Memarlığın başlanğıcı pilləkənlərdir. Bu memarlığa giriş hesab olunur.
Ümumi məlumat – Pilləkənin standart hündürlüyü 150 mm. , eni isə 300 mm. olmalıdır. Bunun səbəbi insanın pilləkənlə rahat çıxması üçün ayağını 45 dərəcədə yuxarı qaldırmasıdır. 15 sm. + 30sm. də 45-ə bərabərdir. Əgər yer problemi varsa memar 1, 2 sm. ölçülərdə dəyişiklik edə bilər ancaq bu dəyişikliyik cəmin 45 olmasına mane olmamalıdır. Yəni hündürlüyü 160 mm etmək üçün mütləq en 290 mm. olmalıdır. Və ya 140 mm hündürlük üçün en 310 mm. olmalıdır.
Hərdən bu cür improvizələrlə daha çox yer qazanmaq və maraqlı pilləkən həlli etmək mümkündür.
Müasir memarlıqda pilləkənlər tək məcburi elemet kimi yox həm də dizayn nümunəsi kimi yanaşırlar. Pilləkənləri interyerin yaraşıq mərkəzi edirlər. Və bəzən də ev üçün yararlı elemet kimi istifadə olunur. Məsələn şkaf, kitab rəfi və s.
Pilləkən materialları müxtəlif ola bilər. Beton, taxta, şüşə və s. əsasən fasadda görsənən daxili pilləkənlər şüşədən olmalıdır ki fasada ağırlıq verməsin. Bu cür səhvlərə Bakıda rast gəlmək olur. Interiyerdə çox vaxt bir tərəfdən bərkidilmiş pilləkənlərdən istifadə edirlər, çox maraqlı görsənir.
Memarlar adətən öz pilləkən tərzini fikirləşir və həll etdikləri binanın xarakterini öz çılğın idealarıyla müəyyənləşdirmiş olurlar.
Ən xoşum gələn pilləkən formalarından biri iç-içə quraşdırılmış yumuru pilləkənlərdir. Onun hesablanması çox çətin olsa da çox zövqlüdür. Ümumiyyətlə interierdə qeyri-adi, maraqlı görsənir.
maraqlidir cox beyendim )) deyesen memarligi ikinci pese kimi secmeli olacam ))
yaxşı olar, Türkan. həmişə dediyim kimi -bu yolda nə kömək lazım olsa mən hazır ))
salam efir prijeler var bolusduyunuz ucun tesekkur edirik
Salam Allegiance, mən təşəkker edirəm, xoşdur.
men de memaram memar olacam desek daha yaxsi olar
Lap yaxşı, uğurlar
cox guzeldir daha durmayin memarlar yenisini dusunun ..men de daxil
Yusif sükanı belə saxla, daim yeniliklər axtarmaqda davam et :)
Cox maraqlı ıdıçBunların eskızlerını gostersez daha gozel olar.Aval pıllekenlerı nezerde tuturam o pıllekelerın maketını nece qura bulerem?
Təşəkkür edirəm. Maketi ancaq kağız üzərində epyuranı qurmaqla düzəldə bilərsiniz. Həm də açılışlarda insanın pilləkənlərlə rahat hərəkətinin necə olduğunu anlamaq olar. Eskizlərə isə mənə elə gəlir ki bir o qədər də ehtiyyac yoxdur, fəza təsəvvürünüzlə onu hiss edə bilərsiniz. Əgər fəza təsəvvürünü inkşaf etdirmək istəsəniz cizgi filmlərə çox baxmağınızı məsləhət görürəm :-)
ref ve pillekan ela ideyadi, nezere alacam bele seyleri, maraqlidi, cox sag ol
Hə, Nurlan. Çoxfunksionallıq interyerdə həmişə müsbət nəticələr verir. Sən sağ ol
Ki pillekan isine baslamaq istese avadanliq ucun muraciet eliye biler))
Salam. Taxta pilləkənlər üçün şam taxtası məsləhətmi. Əsasən evin içərisində olan pilləkənlər
Salam. Yəqinki. Müasir texnologiya ilə istənilən işi görmək olar. Xüsusilə daxili məkanda istifadə olunan materialların o qədər də qorxusu yoxdur
Kateqoriyalar
Blogroll