Eskiz (1-ci hissə)

Xahişləri nəzərə alaraq eskizlər mövzusunu bu həftə yazmaq qərarına gəldim. Eskiz nədir? Bu memarın (və ya ümumiyyətlə dizaynerlərin) sifarişçilərlə ilk fikir kontaktıdır. Eskiz sayəsində memar layihəni itirə və ya qazana bilər. Sifarişçinin istəklərinə uyğun olaraq ilk beynində canlandırdığını kağıza tökmək layihənin ilk və vacib mərhələsidir. Bu proses  baxmayaraq ki, kənardan xırda görsənə bilər, amma kifayət qədər məsuliyyət tələb edir.

Santiago Calatrava

Bunun üçün memara ilk növbədə əl qabiliyyəti lazımdır. Təsadüfi deyil ki, memarlıq tədris olunan universitetlərdə akademik rəsm fənni tədris olunur.

Dünya şöhrətli memarların, dünya şöhrətli layihələrinə verdikləri eskizlərə baxanda bəzən bir şey başa düşmək olmur, bu normaldır. Qeyd etdiyim kimi eskiz memarın bir növ fərdi keyfiyyətidir. Lakin bir məsələni qeyd edim ki, eskizi qeyri-rəsmi iki yerə bölmək olar. Birinci memarın özü üçün çəkdiyi (bir növ qeydlərdən ibarət olan) eskizlər (memar ola bilsin ki, bir neçə nəfərlə layihəni işləyir, onların başa düşəcəyi tərzdə eskizlər), ikincisi isə  sifarişçiyə təqdim olunan daha anlaşıqlı eskizlər. Ən vacibi ikincisidir və onun gözəl alınması üçün təbii ki, memar daim öz üzərində çalışmalıdır.

Le Corbusier

Ayrı-ayrı üslublara xas cizgilər də eskizlərə təsirsiz deyil. Mələsən konstruktivizm üslubunda (binadan kənar) insanlar, ağaclar və s. özünə məxsusluğu ilə seçilir.

Frank Lloyd

Hadid

Moshe Safdie – Canadada yaşayış binası.


Frank Gehry


Ser Norman Foster


Başqa nümunələr

QEYD: bu yazıda eskizlər barədə ümumi anlayış verməyə çalışdım. Növbəti yazımda isə öz eskiz nümunələrimlə eskiz çəkməyin yollarını izah etməyə çalışacam.