u gün sizə memarlıqdan fərdi inkşaf üçün lazım olan, belə desək, “memarlıq məşqi” ndən söz açacağam. Hər bir sənət sahəsində olduğu kimi memarlıqda da mütləqdir ki, öz üzərində çalışasan, məşqlər edəsən, daim axtarışda olasan. Yalnız bu yolla nəyəsə nail olmaq mümkündür, ələlxüsus da memarlıqda. Təəssüf ki, müasir təhsil siztemimizdə bu cür məşqlərə demək olar ki, fikir verən yoxdur. Tələbələrə tələbkar olmayan müəllimlərlə yanaşı, müəllimlərə tələbkar olmayan tələbələrin olması hamıya aydındır ki, hal-hazırki təhsilimizin ən başlıca prolemidir. Buna görə də çalışacağam ki, bir çox tələbə və memarların nəzərindən qaçmış, hətta artıq unudulmaq üzrə olan, amma olduqca maraqlı memarlıq çalışmasından söz açım. Buna Klauzura deyilir.

Klauzura latın sözündən gəlir. Latıncadan “klauzula” kimi deyilən söz bizə “klauzura” formasında ruslardan keçib. Hərfi tərcüməsi bir növ “göstərmək” deməkdir. Yəni beyindəki ideyanı açıb göstərmək. Tərifinə isə qeyri-rəsmi olaraq demək olar ki: “Qısa vaxt ərzində həll edilən layihə”. Elə bir layihə ki, 1- 2 saata kağız üzərində həm binanın fasadları, həm perspektiv görünüşləri, planları və baş planı – bir sözlə - eskiz layihə üçün lazım olan hər bir xırdalıqların çəkilməsi.
(daha&helliip;)