MEMARLIQ – 5 yaş yubileyi

əyatımda baş verəcək ən əlamətdar günlərdən birini yaşayıram. 5 il əvvəl 2010-cü ildə bu gün ilk dəfə bloq açanda fikirləşmirdim ki, bu qədər oxucu kütləsinə sahib olaram və 5 il sonra belə ilk günkü həvəslə bloqçuluğa yanaşaram. Bu gün ilk yubileyini yaşayan Memarlıq bloqu haqda müəllif fikirlərimi bölüşəcəyəm.
COVER
Geridə qoyduğumuz 5 il və 120-dən çox Memarlıq haqda məqalə, ələxsus da onların Azərbaycan dilində olması qürur mənbəyimdir. Bir çox mövzulara toxunduq, çox şeylər öyrəndik, mübahisə və müzakirələr etdik. Çoxsaylı oxucular, ardı-arası kəsilməyən şərhlər, zənglər və s. göstərdi ki, bu fəaliyyəti yaşatmaq və daha da inkşaf etdirmək lazımdır.

Bir çox insanın iradını nəzərə alıb axırı ki, bloqun dizaynını da dəyişdik :) Dizaynın əvvəlki kimi minimalizm üslübunda qalmasını amma istiliyinin, saflığının təzahürünü isə Yapon Minimalizmində tapdım. Düşünürəm ki, Memarlıq üçün beton material əsas xətti təşkil edir. Eyni zamanda taxta element isə bloqun tək Memarlıq haqda yox, həm də Memarlıqla sıx əlaqəli İnteryer və Sənaye dizaynı barədə olmasına işarədir.

Bloqun yeni dizaynının ərsəyə gəlməsində isə ən böyük əməyi Tural Əlisoy çəkdi. Bütün kaprizlərimə dözərək ürəyimizə yatan incəliyi öz yaradıcılığı ilə birləşdirib gözəlliklər yaratdı :) Bundan başqa yeni dizayna keçməkdə SamirHacıyevin, qardaşım Orxan Məmmədovun, Elvin Hacının və Sadiq Muradovun da böyük köməkliyi oldu. Dostlar olmasa heç birinə nail olmazdım.

Düşünürəm Memarlıq bloqu ümumən Memarlarlığımıza, gənclərimizə və cəmiyyətimizə öz töhfəsini verir. Bu səbəbdən gələcək işlərimiz daha rəngarəng, geniş və çoxşahəli olacaqdır.

Bloqa yeni həyat verən oxucularıma və adlarını sadaladığım dostlarıma dərin təşəkkürümü bildirirəm. Sağ olun ki varsınız və heç zaman dəstəyinizi əsirgəmirsiniz :)