaxın gələcəkdə inşAllah bəhrəsini görəcəksiniz. Çoxları sizin etdiklərinizin heç 4-də birini etmir.
Məncə memarlıq proqramlarını yaxşı öyrənsəniz çətin ki, işsız qalasınız. Hal-hazırda proqramları yaxşı bilən kadrlara hər yerdə ehtiyac var. Əvvəlcə texnik kimi hər hansısa bir ofisə düşüb, yavaş-yavaş memar kimi fəaliyyətə başlamaq olar, özü də heç bir tanışsız.
Sənə də uğurlar olsun, Tərlan. Belə davam et, böyük ehtimalla yaxın zamanda gözəl iş tapacaqsan, buna ümid edirəm :) Təşəkkürlər..
“MEMAR” bu söz səslənəndə mən qəribə bir aurada oluram,sizin və başqa memarlıq haqda olan yazıları davamlı olaraq oxumağa çalışıram.1)kurslar üçün yazdığınız məsləhətlərə görədə çox təşəkkürlər.sizə bir sualımda var.xüsusilə məsləhət görə biləcək bir kitab,jurnal və ya bir məqalə var???
Əlbəttə, çünki Memarlıq Bəşəri Sənətdir :) Corbusierin Toward an Architecture, Neufert, Taschenin memarlığa aid kitabları və s. bunları internetdən sifariş verin, memarlıq haqda maraqlı məlumatlar əldə edəcəksiniz
Anladığım qədərilə bilik paylaşmaq cəhətdən paxıl deyilsiniz.Təşəkkürlər.Bəziləri bunu etiraf etməsələrdə bizlərdən(1.kurslardan) böyüklərdən nə isə soruşub öyrənmək isəyirik bu şəraitə görə çox saqolun.Yeni məsləhət və məqalələrinizi səbirsizliklə gözləyən sənətinin xəstəsi
Çox şad olaram ki, kimlərəsə cüzi də olsa xeyirim dəysin. Nə zaman nəsə lazım olsa, qulluğunuzda hazır :)
Qulluq göresiniz.Teşekkür :)
Inwallah Urfan..Allah senden razi olsun.. bir xaiwim de var :) memarliq proektleri, binalarin eskizleri zad olan saytlar bilmirsen? google.de nese ureyime yatan sayt tapA bilmirem (
Çox sağ ol, Tərlan. Əslində bu bloqda eskizlər bölməsi var :) http://memarliq.com/?cat=181
Amma bu da bəs etmirsə bu saytlara baxın – archinovosti.ru , worldarchitecturenews.com , mimdap.org , homedesign.com , digsdigs.com .. Bu yaxınlarda təzə tapdığım sayt əsas sənin işinə yaraya bilər – freedrawinglesson.blogspot.com …
Uğurlar sənə, çalış eskiz qabiliyyətini maksimuma çatdır
Menim arzum Memar olmaqdir ve bu fakulteye hazirlasib daxil olmaga calisacam sizce indi men neden bawlamaliyam?
Çox gözəl, Cavid. Memarlığa çoxdan başlamısınız əslində. Həyatı dərk etdiyiniz vaxtdan. Bir halda ki, Memar həyatı quran peşə sahibidir, deməli siz həyatı öyrənməklə həm də Memarlığı öyrənirsiniz. Xüsusi olaraq isə rəssamlıqla məşğul olun, Memarlar haqda kitablar, məqalələr oxuyun. Ən əsası əl qabiliyyətinizi inkşaf etdirin. Sizə ən çox lazım olan bu olacaq
Deyerli meslehetler ucun tesekkur edirem. Sadaladiginizin her birini oz heyatimda tetbiq edecem
Mən sizə təşəkkür edirəm, təki Azərbaycan gənc Memarları bu sənətdə düzgün yolda olsunlar
özel insanlara genlere yazılmış mimarlık hayat tarzıdır, TEBRİK EDERİM…
Başqa gözəl sözdə deyilir ki, – Memarlıq seçim deyil, taledir
Kateqoriyalar
Blogroll