Pilləkənlər

Memarlığın başlanğıcı pilləkənlərdir. Bu memarlığa giriş hesab olunur.

Ümumi məlumat – Pilləkənin standart hündürlüyü 150 mm. , eni isə 300 mm. olmalıdır. Bunun səbəbi insanın pilləkənlə rahat çıxması üçün ayağını 45 dərəcədə yuxarı qaldırmasıdır. 15 sm. + 30sm. də 45-ə bərabərdir. Əgər yer problemi varsa memar 1, 2 sm. ölçülərdə dəyişiklik edə bilər ancaq bu dəyişikliyik cəmin 45 olmasına mane olmamalıdır. Yəni hündürlüyü 160 mm etmək üçün mütləq en 290 mm. olmalıdır. Və ya 140 mm hündürlük üçün en 310 mm. olmalıdır.

Hərdən bu cür improvizələrlə daha çox yer qazanmaq və maraqlı pilləkən həlli etmək mümkündür.

Müasir memarlıqda pilləkənlər tək məcburi elemet kimi yox həm də dizayn nümunəsi kimi yanaşırlar. Pilləkənləri interyerin yaraşıq mərkəzi edirlər. Və bəzən də ev üçün yararlı elemet kimi istifadə olunur. Məsələn şkaf, kitab rəfi və s.

Pilləkən materialları müxtəlif ola bilər. Beton, taxta, şüşə və s. əsasən fasadda görsənən daxili pilləkənlər şüşədən olmalıdır ki fasada ağırlıq verməsin. Bu cür səhvlərə Bakıda rast gəlmək olur. Interiyerdə çox vaxt bir tərəfdən bərkidilmiş pilləkənlərdən istifadə edirlər, çox maraqlı görsənir.

Memarlar adətən öz pilləkən tərzini fikirləşir və həll etdikləri binanın xarakterini öz çılğın idealarıyla müəyyənləşdirmiş olurlar.

Ən xoşum gələn pilləkən formalarından biri iç-içə quraşdırılmış yumuru pilləkənlərdir. Onun hesablanması çox çətin olsa da çox zövqlüdür. Ümumiyyətlə interierdə qeyri-adi, maraqlı görsənir.