Memarlıq və Dizayn

Memarlıq və dizayn – bu iki sözün yanaşı gəlməsində ustad memarların “özünəməxsus cizgiləriylə” layihələndirdiyi dizayn nümunələridir. Ən çox kreslo (qoltuqlu kürsü) dizaynı verən memarlar adətən bunu limitli sayda edib, bəzən imzasını atıb ən hörmətli dostlarına “əvəzsiz hədiyyə” kimi bağışlayırlar və yaxud da kütləvi istehsal edib öz sənətinin dünyaya yayılmasına nail olurlar.

Dünya şöhrətli ser Norman Foster və onun stol diaynı:

Bəzən də məşhur memarlar öz dayanacaq layihəsini hazırlayıb bütün şəhərdə öz izini qoyurlar.

Öz xarakterini  tamamilə bu dayanacaqlarda əks etdirməyi bacaran memar – Santiago Calatrava, dayanacaq layihəsi:

Materiallar və forma baxımdan zəngin və orjinallığı ilə seçilən memar – Frank Gehry:

Azərbaycanda memar Nəriman İmaməliyev “Shafran” aptekləri layihəsiylə öz xarakterini əks etdirir. Düzdür bu dizayn yox memarlıqdır amma yenə də şəhərin çox hisəsində kiçik layihə ilə mühit gözəlliyini tarazlaşdırır həm də öz izini qoymuş olur. Həmin apteki Talassemiya mərkəzinin qarşısında və Şüvəlan kəndində görmüşəm. Sumqayıtda da olduğunu eşitmişəm. 3-ü də tam eynidir. Fikrimcə dizaynda eynilik normaldır amma memarlıqda eyni üslubda lakin fərqli formalarda olsa daha yaxşı olardı. Çünki dizaynda olmasa da memarlıqda orjinallıq, təkrarolunmazlıq vacibdir (istisnalar olur, amma burda mənə görə vacib deyil).

Azərbaycanda özünəməxsusluğu ilə seçilən, layihələrini yüksək səviyyədə həll edən nadir Azərbaycan memarlardan biri – Nəriman İmaməliyev:

Bu, memarların kiçik layihədə öz xarakterlərini güzgü kimi əks etdirməsidir ki, bu mərhələyə çatmaq hər memara nəsib olmur. Çünki bunun üçün memarda oun şəxsi, təkrarlanmayan, orjinallığı olmalıdır.

Müasir memarlığın banisi – Le Corbusier:

Ben Van Berkel:

Dünyanın bir çox şəhərlərində eyni zamanda  Bakıda çox orjinal, “dizayn memarlığına” ən yaxın dünya şöhrətli memar – Zaha Hadid:

Ustad memar, öz xarakterinə görə dövrünü qabaqlamış dünya memarlarının və memarlıqda oxuyan tələbələrin sevimli memarı – Oscar Niemeyer:

Funksionalist, layihələriylə Amerikanın fəxri olan memar – Frank Lloyd:

Steven Holl:

Aldo Rossi:

Tadao Ando:

Mies van der Rohe:

Dünyada bir çox memarlıq, dizayn və interyer eyni zamanda Azərbaycan Müasir İncəsənət Muzeyinin də interyer layihəsini vermiş – Jean Nouvel:


Çox vaxt üslub yaranarkən, həmin üslüba xas cizgilərlə ev əşyaları yaranır.

Funksionalizm:

Art Deko:

Qotika:

Konstruktivizm:

QEYD: Memarlıq və dizayn sözünün gələcəkdə daha çox işlənəcəyini fikirləşirəm, çünki müasir memarlıq dizaynı xatırladır. Bilmək olmaz, bəlkə də bizim dövrü gələcək nəsillər “Dizayn Memarlığı” dövrü kimi xatırlayacaqlar..