Memarlıqda səhvlər

Yeni il ərəfəsi olduğundan bütün bloglar yeni il əhvalındadır, hamı gülməli, əyləncəli nə isə post edir. Məndə isə memarlıq bloqu olduğundan fikirləşdim memarlıqda olan gülməli səhvləri sizinlə bölüşüm :)

Həm gülməlidir həm də maarifləndirici. Birinci dəfə bu səhvləri 2-3 il qabaq görmüşdüm amma gülməli gəlməkdənsə sözün açığı biraz pis təsir etmişdi, bir həftə yadıma düşdükcə bir təhər hiss edirdim :) amma nəzərə alın ki (çox güman) bunların çoxu real deyil.

Bunun istifadəsini təsəvvür belə etmək istəmirəm :D

Uzunboylar üçün bankomat :)

cırtdanlar üçün eskalator

Dəniz mənzərəli balkon :)

Sözün əsl mənasında “gizli” kamera :)

Dünyanın ən kiçik eskalatoru :)

Xoş gəlmişsiniz :)

Yandakı pilləkənə fikir verin, o da divara çıxır :)

Volosipedçilər üçün ayrılməş xüsusi yolda işıq dirəkləri :)

Lap bizim təzə çəkilən yollar yadəma düşdü, ama bizdə gülməli tərəfi ondadır ki birinci yolun üstü sonra altı təmir olunur :)

QEYD: Şəkilləri türk forumlarından götürmüşəm (çox şəkil türkiəyə məxsusdur. bu tip səhvlər də türk “memar”larından çıxar :) ).