Professional Loqo Tərtibatı

Bu yazı yeni ünvanda ilk yazımdır. Ona görə fikirləşdim ki, həm sayta, həm də memarlığa aid mövzü haqda yazım. Loqo memarlıqda bir o qədər də vacib ünsür kimi görsənməsə də əminəm ki, yazının sonunda nə qədər vacib məsələ olduğunu görəcəksiniz. Çünki ilk baxışdan memarlıq şirkətinin hansı səviyyədə olduğunu onun loqosundan bilmək olar. Təəssüf ki, Azərbaycanda bir çox memarlıq şirkətlərinin loqoları hansısa kiçik dizayn şirkətlərinin loqolarından fərqlənmir. Loqo sahib olduğu şirkətin, insanın, markanın keyfiyyət göstəricisi rolunu oynayır. Deməli mükəmməl olmalıdır ki, insanlar və onların təhtəlşüuru onu qəbul edə bilsin.

Öz loqomu hər nə qədər obrazlı səslənsə də Tanrıdan, onun yaratdığı ideal gözəllikdən ilham alıb yaratdım. İnsanı modul kimi qəbul etdim. Nəticədə loqonun ilk eskizi ilə son işlənmiş versiyası arasında xeyli fərq yarandı. Fototarixə nəzər salaq. Aşağıdakı şəkildə loqonun 2007-ci ildə ilk eskiz variantıdır, 2009-cu ildə isə Paint proqramında hazırlanmış, təxmini mütənasüblüklərlə hazırlanmış versiyasıdır. Ən son – 2011-ci il versiyasını (Autocad versiyasını) isə bacardığım qədər ideallaşdırmağa çalışmışam. Burada 77 ideal bölgü və 10-larla həndəsi qanunauyğunluqlardan istifadə etmişəm. Musiqi ritmləri, ilahi bölgülər, simmetriya ilə zənginləşdirmişəm.

Aşağıdakı şəkillərdə loqonu insan ilə müqayisədə verdim, buradan ideal insan üzünün, əlinin və bədəninin loqoda əks olunması təsvir olunub.

Musiqidən bizə tanış olan Aktavalara nəzər salaq. Bunlar loqonun ritmik görsənməsinə imkan verir.

Son iki şəkildə isə ritmlərin şaquli və üfiqi vəziyyətdə necə “oynamasını” görə bilərsiniz.

Növbəti musiqi ritmi olan Primalardan da geniş istifadə etdim. Bu təbiəttə olan ideal kvadratın tərənnümüdür. Və gözə xoş görsənir.

Yenə son şəkildə prima ritmlərinin cəmini görmək olar.

Kvinta ritmləri:

Kvarta ritmləri:

Kökaltda 3 mütənasibliyi:

Kökaltda 5 mütənasibliyi:

Kökaltda 2 mütənasibliyi memarlıqdan çox rəssamlıqda, ilahi obraz təsvir edilərkən istəfadə olunan mütənasiblikdir.

Memarlıqda, rəssamlıqda, dizaynda istifadə olunan Qızıl Bölgü. Ümumiyyətlə insan gözünün gördüyü bütün gözəlliklər bu mütənasibliyə uyğundur (1.618). Ən sevdiyim bölgü:

Və həndəsi qanunauyğunluqlar – qızıl simmetriya, üfüqi və şaquli eyni məsafəli simmetriya, xəyali ox üzərində yerləşən nöqtələr və s.

QEYD: Texniki dəstəyə gösə Oksana Mamedovaya təşəkkür edirəm.