Abituriyentlərin bu ərəfələrdə ixtisas seçiminə başlamalarını nəzərə alıb öz məsləhətimi vermək istəyirəm. Təbii ki, mənim məsləhətim memarlıq ixtisasını seçmələridir, amma bu ixtisasın yaxşı və çətin tərəflərini də əvvəlcədən deməyi özümə borc bilirəm.
Çətinliklər:
- Əvvəla yatmağı yaddan çıxarın : ) adətən memar tələbələr, hətta memarların özləri də gecə yuxusuna həsrət qalan ixtisas sahibləri kimi tanınırlar, amma onu da deyim ki, işini sevən memar üçün bu ayrıca ləzzətdir.
- Azərbaycan dilində ədəbiyyat tapmaq çətin olacaq. Rus və ya ingilis dilində nə qədər istəsən taparsan, amma Azərbaycan dilli tələbəsənsə bu bir az çətin olacaq.
- Layihə işləyərkən çalışın tək olun, yanınıza yaxınlaşan əzizlərinizə kobud davrana bilərsiniz : ) səbəb, adam çox gərgin olur.
- Öz üstündə çalışmağa hazır olmalısan, bu elə ixtisasdır ki, müəllimdən çox şey gözləməsən yaxşıdı. Çalışmalısan ki, özün öyrənəsən.
- Biraz pul gedəcək. Əllə çəkmək tələb olunsa biraz bahalı vasitələrə ehtiyac olacaq, gərək simiclik etməyəsən, nəticədə iş rahat gedəcək. Məsələn xəttləri çəkmək üçün qələm (rapidoqraf) 50-60 manatdır, layihə çəkmək üçün lövhə 200-250 manatdır və s, amma daha ucuz alternativlər də var.
- Mütləq kompüter proqramları öyrənməlisən. İlk üçlük var ki, onları mütləq bilmək lazımdır (Autocad, Archicad, 3dMax)
- Qızlara bu ixtisas bir az çətindir, ağır gələ bilər, amma dünya şöhrətli və yerli qadın memarlar da az deyil. Məsələn Zaha Hadid, Əhmədova Fatma, Mustafayeva Aydan, Hacıyeva Yeganə, Məmmədova Gülçöhrə və digər adını çəkə bilmədiklərim.
Üstün tərəfləri:
- Bu ixtisas elit ixtisaslar içərisindədir, və birincilərdəndir. Memar olduğunuzu deyəndə hamının sizə qarşı münasibəti bir az yaxşıya doğru dəyişəcək : )
- Perspektivləri çoxdur. İş tapmaq problem deyil. Oxuduğum yerdə 3-cü kursdan tələbələr iş tapırlar özlərinə.
- Məvacib barədə heç bir narazılıq olmayacaq, ən çox qazanan sənət sahiblərindən biri memarlardır. Hətta dünya şöhrətli elə memarlar var ki, bir layihəyə görə 8-10 milyon dollar qonorar alırlar. Məsələn Santiaqo Kalatrava, Frenk Qehri və s.
- İstər-istəməz zövqlü insan olursan, paralel olaraq interyer dizayner kimi də işləyə bilirsən.
- Memarlar prezidentlə dostlaşa biləcək nadir sənət sahiblərindəndir : )
- Öz ofisin olur, ofislərdə ən az işləyib ən çox qazanan aparıcı işçi ola bilərsən.
- Fəza təsəvvürün səni həyata qarşı münasibətdə digərlərinən fərqləndirəcək.
- Zehni işlə məşğul olduğun üçün uzunömürlü olursan. Məşhur memarların çoxu 90 yaşını keçiblər.
- Memarların çoxu lüks həyat yaşayırlar.
- Dizayn memarlıq ofislərində ən üstdə duran ixtisasdır memarlıq.
- Dünyanın 7 möcüzəsi memarların yaratdıqlarıdır, memar möcüzələridir.
- Özündən sonra iz qoymaq üçün ən yaxşı vasitə memarlıq yaratmaqdır.
- Şəhərin, ölkənin hətta qitənin simvolunu yarada bilərsən (Məsələn: Sidney opera teatrı, Dubayda Burj Al Arab oteli, Parisin Eyfel qülləsi və s.)
- Və bəşəri sənət sahibi olduğun üçün özünlə fəxr edirsən : ) insan yaranandan bu günə qədər memarlıq aktualdır və heç vaxt öz aktuallığını itirməyəcək.
Əgər siniz də bacı – qardaşınız, dost – tanışınız, oğul – qızınız ixtisas seçməkdə çətinlik çəkirsə ona məsləhət verin bu ixtisası seçsin. Həm zövqlü ixtisası olar həm də gələcəyini təmin etmiş olar.
Universitet kimi bir neçə yerdə memarlıq ixtisası tədris olunur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakıdan kənarda bəzi şəhər universitetlərində və ya texnikomlarda və s.
Məsləhətim özümün də oxuduğum Rəssamlıq Akademiyasındakı memarlıq və dizayn fakultəsidir. Sorğu aparıb öyrəndim ki, akademiyada memarlıq daha müasir və ciddi tədris olunur. Amma hamısından vacibi, tələbə mütləq öz üzərində çox çalışmalıdır.
QEYD: Siyahıya əlavələr ola bilər. Ola bilsin ki memar kimi siz də məsləhət verə bilərsiniz nəyisə əlavə etməyimə.
Çoooox sağol Urfan, qardaşım da universitetə hazırlaşır, ona məsləhət görərəm :) Məncə marağı olar :)) Lap mən də memar olmaq istədim ))
salam.Menim hele 12 yasim var.Boyuyende Dizayin-Memar olmaq isteyirem.Yazdiqlarinizi oxudum.Evvela bildirmek isteyirem ki,cox qeseng yazmisiz.Men bu senetden biraz solmusdum.Yazdiginizi oxuduqdan sonra bu senete maragim artdi.Isterdim ki, fenlerini qeyd ederdiz:
1-ci qrupdur :azerbaycan dili
fizika
kimya
riyaziyyat
xarici dil
Həvəsdən heç vaxt düşməyin. Bu yolda sizə ən çox lazım olan bu olacaq :)
Salam qaqaş bağışla narahat edirəm V qurupda var da dizayın memarlıq neçə di keçid balı bilmirsiz
men 7 ci sinifde oxuyuram :D ama heqiqeten memar olmaqi cox issdeyirem) el qabiliyyetimde cox yaxsidi) ama diyesen cetindi ( ama memarliqdanda el cekmek isdemirem
Elə bu işin ləzzəti onun çətinliyindədi :)
Salam.gelen il imtahan verecem memar olmag en boyuk arzumdur urfan qardas sene teskkur edirem.mesletlrin ucun insallh bir gun mende memar olaram ☺
Salam men mimarlık 10 cu sınıfta okuyorum. Ben mimar olmak istıyorum ama cok cetin deyirler.men yötle turkıyede okumak ver mimar olmak istiyorum el qabiliyetim iyi ama korkuyorum ki Türkiye’de okuyama bana yardımcı olun
salam sizə 2 sualim var:
1)Mən memar olmaq ucun rəssamlığa gedməliyəm yoxsa oyrədəcəylər ?
2)Nece bal yigmaliyam ?
Mənim üçün xoşdu, Jalə :)
Hə denən mütləq memar olsun, sonra sənə çox sağ ol deyəcək ;) özün üçün də gec deyil, yaxın bildiklərimə həmişə məsləhət verirəm, əgər həvəsin varsa mütləq bu sahəyə get, peşman olmazsan)
memar olmaq ucun rus ve ingilis dilini oyrenmek mutleqdir???
yeni yalniz rus dili ola bilmez???
Salam. Hər iki dili bilsəniz yaxşıdı. Həm ölkəmizdə həm də xaricdə iş imkanları baxımından vacib dillərdin. Amma ikisindən birini seçməli olsanız, ingilis dilini seçin
Urfan qaqa mende memarliqda oxuyuram cox gozel zovqlu,maraqli ixtisasdir menim ucun cox dogmadir mene. meslehet gorerem stedadli usaqlarin bura gelmesine.ugurlar herkese….
Çox gözəl Rəman, memarlıq doğrudan da zövqlü, maraqlı sənətdir. Hər adama memar olmaq qismət olmur
Bizim universitetin nəyi pisdir ki, Urfan? :)) Adınnan məlum “Memarlıq və İnşaat” :)) Özüdə bildiyim qədər politexnikdə memarlıq yoxdur.
Politexnikdə təməli qoyulub, sonra ayrıca Memarlıq İnşaat universiteti yaradılıb. Memarlıq-inşaatın pis olduğunu demədim, deyə də bilmərəm çünki orda oxumamışam :) tələbələrin işlərindən fərqi bilmək olur
Bele gozel sirf memarliga aid blok yaratdiginiz uchun Size derinden minnetdaram. Yeniyetmelere de ixtisas sechiminde duzgun yol gosterirsiz.Amma teessuf ki, her kim istese bu sherefli senete layiqince yiyelene bilmez.Chun ki, memar olmaq uchun riyazi-fiziki hesablamalardan elave rengleri ve hecmleri hiss etmek lazimdirki bu istedadida Allah her adama bexsh etmir.Demek istediyim budur ki, memar olmaq uchun ilk novbede tonlari hiss etmek uchun ressam, hecmleri ve plastikani duymaq uchun ise heykelterash olmaq lazimdir. Bu senete yiyelenmek isteyen her bir kese ugurlar arzulayiram………….
Çox sağ ol, Samir. Düz deyirsən, əsas çətinlik ondadır ki bu sənətdə qabiliyyətə, istedada ehtiyac var. Razıyam ki, hər adamın fəza təsəvvürü, rəng-həcm, işıq-kölgə duyumu o dərəcədə olmur ki bu sənətlə məşğul olsun.
Digər yandan unutmaq lazım deyil ki öz üzərində çalışmaqla bir çox şeyə nail olmaq olar. Məsələn qrafik-rəssam Frank Miller 25-30 yaşlarından sonra özündəki istedadı inkşaf etdirərək dünya şöhrəti qazanıb. Əsas odur ki istək, həvəs olsun, onda çox şey əldə etmək olur.
memar olmaqdan otru hansi fenleri oxumaq lazimdi ?????
mence duz qeyd edirsiz usaqlar men de sizinle raziyam men hele de oz ixtisasima alternativ olaraq gozel senet tapmiram memarliq cox gozel senetdir.Bu saheye daxil olan her bir sexs xosbextdir amma bir sey var ki insan bura ozu geldikde yeni sirf bu seeti sevib geldikde daha gozel olur o zaman daha basqa cure yanasirsan her seye.Dogrudan maraqli bir ixtisasdirki oyrendikce etraf muhite qarsi fikirler tesevvurler hamisi 180 derece istiqametin deyisir ve heyat terzin deyisir butun memarlari salamlayiram her kese ugurlar ve blokda sirf el islerinden qoysaydin Urfan daha maraqli olardi)))…..
Razıyam Nilufər, adamın ətraf mühitə yanaşmasını tamam dəyişir.
Gələcək yazılarımdan birində yəqin ki bizim tələbələrin sayma-seçmə işlərini yerləşdirəcəm, siz də bu cür yaxşı davam edin, layihələrinizi bütün Azərbaycan görsün :)
gozel analiz ve gozel neticeler))) Bir sual maraglandirdi. Bes imtahan zamani hansisa gabiliyyet imtahani vermelisen?
Aha, qabiliyyət imtahanı var. 3 imtahan – rəsm, rəngkarlıq, kompazisiya. Universitetdən asılı olaraq çətin və ya nisbətən asan ola bilər. Memarlıq sahəsində mühəndislik, inşaat fizikası ixtisaslarını seçsən qabiliyyət lazım olmayacaq, amma Memar-dizayner, rəssam-memar ixtisasları təbii olaraq qabiliyyət tələb edir
Salam 11 sinifde oxuyuram memarliqa hazirlasiram mene komek ola bilersen
Necə kömək lazımdır?
Salam xanimlar ve cenablar. Yazdiqlarinizi oxudum,duzdu tecrubenize esaslanaraq yazirsiniz.Men bu senetin derinliklerine bash vurduqca ozum ozluyumde bir sual ve bir cavab yaranir. Sen bunlari bilirsen? Cavab: Men bu senetden hecde anlayisim yoxdur. Ezizlerim hecvaxt ozunuze Memar deyib bu xesteliye tutlmayin,siz bir avropa,dunya memarligini oxuyun.Inandirim sizi bugun Memarliq ve Insaat universiteti dediymiz bir tehsil ocaginda sizlere hecne oyretmirler. Men o universitete bir universitet yox Kolbasa sexi deyerdim . Bu olkede biz getdiyimiz senete qiymet vermirler ve vermiyeceklerde. Gun gelecek avropali memarlar bizim Shirvansahlarin,Qiz Qalasinin yerinde layiheler layihelendirecekler. Bugun Azerbaycanda Memar dediyimiz senet sahibleri 3-5 neferden ibaretdir. Meslehet gorerdim avropada en azindan turkiyede tehsil alardiniz. Calisin oyrenmeye,oxumaga bu gozeldir,pisi odur ki axtarisda oldugunuz zaman qarsilasdiginiz cetinlikde sizin suallariniza cavab veren memar tapmaginiz cetin olacaq. Bugun uzluk dash vuran ozune memar deyir,oboy magazasinda isleyen satici ozune memar-dizayner deyir. Senetlerin sahi bu olkede en irgenc senete cevrilib. Bu senet haqda gunlerle danismaq olar,sadece yazdiqlarinizdan yan kece bilmedim. Bir Cenab Memar demisdi. Memar anadan olanda insan kimi qorxaq dogulmamalidir! Sozunuzu hecvaxt demekden cekinmeyin. Heyfki bu senete sevgisinden behs eden “Memarlarimiz” coxdur. Bu senetin geleceyi bu olkede bizim elimizdedirse xaish edirem esl senete koklenin,yiyelenin. Sizlere ugurlar! Sayqilarla Senetini seven bir genc!
“Anonim”, hardasa düz hardasa səhv yanaşırsan. Özün dediyin kimi Azərbaycanda əgər 3-5 nəfər normal memar varsa gərək özünü o siyahıya salmağı bacarasan. bir də məsləhət bilirəm ikinci təhsil kimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında memarlıq təhsili alasan. Çoxları Memarlıq-İnşaat universiteti barədə sən deyənləri təstiqləyər, amma bizim akademiyada təhsil kifayyət qədər yaxşıdır. təbii ki qeyd etdiyim kimi öz üzərində çalışmaq mütləqdir
Sehv yanasmam hardadir? Bugun biz o 3-5 neferlerin siyahisina daxil olmasi uchun bize o dediyim 3-5 neferde tehsil vermeli idi! tessuf ki onlarinda oz isler,gucleri. onlar heyatda olmuyandan sonra o dediyin 3-5 nefer biz yox xaricden gelib burda koklenmish memarlar olacaq ezizim. quyuya su tokmekle quyu dolan deyil.
Resulaga muellim size ne dersi kecir? a qaldi ki Urfan ezizim gormusem sizin ushaqlardan. men dediyim memarliqi burada axtarma.))
Rəsulağa məllim bizim konstruktor müəllimimizdi həm də inşaat fizikası, sən hardan tanıyırsan? )
bəs necə olur ki bizim tələbələrdən 3 nəfər universiteti quaran kimi azərdövlətlayihədə işə düzəldilər amma sizdən heç kim yoxdu )) universitetin fərqi yoxdu, oxuyan hər yerdə oxuyur, universitet ancaq müəyyən istiqamət verə bilər
qaqa cox guzel meslehet verirsen men de memarliqda oxuyurram .muellimlerden hec bir sey ala bilmiremmm. savaadsizdirlar ona gore men internetde axtaribbb oyreniremmm…
Yusif, əhsən sənə, həmişə oxuyan tələbə seçilir, hətta müəllimlər çox savadsız olsalar da..
İstər Memarlıq istərsədə başqa ixtisas.kimnənsə heç nəyi ummaq lazım deyil.Gərək hər zaman axtarışda olasan.Memarlğı mənə heç kim məsləhət görməyib əksinə mane olmağa calışıblar,ama hecnəyə baxmayaraq mən Memarlıq və İnşaat Universitetində tələbəyəm.Sozümün əvvəlində dediyim kimi heç kimnən bilik ummaq lazm deyil bax elə bu səbəbdəndir ki,mən burdayam.baxdım meni onları öyrətdikləri qane etmir məndə axtarışa çıxdım.Məni narahat edən məsələlərdən biridə qəbul qaydalarıdır açıq desəm test imtahan ballarının qabiliyyət ballarından üstün tutmaqları.məs:biri testdən 252 toplayıb qabiliyyətlərdən 7_8.bu abituriyent ödənişsizde oxuyur.digəri 223 qabiliyyət 10_10.bu isə odənişlidə.Tələbəlik vaxtı özunu biruzə versədə bu tələbəyə 1500 AZN”ə başa gəlir.
Əlbəttə şagirddən şagirdə də çox fərq var. Bəzilərinə istiqamət vermək lazımdır amma ağıllı abituriyent özü ən düzgün qərarı verir.
Bu baxımdan Rəssamlıq Akademiyasındakı memarlıq ixtisasına qəbul yaxşıdır. Bizdə qabiliyyət imtahanı əsas götürülür və siz deyən problem yaranmır. Yenə də əsas odur ki, bu ixtisasa qəbul olasan və özünü doğruldasan. Cəmi 4 illik tələbəlik illərində ödənişli oxusan da olar amma 60-70 illik iş həyatına universitetdən gözəl bünövrə qoymaq lazımdır.
Söhbet illikden getmir mence qabiliyyet daha üstün tutulmalıdır.Mən bunları hal-hazırkı müşahidələrimə əsasən deyirəm.Universitetə daxil olduqdan sonra o fənləri qeyri ixtisas fənni kimi keçsəkdə bizə əsas vacibli olan qabiliyyətdir.hal hazırda qabiliyyətdən aşağı testdən yüksək bal toplayan tələbələrin ixtisas fənlərindən aldıqları ballara baxanda onların universiteti necə mütəxəsis kimi bitirəcəklərini düşünməmək əldə deyil.Təbiidir ki həmişəki kimi mən öz doğru bildiyimi edəcəm.”General olmaq istəməyən əsgərdən yaxşı əsgər belə olmaz”düşüncəsindəyəm
salam,qabiliyyet 8_10 test ise 373 bal mene bes eliyerki men memarliq fakultesinde oxuyum ??? (evvelceden minnetdaram.
Salam Ramin. Bizim vaxtımızda bəs edərdi. Amma bu ilin nəticələri ilə təəssüf ki, xəbərim yoxdur. Siz ən yaxşısı universitetlə əlaqə saxlayıb aidiyyatı admalardan bunu soruşun
salam urfan! men bu il memarliga qebul olmusam.. bilmek isteyirem goresen dersler cetindi? xahis edirem bu barede melumat veresiniz.. indiden tesekkur edirem!
Salam, Günay. Əvvəla sizi ürəkdən təbrik edirəm, Memarlığa xoş gəlmisiniz :-) Əlbəttə, dərslər çətindi. Asan heç bir ixtisas yoxdur, bir halda ki, bu sənətdə nəyəsə nail olmaq istəyirsiniz. Xüsusilə memarlıqda. Bu sahənin dərinlikləri hədsiz çoxdur, buna görə ən yaxşısı olmaq üçün əlinizdən gələni etməlisiniz. Bu çətin və məsuliyyətli yolda sizə uğur arzu edirəm
Salam, Urfan! ADRA-da memarliq, bir de dizayn ixtisasi ucun hansi qruplara imtahan vermeliyem. Biraz melumatlandira bilersen?
Salam, Fərman. Memarlıq 1-ci qrupda, Dizayn isə 3-cü qrupda olmalıdı. Amma bilmirəm son illər dəyişiklik var ya yox, aidiyyatı mənbələrdən mütləq dəqiqləşdirin
SALAM. MEN MEMAR OLMAQ ISTEYIREM.
Çox gözəl, sizə uğurlar
Salam, mene bu haqda meslehet vere bilersiz?
Menim en cox xosladigim senetti memarliq. Menim qardasimda memarliqda oxuyur.Insallah mende memarliga verecem.ama cox qorxuram:(Insallah qebul olaram
Salam Urfan Bey Siz memarsiz?Men memarligi bitirmisem,ancaq calismiram.
Salam, bəli Memar kimi işləyirəm. Sizə də məsləhət görürəm işləyəsiniz, Memarlıqda real təcrübə mütləqdir
menimde istediyim istisasdir memarliq ama dizayn ixtisasi uzre Memarliq inwaat universitetinde tehsil aliram qabilyetden 10 9almiwdim lakin dizayna duwdum insani yandiran eseblewdiren sebeblerden biride odurki elinde qelemde duzgun xett ceke bilmiyenler pul vererek memarliqa salirlar ozlerin 4il boyunca pul vererek ya tapwirilaraq qiymet yazdirirlar sonda da adlarini memar qoyurlar…
en piside odurki artiq 100 150balla memarliq ixtisasina qebul olmaq mumkundur men 251 bal toplamiwdim ama dizayna duwdum meger bu haksizliq deyil???
tehsil ise bir qepiye deymir kimin adamlari varsa onlara bal yazilir oxuyanlar ise hemwe ezilir!
sizden bir sual soruwmaq isterdim:
-men indi dizayn ixtisasi memarliq fakultesi uzre tehsil aliram gelecekde magistaturada istisas kimi memarligi sece bilerem?
bundan sonra memar kimi fealiyyet gostere bilerem???birdeki men 2ci kursam men ixtisasimi deyiwe bilerem eyni fakultede dizaynnan memarliga??
onceden tewekkurler.
Ümid edirəm ixtisasınızı dəyişə bilərsiniz, amma inanın ki, universitet ixtisası Memarlıqda heç nə demək deyil. Əgər həvəs və bu sənətə fanatlıq varsa əsil Memar ola bilərsiniz. Onsuz da dünyanı dəyişən nəhəng Memarların çoxusunun heç Memarlıq təhsili yoxdur.
Yenə də çalışın ya bakalavrı Memarlığa keçəsiniz ya da Magistraturanı Memarlıq peşəsi ilə davam edəsiniz. İstənilən halda belə daha rahat olacaq sizin üçün
Memarlqa hazrlasrm.Heleki alinir eslindemozumunde maraqi var.Fantazyam ve mentiqim gucludu.yalnz cekme problerim var bununda ustunde calsram
salam mende memarliqi istiyirem onun ucun mecburam qabiliyyetden kecim?
Salam. Əlbəttə Memar üçün qabiliyyət hər şeydən önəmlidir
Dizayn üçün neçə bal lazımdır?
urfan meselen sen ne qeder qazanirsan bu islerden?? pul yeni
Bunu deyə bilmərəm, çünki pul ən axırıncı fikirləşdiyim məsələdi, əsas sənətimdi, sənətimdən qazandığım mənəvi zövq isə dünyalar qədərdi :)
salam men memar olmaq istiyirem. ama bilmirem ki,universitede girmek ucun hansi dersleri oyrenmek lazimdir ve necenci qrupa hazirlasmaq lazimdir
Bir cavabı almaq üçün 10 mesaj dalbadal yazırsansa səndən heç vaxt Memar olmaz. Memarlıq səbr tələb edən işdi, səbrli insan deyilsənsə özünə başqa peşə tap, özünə və Memarlığa yazığın gəlsin
MEMARLIQ haqqinda melumat yazdiginiza gore teshekkur.Meqale lap adami MEMAR olmaga heveslendirir :).Yazdiqlarinizi oxuyandan sonra 2 sechim arasinda qaldim:MEMARLIQ ve REGIONSHUNASLIQ(KOREYA DILI UZRE).Amma teessuf ki,1ni secmeliyem.Ehhhh kash ikisi birinde olardi :(((((((….!
Memarlıq seçim deyil, gərək Memar doğulasan. Əgər özünüzdə Memarlığın yükünü daşıya biləcək güc hiss edirsinizsə əlbəttə Memarlıq daha yaxşı seçim olardı. Amma gərək bu işdə canını qoyasan, bundan qorxmayasan :)
salam.bu.ixtsasin.bali.necedir.we.hansi.qrupdadi
Bu sulları birbaşa TQDK-ya verin
MEMARLIGA HEVESIM DAHA DA ARTDI
Memarlıq seçim deyil, gərək Memar doğulasan. tarixe yazilasi sozler!
Urfan, cox sagol. men bu yazilari oxudum ve memarliq universitesinin 111 A1 ne gonderdim.Allah razi olsun.
Xoşdur. Şadam ki, kiçik məsləhətlərim böyük gələcək üçün ilk addımlara motivasiya olur
Salam men bu il qebul olmusham memarliq fakutesini secmek isteyiren meni melumatlandira bilersinizmi ve hansi fenler olur :evvelceden teshekurumu bildrerem))
Salam. Xeyirli olsun. Təəssüf ki, bu il üçün proqram haqda məlumatım yoxdur. Yaxşı olar ki, təhsil müəssisəsinə müraciət edəsiniz
Salamlar olsun…..Men duzun desem uwaqliqdan Autocad,Arhicad,3dmax kimi proqramlarda caliwmiwam bacardigim qeder 3d ev modelleri yaradirdim 2d uzre caliwirdim,.,,,Hal-Hazirda 16 yawim var amma ozum Baki Komputer Kollecinde Informasiya texnologiyalari sistemi uzre tehsil aliram….Aciq daniwacam riyazi biliklerim zeifdi amma indi bilmirem neyniyim,,,,,Meslehetiniz lazimdi bilmirem hansi istiqamete yonelim ixtisas seciminde cetinlk cekirem,,,
Əleykum salam. Düzü Memar olmaq üçün kompyuter bilikləri və ali riyaziyyatdan daha çox gərək bu sənət insanın canında ola. Əgər hiss edirsənsə Memarlıq sənin həyat tərzinə çevrilə bilər, gəl qoşul bizim sıralarımıza. Amma onu da bil ki, yaxşı başlamısan, əgər tempini artıra-artıra inkşaf edəcəksənsə uğur əldə edə bilərsən
Salam! Men memarliq insaata isteyirem. 3cu qrupa hazirlasmaliyam? Birdeki qabiliyyet imtahaninda menden ne teleb olunacaq.
Tesekkur :)
Salam. Memarlıq İnşaat 1-ci qrupda olur. Amma siz yenə də dəqiqləşdirin, mənim oxuduğum ildə bu belə idi. Qabiliyyət imtahanından isə rəms və kompozisiya tapşırığı olmalıdır. Bunu da dəqiqləşdirin. Yenə də bu il üçün dəyişiklik varmı yoxmu deyə bilmərəm
Salam Aleykum.Hal hazirda 11-ci sinife kecdim.Men Gelecekde memar olmaq isteyirem amma bilmirem necenci qrupa ve yaxud hara imtahan versem menim ucun daha faydali daha yaxsi olar.MEne meslehet vere bilersiz?
Əleykum salam. Əgər Memar olmaq istəyirsinizsə 1-ci qeupa hazırlaşmağınız lazımdı
Tewekkur
memarliq neceni qurupdadi?
memarliqa hansi fenler daxildiR?
Memarlıq 1-ci qrupdadır. Fənnlər universitetə görə dəyişir
mene komek edin sizce men memar ola bilerem memar cetindi?
Bəli, çox çətin peşədir, gərək canını qoyasan Memar olmaq üçün
salam Urfan men imtahana hazirlawiram Azmiu nun memarliqi haqqinda senen melumat almaq isteyirdim qabiliyet imtahani ballar cixandan sonra verilir ya imtahanan evvel qabiliyetden imtahan olur?
qabiliyet deyende neyi nezerde tuturlar kecid bali ne qeder olur ?xahiw eleyirem qaqaw eger imkan varsa mene bu faklute haqqinda etrafli melumat yazarsan indiden cox sagol Allah razi olsun
Salam Salman,
Təəssüf olsun ki, hal-hazırda Bakıda deyiləm və indiki qaydalardan xəbərim yoxdur. Məsləhət görərdim, qəbul olmaq istədiyiniz universitetə yaxınlaşın və bütün suallarınızı onlara verin. Çünki ola bilsin qəbul üçün yeni qaydalar var
salam.men11 ci sinifde oxuyuram 17 yasim var.menim memarliga boyuk hevesim var.her hansi bir certyoju hecbir kesin komeyi oladan hazirlaya bilirem.etrafimdaki insanlarda bacarigimin oldugunu deyirler.her hansi bir evi sadece 10 /15deqiqe gezmekle onun certiyojun hazirlaya bilirem.zehnim gucludu.her hansi bir certyoju iller kecse bele yenede hazirlaya bilerem.riyazi baximdan zehnim yaxsidir.elimder resim baximindan her is gelir.sozun qisasi memarliga boyuk hevesim var………!menim daha bir ozeliyimde ondadirki her hansi bir evi kicilmis sekilde qarsima qoyub onu zehnimde canlandira bilir ve onu uzaqdan izleye bilirem..SIZCE MEN MEMAR OLA BILEREMMI?.
URFAN QARDAS SIZIN FIKIRLERINIZ MENIM UCUN COX ONEMLIDIR.
Salam Fatimə,
Sadaladığınız xüsusiyyətlər Memar üçün olduqca önəmli keyfiyyətlərdir. Ən başlıcası isə sizdə, Memarlıqda vacib ünsür sayılan həvəs var. Əgər bu işə belə həvəsli və talantlısınızsa məncə arzularınızın arxasınca gedin və Memar olun.
Sizə işlərinizdə uğur arzu edirəm
Salam.
Cox sag olun, deyerli fikirlerinize gore.Amma size bir sualim olacaq.Men qabiliyyet imtahanina gedecem ve orada ne etmeliyem yeni ne etmeyimi isdeyecekler.Siz qabiliyyet imtahaninda ne etmisdiniz.
Salam sizin yazdiqlarinizi oxuduwdan sonra men.sizin dddiyiniz 3proqrami.dahada yaxsi oyrenmeye calisiram sizin dediyiniz kimi memar olmaq ucun gerek bu yolda canini qoyosan. Men memar olmaq ucun bu yolda canimi qoymaga haziram. En boyuk arzumdurki menim hazirladigim bir isi.bakinin her hansi en gorkemli yerlerinde gorem.cox ezimliyem insallah mende boyuk memarlardan olmaq isteyirem.
Deyerli meslehetlerinize gore cox sagolun.Allah razi olsun.
Salam Fatimə. Bizim vaxtımızda (6 il əvvəl) 3 imtahan var idi. Söhbət ADRA-dan gedir. Rəsm, Rəngkarlıq və kompozisiya
Tesekkurler.men bu il qebul olsam insAllah universiteti bitirdikden sonra sizinle gorusmek isderem.memarliq haqda sizden deyerli fikirler oyrenmek arzusundayam.gorusmek umidiyle.
Əgər ADRA-ya qəbul olsanız, orada müəllim kimi fəaliyyət göstərmək istəyirəm, daha çox bilik mübadiləsi edə biləcəyik
cox sevindim coxxxxxxxxxxxxxxxxxxxxx
:))
INSALLAH
Cox sevindim:):):)
tesekkurler
kecid bali necedi zehmet olarsa deyerdizde
Salam men memarliq uzre qabiliyyet imtahanlari ile maraqlaniram
imtahanda size necese bir eshya qoymushdular chekmeye yoxsa fergli bir shey idi?
Yeni qabiliyyet imtahaninda hansi tapshirig qoyulur?
Cavablara gore teshekkur.
men memar olmaq isteyirem lakin bilmirem turkiyede oxuyum yoxsa burda
Mende bu ol cixacam 9 akademya haqqinda deqiq melumat almag isdiuirem feysde varsiz????
mende memar olmag istiyirem …amma sizin burdaki sohbtiviz meni lap cawdirdi…indi men memar olum yoxsa yox???((
(
Məleykə, keçid balı hər il dəyişir. Məsləhət görürəm bunu keçən il qəbul olmuş tələbələrdən maraqlanasınız
Nigar xanım, bizim vaxtımızda rəngkarlıqdan natürmort var idi, rəsmdən heykəl, kompozisiyadan isə hər hansısa mövzu verilirdi
Ayla, məsləhət görürəm çətin olmayacaqsa Türkiyədə yaxşı universitetlərin birində təhsil alın. Oranın təhsil sistemi bizimkindən qat-qat yaxşıdır
hansi proqramlar lazimdi?men dizayner olmag istiyirem
Salam Vüqar. Dizayner olmaq üçün ilk növbədə nəzəriyyəni bilmək, sonra əl qabiliyyətini inkşaf etdirmək, sonra isə proqramları öyrənmək lazımdır. Onlara misal olaraq, AutoCad, 3D Max, Rhino və s.-ni nisal göstəmrək olar
Salam ALeykum.Men 10-cu sinif şagirdiyəm.1-ci qurupa imtahan verecem Inwallah.Memar olmaq isteyirem amma men bilmirem hansi fakulteye hansini secmeliyem memar dizayn muhendislik ve basqalari deqiq melumatim yoxdur men Hansini secmeliyem.Birde men eger qabiliyyet olana imtahan versem memarliqda qabillyeti vermek ucun hansisa kursa getmeliyem?
Salam Ayxan. Memarlıq və Dizayn fakultəsini seçin. Qabiliyyətdən isə rəsm və rəngkarlıq kurslarına getməlisiniz. Rəssamlıq Akademiyasında belə kurslar var
salam Urfan.Yeni qerardan xeberiniz varmi.Niye memarligida 5ci qurupa salmadilar.mence en esas qabiliyyet teleb eden fakulte memarliqdi.cox pis oldum.memarliqida orda olsaydi yaxsi olardi.sizce ora qabiliyyetle daxil olmaq olarmi.qabiliyyet teleb eden fakulte olmasada.
hergun yeni qerar cixir mektebin bitmesine 3ay qalib.biz sagirdlerin aqibetimiz nece olacaq.:(