Penoplast üzlüklər

Artıq köhnə ağır, bahalı, uzun müddətə başa gələn daş örtüklər öz yerini fasada eyni görünüş və effekti verən penoplast örtüklərə verir.

Materialı Azərbaycanda bir çox şirkət o cümlədən  TİVİ MMC şirkəti təklif edir. Klassik fasad üçün yüngül, ucuz və tez başa gələn bu material hamıya tanışdır. Adətən televizor alanda qoruyucu ağ baloncuqlardan ibarət olan materialla küncləri bərkidilmiş olur. Penoplast həmin materialdır. Artıq tikinti sektoruna da girən bu material həm, fasad örtükləri, həm mərtəbəarası örtüklər həm də dam örtüyü kimi istifadə olunur.

Fasad örtüyü kimi xoşum gəlməyən yeganə qüsur kimi onu deyə bilərəm ki, bina fasadı (xüsusilə yaşayış binalarında) gərək təbii materiallardan olsun, bina “nəfəs” alsın. Ümumiyyətlə təbii materiallar nə qədər özündən müsbət enerji verirsə, süni materiallar da bir o qədər radiasiya verir. Penoplast ictimai binalarda istifadə olunsa çox rahat başa gələn vasitədir, amma yaşayış üçün inanıram ki, ziyanlıdır.

Qiymət baxımından çox sərfəlidir. 3 manatdan 40 manata qədər müxtəlif məhsullar var (pəncərə kənarı, mərtəbə arası, sütunlar və s).

Şirkətin saytı (tivi.az) yarı Azərbaycan yarı Türk dilində olduğu üçün çətinliklə başa düşdüm, zəng edəndə isə salamsız-sağolsuz qarşılayan işçinin danışığından güclə nəsə öyrənə bildim. Bir-iki sual verdim. Yapışdırılması – divara kafel-metlak yapışdırıcısı ilə bərkidilir, divarla material arasında hava qatı qalmır, daşla qiymət müqayisəsi – “2m-lik daş sütun 50sm diametrlə 200 manatdan baha başa gəlirsə, penoplastla 100 manatdan da ucuza başa gəlir. 1kv m. 30 manatadır, ustalı, materiallı, hərşeyli. Amma aşağı yeri də var”.

QEYD: Şirkət müdirinə məsləhətim odur ki, digər sanballı şirkətlər kimi müştəri ilə ünsiyyət və təklif məsələlərinə fikir versinlər.

QEYD 2: Köməyə görə Təbriz İsmayılova təşəkkür edirəm.