Pimp “My Ride” müsabiqəsi və birincilik

[     Hi, I am architect desinger and I make car designs as well. This is one of my designs that I have uploaded to the page, Pimp My Ride. It won first ten out of over the 500 cars uploaded, and two hours ago shared by page out of 10. Thank you all, for your likes and comments. I’m so happy, this is insane =)      ]

Bir neçə il öncə maşın dizaynları verdiyim vaxtlarda ən sevimli verilişim, Amerikanın ən məşhur TV şousu Pimp My Ride-ın rəsmi facebook səhifəsində öz dizaynımı yerləşdirmişdim. Bu ən sevdiyim maşın – Ford Mustang eleanor GT500 1960 modelinin tam yeni görünüşü idi. Yeni dizaynım facebook səhifəsindəki Avtomobil dizayn müsabiqəsində 500-dən artıq iştirakçı içərisində ən yaxşı maşınlar arasında ilk 10 –luqda yer aldı. Daha sonra isə səhifə özü onluqdan ən yaxşı maşın kimi bu maşını paylaşdı :)

Bu haqda MTV –nin rəsmi bloqunda da qeyd olunur. Şəkli səhifədə share edəndən 1 saat sonra artıq 1000 –dən artıq like və şərhlər gəldi :) Məncə bu uğura Mustanqın üzərinə uğurlu rəqəmim 9-u yazmağım oldu.

Hər zaman memarlıqla maşın dizaynı arasında əlaqə olduğunu düşünürəm, həttə Ferrari müsabiqəsinin ikincisi Samirlə də bu barədə söhbət edib gələcəkdə bu iki sənəti bir layihədə birləşdirmək qərarına gəlmişik.

Maşını NFS Most Wanted-da dizayn verib PhotoShop-da dizayn effektləri əlavə etmişəm. Game-də yüzlərlə hissəcik və rəng seçimləri içərisində ən doğru olanını seçmək çox çətin olsa da əziyyətim yerdə qalmadı :)